Nazir yeni qərar İMZALADI: Bu sahədə güzəşt olacaq
Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Kənd Təsərrüfatı Nazirliyi Kollegiyası "Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı"nda dəyişiklik edilib.
Avtosfer.az xəbər verir ki, bununla bağlı nazir Məcnun Məmmədov yeni qərar imzalayıb.
Qərara əsasən, yığım üzrə mexanikləşdirilmiş texnika dəstləri aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların siyahısına əlavə edilib.
Həmçinin, kombayn xederlərinin daşınması üçün nəzərdə tutulmuş xüsusi qoşqulara güzəşt tətbiq ediləcək. Ancaq, bu kombaynlar real vaxt rejimində məkan məlumatlarının izlənilməsi üçün GPS monitorinq və məhsul yığımının izlənilməsi sistemləri ilə təchiz olunmalıdır.
Bundan başqa, kənd təsərrüfatı təyinatlı quşların kəsimi və ilkin emalı xətti (tərəzi və qablaşdırma mərhələsinədək), eləcə də həcmi 500 kubmetrdən artıq olmayan kəsmə gül üçün soyuducu anbar dəstlərinə də güzəşt tətbiq ediləcək.
Baxış sayı:77
Bu xəbər 28 Sentyabr 2026 09:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















