Icma.az
close
up
RU
Nazir toplanan 840 milyonluq cərimədən danışdı: Büdcəyə daxil olmur Ekspert və sabiq deputat Hansı qurumlar cərimələri mənimsəyir?, deyə sual edir

Nazir toplanan 840 milyonluq cərimədən danışdı: Büdcəyə daxil olmur Ekspert və sabiq deputat Hansı qurumlar cərimələri mənimsəyir?, deyə sual edir

Icma.az, Mia.az portalına istinadən məlumat verir.

“Hazırda yeni proqram təminatı yaradılıb və cərimələrin düzgün ödənilməsinə nəzarət ediləcək”.

Mia.az-ın məlumatına görə, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, bəzi hallarda cərimə yazılır, amma büdcəyə gəlmir: “Biz bu məsələyə nəzarəti gücləndirəcəyik. İcmal proqram təminatı vasitəsilə biz cərimələrin büdcəyə ödənilməsinə nəzarət edəcəyik. Büdcə təşkilatlarının 840 milyon manat daxilolmasını proqnozlaşdırırıq. Bunların əksəriyyəti cərimələrdir. Əsas vəsait bir neçə qurumun payına düşür. Birinci yerdə DİN-dir, ən çox cərimə onlardan daxil olur. İkinci yerdə İqtisadiyyat Nazirliyi gəlir. Bu nazirliyin tərkibində də bir çox qurumlardan cərimələr büdcəyə daxil olur. Dövlət Gömrük Komitəsinin, Qida Təhlükəsizliyi Agentliyinin və Ekologiya və Təbiii Sərvətlər Nazirliyinin burada payı var. Bu cərimələr büdcəyə gəlir”.
Maliyyə naziri deyir ki, cərimələrin büdcəyə daxil olması məsələsində problem var.

Necə olur ki, cərimələr büdcədən yayınır? Elə isə bu pullar hara gedir? Cərimələrin büdcəyə cəlb edilməsi üçün nə etmək lazımdır?
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı ekspert Natiq Cəfərli deyir ki, nazir ciddi mövzuya toxunub: “Vəzifəli şəxslərin səlahiyyəti var, onlar belə açıqlama verərkən, açıq şəkildə bəzi suallara da cavab verməlidir: niyə daxil olmur? Hansı qurumlar cərimələri mənimsəyir? Nə qədər vəsait büdcədən yayınır? Kimlərdir günahkar? Vətəndaş cəriməni ödəməyəndə məsuliyyət daşıyır, bəs ödənilən vəsait büdcədən yan keçib ciblərə gedəndə bunun məsuliyyəti kimin üzərinə düşür? Dövlət-hökumət qurumları, məmurlar səlahiyyət sahibidirlər, səlahiyyət isə məsuliyyət yaradır, müxalifətin məlumat bazasına çıxışı yoxdur, halbuki parlament partiyalarının belə bir imkanı olmalıdır. Olsa, məlumat əldə edib, kimin nəyi necə etdiyini göstərə bilərik. Əslində bu sualın cavabını elə maliyyə nazirinin özü verməlidir. Jurnalist və müxalifət nümayəndəsi sual vermək üçündür. Onun məlumat bazalarına çıxış imkanları məhduddur. Yetkililər bu suallara aydınlıq gətirməlidir. Nazirin sualının özü sual yaradır. Hökumət aydınlıq gətirsin ki, nazirin sadaladıqlarına görə məsuliyyəti kim daşıyacaq və kimlər cəzalandırılacaq”.
İqtisadçı, sabiq deputat Vahid Əhmədov isə deyib ki, ölkədə bir çox sahələrdə böyük məbləğdə cərimə tətbiq olunur ki, bu da əhalini narazı salır. Onun sözlərinə görə, nəqliyyatla əlaqədar cərimələrin sayı artırılıb: “Qanunda da göstərilir ki, cərimənin müəyyən hissəsi onu tətbiq edən təşkilatın, qurumun ixtiyarına verilir. Ola bilər ki, hansısa qurum bu cərimələri tam mənimsəyir və büdcəyə ödəmir. Ümumiyyətlə, cərimələrlə bağlı məsələyə yenidən baxmağa ehtiyac var. Cərimələrin tətbiq olunduğu sahələrin özünü doğruldub-doğrultmadığına baxmaq lazımdır.
Cərimələr o sahəyə tətbiq edilməlidir ki, orada əhalinin həyat şəraitinə, normal yaşamasına, sağlamlığına müəyyən qədər təsir edir. Ucdantutma bütün sahələrdə cərimələri ilbəil artırmaq doğru deyil. Məndə olan məlumata görə, il ərzində 7 milyarda yaxın büdcəyə cərimə daxil olur. Bakıda cərimələr daha çoxdur. Avtomobili saxlamağa dayanacaq tapmırsan. Aptekdən dərman almaq üçün avtomobildən düşürsən və qayıdıb görürsən ki, cərimə olunmusan. Bu məsələdə dünya ölkələrinin təcrübəsindən yararlanmaq lazımdır. Cərimələrin strukturuna baxmaq lazımdır. Mənim fikrimcə, müəyyən qədər güzəştlər olmalıdır. Cərimələrin büdcəyə daxil olmamasına gəlincə isə deyə bilərəm ki, cərimələr nazirliklərin və ya komitələrin büdcəsinə gedəcək də. Başqa hara gedə bilər ki? Bunu araşdırmağa nə var ki? Hesablama Palatası cərimələrlə bağlı araşdırma aparıb üzə çıxara bilər. Burada çətin heç nə yoxdur. Cəriməni ödəməyən quruma dövlət büdcəsindən həmin cərimə məbləğində ayrılan vəsait azaldılsın. Bu, maliyyə nazirinin əlində olan məsələdir, həll edilə bilər. Hesablama Palatasının sədri cəsarətli insandır, ona tapşırsınlar, o da tez bir zamanda həll etsin və desin ki, problem nədədir".

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://mia.az
archiveBu xəbər 22 Noyabr 2024 09:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see409

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see395

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see340

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see301

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see296

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see285

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see261

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see253

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see238

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see228

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see172

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see155

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see143

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see137

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see129

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see127

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see126

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see123

Evdə Tək in aktyorlarını təsirli görüntüləri VİDEO

03 Dekabr 2025 00:12see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri