Icma.az
close
up
RU
BÜDCƏYƏ ƏN ÇOX VERGİ ÖDƏYƏN 100 ŞİRKƏTİN ADI AÇIQLANDI Deputat tərifləyir, ekspert tənqid edir...

BÜDCƏYƏ ƏN ÇOX VERGİ ÖDƏYƏN 100 ŞİRKƏTİN ADI AÇIQLANDI Deputat tərifləyir, ekspert tənqid edir...

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2024-cü ildə ən çox vergi ödəyən 100 şirkətin adını açıqlayıb.

“AzPolitika” xəbər verir ki, siyahıya 1.5 milyard manata yaxın ödənişlə Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyi başçılıq edir. İkinci sırada “Tabaterra” MMC gəlir - şirkət ötən il 689.3 milyon manat vergi verib. Sonrakı yerləri BP Ekspolreyşn Limited şirkətinin Azərbaycandakı nümayəndəliyi (664.3 milyon manat) və Rusiyanın “Lukoil Oversiz Şahdəniz LTD”-nin (524.6 milyon manat) Bakıdakı nümayəndəliyi, beşinci yerdə Türkiyə Respublikasının "Turkish Petroleum Overseas Company LTD" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi (422,7 milyon manat) tutur.

Siyahıda Azərbaycanda fəaliyyət göstərən xarici neft şirkətləri, SOCAR-a daxil olan strukturlar, banklar, marketlər şəbəkəsi, tikinti şirkətləri, qeyri-neft sektorunun bir sıra sahələrində böyük payı olan biznes subyektləri yer alıb (tam siyahı burada - https://www.taxes.gov.az/az/page/gelecek-strategiy...)

Deputat Vüqar Bayramov hesab edir ki, məlumatın açıqlanması könüllülük prinsipinə əsaslansa da belə siyahının elan edilməsi şəffaflığın artırılması baxımdan təqdirəlayiqdir və müsbət haldır: “Oxşar praktika əksər dövlətlərdə tətbiq olunur. Bir sıra ölkələrdə bu imperativ xarakter daşıyır. Belə siyahının açıqlanması eyni zamanda hansı şirkətlərin daha şəffaf olması və eləcə də onların ölkə iqtisadiyyatına töhvələrini müəyyənləşdirmək baxımdan vacib idi. Əksər inkişaf etmiş ölkələrdə bu həmçinin istehlakçıların davranışına da təsir göstərir: istehlakçılar daha şəffaf şirkətə üstünlük verir.

Dövlət Vergi Xidməti tərəfindən növbəti siyahı açıqlanan zaman ümumi yüzlük deyil, siyahıların "qeyri-neft" və "qeyri-dövlət"rə qruplaşdırılması məqsədəuyğun olardı. Vergi güzəştlərində bu anlayışlardan istifadə olunduğu üçün siyahı hazırlanan zaman həmin meyarların nəzərə alınmasına ehtiyac var”.

İqtisadçı hesab edir ki, Dövlət Sosial Müdafiə Fonduna (DSMF) və Dövlət Gömrük Komitəsi (DGK) vasitəsi ilə vergi ödəyicilər üçün də uyğun siyahıların hazırlanması məqsədəuyğun olardı. Onun sözlərinə görə, DSMF-ə ödənişlər üzrə ilk yüzlüyün açıqlanması hansı şirkətlərin sosial təminata daha çox töhvə verdiyini göstərə bilər.

“DGK vasitəsi ilə ödənişlərdə ilk yüzlüyün elan edilməsi isə o sahədə şəffaflığın gücləndirilməsi baxımdan vacibdir. Belə siyahıların elan edilməsi vergi ödəyicilərini də daha şəffaf işləməyə stimullaşdırar və vergidən yayınma hallarını azaltmış olar”, - V.Bayramov qeyd edib.

İqtisadçı Toğrul Vəliyev isə siyahıya tənqidi yanaşır. O, hesab edir ki, bu siyahı reallıqda bizə heç nə demir: “Gəlin, bir misal göstərim. Deməli, siyahıda həm siqaret istehsalçısı olan "Tabaterra" MMC, həm də onun satıcıların birindən olan "Araz Supermarket" MMC də var. Siqaret istehsalçısı hər bir istehsal olunan tütün məmulata görə ƏDV-ni və aksizi ödəyir. Sonradan bu vəsaitlər satıldıqca əvəzləşdirilir və ya aksiz və gömrük rüsumu kimi qiymətə daxil edilir. Faktiki onları ödəyən sonuncu istehlakçıdır. Düzdür, əvəzləşdirmə konkret istehlak zamanı baş verə bilər, amma hər bir halda müvafiq vergilər birbaşa istehlakçıya yönəlmiş vergi növüdür”.

İqtisadçı deyir ki, şirkətlər haqqında bu vergilər xüsusi nəsə demir.

“Ümumiyyətlə rəqəmlər belə çox qəribədir. Misal üçün, ASG Business Aviation MMC-nin öz hesabatında verdiyi məlumata görə, 2023-cü ildə onlar 29 milyon manat həcmində mənfəət vergisi ödəyiblər. Hələ bura xidmətlərinə görə ƏDV və s. nəzərə almaq lazımdır. Amma reytinqdə cəmi 11,4 milyon manat göstərilib. Yəni dövriyyələri belə kəskin şəkildə azalıb ki, mənfəət vergisi ilə birlikdə ƏDV-ə görə ödəniş cəmi 11 milyon manat olub?”, - sual edir.

Vəliyevin sözlərinə görə, digər şirkətlər ilə müqayisədə aksiz ödəyicisinin vergi həcmi, əlbəttə ki, daha çox olacaq: “Düzdür, bu vergilər əsasında istehsalçının ümumi vəziyyəti haqqında təxminlər irəli sürə bilərik. Amma satıcılar haqqında nəsə demək mümkün deyil. Müvafiq siyahıda "Araz Supermarket" MMC üzrə 36,7 milyon, “Bravo” üzrə 20,8 milyon manat vergi göstərilib. Bəs bu nə deməkdir? Bütün ƏDV-lər, aksizlər və s. artıq istehsalçılar üzrə qeydə alınıb. Nəticədə müvafiq supermarketlərin payına ƏDV-nin yalnız cüzi hissəsi düşür.Əlbəttə, əgər onlar hər hansı məhsulu özləri istehsal və ya idxal edirlərsə. Digər nümunələrdə adətən bu vergi ödənişlərinin strukturu göstərilir. Misal üçün, Ermənistanda. Qazaxıstanda ümumi olaraq bütün şirkətlər üzrə vergi ödənişlərin həcmi əks etdirilir. Yəni bu məlumatı istifadə edə bilərsən”.

İqtisadçı heab edir ki, indiki halda bu sadəcə belə deyək, təqdimat xarakterli bir məlumatdır.

“Əlbəttə ki, nəsə desən, deyəcəklər ki, bu "kommersiya sirridir". Dövlət büdcəsinin gəlirləri kommersiya sirri ola bilərmi?... Yeri gəlmişkən, niyə məhz siyahıda büdcə təşkilatları istisnadır, bu bəlli deyil. Büdcə təşkilatları haqqında məlumat ümumiyyətlə açıq olaraq təqdim edilməlidir”, - T.Vəliyev vurğulayıb.

Rasim Əliyev

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 17 Fevral 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri