Icma.az
close
up
RU
Nazir müavini: Din haqqında sağlam bilik mənəvi tərbiyənin, dözümlülüyün və qarşılıqlı hörmətin təməlidir

Nazir müavini: Din haqqında sağlam bilik mənəvi tərbiyənin, dözümlülüyün və qarşılıqlı hörmətin təməlidir

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 22 oktyabr, AZƏRTAC

Bu gün biz müasir dövrdə din təhsilinin rolu, onun mənəvi dəyərlərin qorunması və qlobal çağırışlara cavab vermə baxımından əhəmiyyətini müzakirə etmək üçün bir araya gəlmişik. Bu, həm elmi, həm mənəvi, həm də ictimai baxımdan çox vacib mövzudur. Elm və Təhsil Nazirliyi də təhsil sistemində gənclərin din haqqında düzgün təsəvvür və biliklərə malik olmaları üçün xüsusi diqqət göstərir. Çünki din haqqında sağlam bilik, yalnız dini təlim deyil, həm də mənəvi tərbiyənin, dözümlülüyün və qarşılıqlı hörmətin təməlidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri "Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində" beynəlxalq simpoziumun açılış mərasimində elm və təhsil nazirinin müavini Firudin Qurbanov deyib.

Nazir müavini bu məqsədlə orta məktəblərdə, ali təhsil müəssisələrində bir sıra fənlərin proqramlarında din və dini-mədəni irs haqqında məlumatların sistemli şəkildə öz əksini tapdığına diqqət çəkib: “Bu məlumatlar həm tədris proqramlarında, həm də dərs vəsaitlərində xüsusi bölmələr şəklində yer alır. Bu, gənclərin müxtəlif dinlər haqqında obyektiv biliklər qazanmasına, onlarda hörmət və tolerantlıq mədəniyyətinin formalaşmasına xidmət edir. Məhz bu siyasətin nəticəsində hazırda Azərbaycanda dini dözümlülük və multikulturalizm yüksək səviyyədə qorunur. Bizim gənclərimiz digər xalqların, digər dinlərin müqəddəs dəyərlərinə hörmətlə yanaşmağı bacarırlar. Bunun ən bariz nümunələrini biz tarixi və dini irsimizə olan münasibətdə də aydın şəkildə görürük. Ölkəmizdə müxtəlif dövrlərdən qalan dini abidələr, istər İslam, istərsə də qeyri-islam məbədləri dövlət səviyyəsində qorunur”.

F.Qurbanov sonda qeyd edib ki, ölkəmizdə dinə və din təhsilinə dövlət səviyyəsində xüsusi diqqət yetirilir. Təhsil sistemimizdə yeni çağırışlara uyğun müasir tədris proqramları, fənn standartları hazırlanır. Dini biliklər, ictimai elmlərlə və humanitar fənlərlə uzlaşdırılaraq, tolerant və bilikli gənclik yetişdirməyə yönəldilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Oktyabr 2025 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri