Icma.az
close
up
RU
NAZİRİN TƏNQİDİ VƏ VƏTƏNDAŞLARIN “QANUNSUZ DİPLOM FƏRASƏTİ” Əmrullayev diplomların tanınması barədə danışarkən nəyi “unudub”?

NAZİRİN TƏNQİDİ VƏ VƏTƏNDAŞLARIN “QANUNSUZ DİPLOM FƏRASƏTİ” Əmrullayev diplomların tanınması barədə danışarkən nəyi “unudub”?

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Elm və təhsil naziri Emin Əmrullayev təhsildəki bir çox problemləri açıq söyləməsi və ümumilikdə cəmiyyətlə aktiv qarşılıqlı dialoqa girməsi ilə əksər nazir həmkarlarından yaxşı mənada fərqlənir. Lakin onun səsləndirdiyi bəzi tezislərdə yaranmış problemlərə görə günahı bir növ vətəndaşın, tələbənin, valideynin üzərinə atmağa çalışması da açıq görünür ki, bu da nazirin səmimiliyinə müəyyən dərəcədə kölgə salmış olur...

Məsələn, nazir son mətbuat konfransında Azərbaycanda xarici diplomların tanınması məsələsinə toxunub və bu sahədə tam şəffaflığın yaradıldığını bildirib. Lakin buna baxmayaraq, vətəndaşların, diplomlarının tanınmayacağını bilə-bilə, xaricdə bir növ saxta təhsil və diplom almağa üstünlük verdiyini qeyd edib: “Vətəndaş bilir ki, səhv iş görür. Məsələn, xarici ölkədə, həmin ölkənin dilində hüquq oxuyub, amma o dili bilmir. Bu adam utanmır desin ki, mənim qeyri-qanuni diplomum var. Amma qonşu, qohum-əqrəba, tanışlar utanırlar ona desinlər ki, sənin diplomun həqiqi deyil. İctimai qınaq burda vacibdir. Adamlar biləndə ki, diplomu qeyri-qanuni olanda heç kim ona salam verməyəcək, təbii ki, qeyri-qanuni diplom almayacaq, qınaq olacaq. Bizdə qeyri-qanuni diplom almaq fərasət sayılır”.

Bəli, nazirin dediklərinin hamısı həqiqətdir. Bizdə ictimai qınaq ailə-məişət münasibətləri, adət-ənənə və sair məişət səviyyəli məsələlərdən o yana keçmir. Bundan bir pillə yuxarı qalxan kimi ictimai qınaq yoxa çıxır.

Məsələn, saxta diplom alan birisini heç kim qınamadığı kimi, rüşvətxor məmuru da heç kim qınamır. Birincisi necə fərasətlidirsə, ikincisi ondan da artıq fərasətlidir. Adətən rüşvətxor, korrupsioner məmurların da bir çoxunun diplomu nazirin dediyi diplomlardandır. Bu gün belələrini yaşadığı dəyəri milyonlarla ölçülən villalara, sürdükləri bahalı maşınlara, böyük bizneslərə, xaricdəki mülklərə və s. görə də heç kim qınamır. Əksinə, bunlar hamısı nazirin dediyi “fərasət”in nəticəsidir və alqışlanır!...

Nazir nədənsə bu mövzuyla bağlı danışarkən bir məsələni də “unudub”. Axı xaricdən saxta ali təhsil sənədi gətirən vətəndaşın diplomunu zamanında vətəndaşın özü yox, məhz indi Əmrullayevin rəhbərlik etdiyi nazirlik təsdiqləyib. Demirik ki, hal-hazırda diplomların təsdiqlənməsində rüşvət var. Xeyr. Ən azından bu barədə hər hansı fakta malik deyilik. Amma heç kimə sirr deyil ki, bundan öncə, elə də uzaq olmayan vaxtlara qədər, uzun illər boyu xüsusilə də Rusiyada, Ukraynada guya təhsil alan, amma həmin ölkələrin dilini belə bilməyən saysız-hesabsız vətəndaş olub ki, onların diplomu Azərbaycanda məlum qurum tərəfindən, məlum yollarla təsdiqlənib. Hər kəs bilirdi ki, hansı ixtisasın diplomunu neçə minə, neçə on minə təsdiqlətmək olur. Bu diplomları Kənd Təsərrüfatı Nazirliyi yox, Təhsil Nazirliyinin müvafiq idarəsi təsdiqləyib axı...

Əmrullayev 2013-cü ildən Təhsil Nazirliyində baş məsləhətçi vəzifəsindən başlayaraq, 2020-ci ildə nazir təyin olunana qədər müxtəlif yüksək vəzifələrdə çalışıb. Yəni, bu diplomları kimin, necə təsdiqlədiyini hamımızdan yaxşı bilir. Belə olan halda, barəsində danışdığı ictimai qınaqdan bir az da öz nazirliyi üçün niyə istəmir? Niyə demir ki, bu vəziyyətin yaranmasının əsas günahkarı elə onun 12 ildir çalışdığı nazirliyin və buna göz yuman hökumətin özüdür? Vətəndaşa gəlincə isə, doğrudan da hazırda bir çoxları Azərbaycanda bal toplaya bilməyən övladlarının adını xaricdə ali təhsil adı altında, yenə pul müqabilində hansısa xarici təhsil müəssisələrinə yazdırır. Bilə-bilə ki, həmin uşaqlar sözügedən ölkələrin dilini belə bilmir və bilməyəcək də. Bu isə o deməkdir ki, onun diplomu da tanınmayacaq. Amma bunu bilə-bilə yenə də edir. Niyə? Çünki Azərbaycanda azı 50-60 il ömür sürmüş valideyn bizim məmurların, nazirlərin xasiyyətinə bələddir. O, keçmişin və bəzi hallarda elə indinin təcrübəsinə baxaraq düşünür ki, hazırda bu məsələdə rüşvət, tapşırıq və s. keçmirsə, o demək deyil ki, sabah keçməyəcək. Odur ki, ümidlidir, cənab nazir! Azərbaycanda rüşvət, korrupsiya qaldıqca və buna görə ayrıseçkilik edilmədən ədalət mühakiməsi və qınaq olmayınca bu “ümid” ölməyəcək...

Cəlal Məmmədli

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 17 Sentyabr 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see283

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see279

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see276

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see248

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see240

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see225

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see170

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see150

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see144

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see139

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri