Nazir müavini: Ermənistanın fərqli mövqelərdən çıxış etməsi sülhə mane olan səbəblərdən biridir
Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Müharibədə qələbə qazanmış tərəf heç vaxt sülh təklif etmir, ancaq biz bu istiqamətdə addımlar atmışıq".
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkil etdiyi "Azərbaycan-Ermənistan arasında sülh sazişinə başlıca maneə" mövzulu beynəlxalq konfransda deyib.
O qeyd edib ki, Azərbaycan sülhün prinsiplərini işləyib-hazırlayıb:
"Azərbaycan və Ermənistan arasında sülh istiqamətində maneələrdən danışdıqda qeyd edilməlidir ki, 30 il Azərbaycan əraziləri Ermənistan işğalı altında olub. 2020 və 2023-cü illərdə ərazilərimiz işğaldan azad ediləndən sonra isə Ermənistana sülh barədə təkliflərimizi göndərmişik. Müharibədə qələbə qazanmış tərəf heç vaxt sülh təklif etmir, ancaq biz bu istiqamətdə addımlar atmışıq".
O bildirib ki, sülh müqaviləsinin imzalana bilməməsinin səbəblərindən biri masa arxasında Ermənistan nümayəndə heyətinin üzvlərinin fərqli mövqelərdən çıxış etməsidir:
"ABŞ, Rusiya, Qazaxıstanda sülh üçün danışıqlar aparılıb. Ancaq sülh müqaviləsinin imzalanmasında maneə nədir ki, dayanıqlı sülh əldə olunmur? Birinci maneə odur ki, Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının əks olunub. İkinci maneə isə masa ətrafında oturduqda Ermənistanın nümayəndə heyətlərinin fərqli mövqeləri müdafiə etməsidir".
E.Məmmədov diqqətə çatdırıb ki, ikinci məsələ Ermənistanın Roma Statutuna qoşulması ilə bağlıdır. Digər məqam isə onların Azərbaycan əleyhinə fikirləridir:
"Əgər ölkələr sülh istəyirlərsə, razılığa gəlməlidirlər".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 10 Dekabr 2024 11:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















