Icma.az
close
up
RU
Nazirin dediklərində həqiqət var, kolleclərin ancaq adı dəyişib Etibar Əliyev

Nazirin dediklərində həqiqət var, kolleclərin ancaq adı dəyişib Etibar Əliyev

Icma.az, Aznews.az saytına istinadən bildirir.

Elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi birifinqdə deyib:

"Kolleclərdə bəzi fənlər üzrə hazırlıq onsuz da aparılmırdı. Məsələn, kimya, fizika, biologiya və riyaziyyat müəllimləri ali təhsil müəssisələrində hazırlanır. Kolleclərdə isə, əsasən, ibtidai sinif, musiqi, təsviri incəsənət və digər fənn müəllimləri hazırlanır. O bildirib ki, kolleclərdə, əsasən, ibtidai sinif və məktəbəqədər təhsil üzrə müəllim hazırlığı məhdudlaşdırılacaq".

Nazirin açıqlamasına sabiq deputat Etibar Əliyev münasibət bildirib. O, AzNews.az-a açıqlamasında vurğulayıb ki, Nazirin dediklərində müəyyən həqiqət var:

"Məsələnin digər tərəfi ondan ibarətdir ki, biz müstəqillik qazandıqdan sonra təhsilin bu pilləsini inkişaf etdirə bilmədik. Yalnız ad dəyişdi. "Texnikom" anlayışı "kollec" anlayışı ilə əvəzləndi. Kolleclərin Ali məktəblərin nəzdinə verilməsi nəyi dəyişdi? Kollecləridə ən ciddi problem müəllimlə bağlıdır. Əslində Ali məktəblər Kolleclər üçün müəllim hazırlığını ön plana çəkməli idilər. Ancaq ali məktəblərin özündə müəllim hazırlığı yetərlidirmi? Çox ciddi problemlər mövcuddur. Qərbdə universitetlərlə rəqabət aparan kolleclər təhsilin bu pilləsinin sürətlə inkişafına səbəb oldu. Qərb kollecləri Ali məktəb statusundadır. Təhsilin bu vacib pilləsinin zəiflədilməsi bizim təhsil sisteminə yaxşı heç nə vəd etmir. Bizdə Kollec təhsilini əsasən qızlar seçir. Kollecləri “İbtidai təhsil” və digər ixtisaslar üzrə bitirmiş qızlar iş tapmaqda çətinlik çəksələr belə, ən azında gələcəkdə övladlarının təhsilinə diqqət yetirirlər. Əgər Ali məktəblər onların nəzdində fəaliyyət göstərən kolleclərdə təhsilin keyfiyyətində əsaslı dəyişiklik yarada bilmirsə, bu təhsil müəssisələrinə muxtariyyat vermək lazımdır. İndi siz kolleclərin birinin adına diqqət edin: Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci..."

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 06 Fevral 2025 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Somalilend ABŞ dan tanınma qarşılığında liman və hava bazası təklif edir

13 Aprel 2025 12:26see132

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see131

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see131

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see128

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see128

Van Damm istintaq altında: Kannda 10 il əvvəl baş verən insan alveri haqqında YENİ FAKTLAR

13 Aprel 2025 06:33see127

AMEA nın yubileyinə həsr olunmuş konfrans

13 Aprel 2025 04:16see123

Nazirlərin aylar sonra ilk görüşü: İrəvan nəyə çalışır?

13 Aprel 2025 09:02see123

Dublyor olmadan əfsanəyə çevrildi: Ölümə meydan oxuyan Cüneyt Arkın

13 Aprel 2025 02:32see122

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see120

Şirvanda 36 yaşlı qadın özünü bıçaqlayıb

13 Aprel 2025 02:16see119

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see119

Bu bürclər yaxın zamanda varlanacaq ÇOX AZ QALDI

13 Aprel 2025 09:18see117

İŞİD ə qarşı tarixi ittifaq: 5 ölkə güclərini birləşdirir

13 Aprel 2025 15:26see116

Bakıda FACİƏ: iki qardaş...

13 Aprel 2025 13:46see113

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see113

Zelenski beynəlxalq ictimaiyyətə səsləndi: “Rusiyaya qarşı daha sərt tədbirlər görün!”

13 Aprel 2025 16:15see113

Azər Bağırov 0:0 ı belə şərh etdi

13 Aprel 2025 20:54see112

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see111

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri