Icma.az
close
up
RU
Nazir: Yaşıl enerji layihələri Azərbaycanın qlobal dayanıqlı inkişafda öncül mövqeyə sahib olmaq niyyətini əks etdirir AZƏRTAC

Nazir: Yaşıl enerji layihələri Azərbaycanın qlobal dayanıqlı inkişafda öncül mövqeyə sahib olmaq niyyətini əks etdirir AZƏRTAC

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 15 noyabr, AZƏRTAC

Dünya iqlim və enerji sahəsində taleyüklü bir mərhələyə daxil olub. Bu dönüş nöqtəsində bir araya gəlməyimiz, qlobal enerji gələcəyini formalaşdırmaq üçün tarixi bir fürsətdir. Bugünkü təşəbbüslərlə biz bərpaolunan enerjiyə sürətli keçidə olan sadiqliyimizi nümayiş etdirəcəyik.

AZƏRTAC xəbər verir ki, bu sözləri Yaşıl enerji, Hidrogen,Qlobal Enerji Ehtiyatı və Şəbəkələrinə həsr olunmuş Yüksək Səviyyəli Dəyirmi Masada çıxışı zamanı energetika naziri Pərviz Şahbazov deyib.

Nazir bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin enerji keçidinə verdiyi güclü dəstək, Qarabağ-Şərqi Zəngəzur və Naxçıvan yaşıl enerji zonaları təşəbbüsü, eləcə də Xəzərdən Avropaya yaşıl enerjinin tədarükü üçün şaxələndirilmiş enerji infrastrukturunun yaradılmasına yönəlmiş uzaqgörən siyasət sayəsində ölkəmiz, regionda bərpaolunan enerjinin avanqardı kimi strateji layihələr həyata keçirir.

“Həmin səylər Azərbaycanın gələcəyini təmiz enerji üzərində qurmaqla yanaşı, bölgədə və dünyada yaşıl enerjinin inkişafını sürətləndirmək və maneələri aradan qaldırmaq məqsədi daşıyan COP29-un enerji təşəbbüslərinin də hərəkətverici qüvvəsidir. Azərbaycanın irəli sürdüyü 5 komponentdən ibarət 3 enerji təşəbbüsü, COP28-in bərpaolunan enerjinin üçqat, enerji səmərəliliyinin isə ikiqat artırılması öhdəliklərinin uğurla yerinə yetirilməsini dəstəkləyən konkret həllər təqdim edir. Bunlardan biri yaşıl enerji dəhlizi və yaşıl enerji zonalarının yaradılmasını təşviq edən “Yaşıl Enerji Vədi”dir. Yaşıl enerji dəhlizləri bərpaolunan enerjinin geniş miqyasda ötürülməsi və istehlak mərkəzlərindən uzaqda yerləşən yüksək potensiallı enerji mənbələrinin istifadəsi üçün effektiv vasitədir. Yaşıl enerji dəhlizlərinin inkişafı üçün regional əməkdaşlıq və uyğun tənzimləyici çərçivələrin yaradılması, həmçinin dayanıqlı maliyyə imkanlarının təmin edilməsi, HVDC kabellərinin istehsalının artırılması əsas prioritetlərdir. Azərbaycan hazırda Xəzər-Qara Dəniz-Avropa, Mərkəzi Asiya-Azərbaycan və Azərbaycan-Türkiyə-Avropa layihələrini həyata keçirir. Həmin dəhlizlər Azərbaycanın yalnız enerji ixracında deyil, həm də qlobal dayanıqlı inkişafda öncül bir mövqeyə sahib olmaq niyyətini əks etdirir”, - deyə nazir əlavə edib.

P.Şahbazovun sözlərinə görə, yaşıl enerji zonaları xalis sıfır emissiyaya çatmaq yolunda strateji əhəmiyyətə malik vasitədir: “Bərpaolunan enerji resursları ilə zəngin ərazilərdə qurulan və yalnız təmiz enerjinin istifadəsinə əsaslanan həmin zonalar, investisiyaların cəlbinə, dayanıqlı iqtisadi artımın təmin olunmasına və yeni iş yerlərinin yaradılmasına əhəmiyyətli töhfə verir”.

Qeyd olunub ki, ikinci təşəbbüs, Enerjinin Saxlanması və Enerji Şəbəkələri üzrə Qlobal Vəd - 2030-cu ilə qədər enerji saxlanc sistemlərinin qoyuluş gücünün 6 dəfə artırılaraq 1500 GVt-a çatdırılmasını nəzərdə tutur. Bu kollektiv hədəf saxlanc sistemlərinə sərmayələrin təşviqi və yeni texnologiyaların tətbiqi kimi elementləri də əhatə edir. Təşəbbüsün digər komponenti enerji şəbəkələrinə və ötürmə sistemlərinə sərmayələrin artırılmasını, mövcud infrastrukturun modernizasiyası və genişlənməsini nəzərdə tutur. Bu çərçivədə 2030-cu ilədək qlobal səviyyədə 25 milyon kilometr, 2040-cı ilə qədər isə daha 65 milyon kilometr şəbəkənin əlavə edilməsi və ya yenilənməsi öhdəliyi daxil edilib. Həmin təşəbbüs mövcud şəbəkə infrastrukturunun dəyişkən bərpaolunan enerjini dəstəkləməkdəki çatışmazlıqlarını aradan qaldırmaq, daha böyük həcmlərdə yaşıl enerji güclərini şəbəkəyə inteqrasiya etmək və enerji təchizatı ilə tələbat arasında tarazlığı təmin etmək baxımından strateji əhəmiyyət daşıyır.

“Üçüncü təşəbbüs “COP29 Hidrogen Bəyannaməsi” adlanır. Hidrogen sıfır emissiyalı gələcəyə gedən yolda güclü enerji mənbəyidir. Onun tətbiqi sənaye, nəqliyyat və enerji sektorlarını daha yaşıl və dayanıqlı edəcək, bərpaolunan enerjinin potensialını tam olaraq açacaq. “Hidrogen Bəyannaməsi” hidrogen sahəsindəki ambisiyaları və enerji keçidində hidrogenin rolunu dəstəkləyən ümumi öhdəlikləri, eləcə də hidrogen standartlarının və sertifikatlaşdırılmasını təşviqinə yönəlik tədbirləri əhatə edir. Yaşıl hidrogen Azərbaycanın enerji ixrac portfelinin diversifikasiyası və dekarbonizasiya siyasətinin vacib elementidir və COP çərçivəsində hidrogen strategiyasını açıqlaması da bu istiqamətdəki qətiyyətini göstərir. Bu təşəbbüslər iqlim hədəflərinə çatmaq üçün həm dövlət, həm də qeyri-dövlət aktorlarına güclü stimul verəcək. Burada, COP29-da, hamınızı bu öhdəliklərə qoşulmağa, iqlim fəaliyyətini gücləndirməyə və daha parlaq bir gələcək naminə birlikdə addım atmağa dəvət edirik. Eyni zamanda, həmin təşəbbüslərin irəliləyişini gələcək COP iclaslarında qiymətləndirməyi, IEA və IRENA-nın hesabatlarında əks etdirməyi vacib hesab edirik. Sizin hər birinizin dəstəyi, kollektiv gücümüzü möhkəmləndirir. Gəlin, COP29-u əlamətdar bir hadisəyə çevirərək qlobal iqlim səylərini daha yüksək bir səviyyəyə qaldıraq və dünyamız üçün davamlı bir gələcək quraq”, - deyə nazir fikirlərinə yekun vurub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Noyabr 2024 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see237

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see223

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see193

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see169

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see154

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see142

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see139

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see138

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see136

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see135

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see132

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see132

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see130

Mopedlərlə bağlı qanuna dəyişiklik ediləcək VİDEO

06 Dekabr 2025 00:39see130

İstedadın və zəhmətin söz ucalığı

06 Dekabr 2025 02:51see128

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see128

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see128

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see126

Дочь бывшего министра Суад Гараева изобразила Мехсети Гянджеви как безнравственную женщину

06 Dekabr 2025 00:35see125

Venesuelanın keçmiş kəşfiyyat rəisi Maduro haqqında danışıb...

06 Dekabr 2025 01:16see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri