Icma.az
close
up
RU
Nazir müavini Hacıqabul məktəblərində yaradılmış şəraitlə tanış olub AZƏRTAC

Nazir müavini Hacıqabul məktəblərində yaradılmış şəraitlə tanış olub AZƏRTAC

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı,17 dekabr, AZƏRTAC

Dekabrın 17-də elm və təhsil nazirinin müavini İdris İsayev Hacıqabul rayonunda olub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov və Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Vüqar Dadaşovla birgə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Səfər zamanı İdris İsayev Hacıqabul şəhər 5 və 10 saylı tam orta məktəblərə baş çəkib. Sözügedən təhsil müəssisələrində yaradılmış şəraitlə tanış olan nazir müavini müəllim və şagird kollektivi ilə də görüşüb, onların təkliflərini dinləyib və öz tövsiyələrini verib. Nazir müavini Hacıqabul şəhərində yerləşən 2 saylı “Gündüz” körpələr evi-uşaq bağçasında da təlim-tərbiyə prosesini izləyib.

Daha sonra İdris İsayev ümumi və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirib.

Görüş Şirvan-Salyan Regional Təhsil İdarəsinin fəaliyyətini əks etdirən təqdimatla başlayıb.

Görüş çərçivəsində Hacıqabul rayonu üzrə ümumi təhsil müəssisələrinin IV-VI siniflərində aparılan monitorinqlər, IX-XI siniflərinin buraxılış imtahanlarının nəticələri, STEAM, “Rəqəmsal bacarıqlar” və “Peşə təmayüllü siniflər” layihələrinin tətbiqi və tədrisi məsələləri müzakirə olunub.

Nazir müavini təhsil müəssisələrinin idarə olunması və təşkili ilə bağlı əsas hədəflər, təhsilin keyfiyyətinin artırılması istiqamətində görüləcək işlər barədə ətraflı danışıb, təhsil işçiləri ilə söhbət aparıb və onların təkliflərini dinləyib.

Səfər çərçivəsində nazir müavini vətəndaşlarla da görüşüb. Görüş zamanı vətəndaşlar tərəfindən işlə təmin olunma və digər mövzularla bağlı müraciətlər edilib. İdris İsayev müraciətlərin operativ araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli üçün müvafiq tapşırıqlar verib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:196
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Dekabr 2024 21:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see395

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see306

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see287

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see278

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see268

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see257

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see256

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see253

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see238

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see222

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see213

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see212

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see211

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see211

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see207

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see201

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri