Icma.az
close
up
RU
Nazirlə komitə sədri arasında MÜBAHİSƏ: İki inək verirlər, üç gün sonra ölür Xəbər saytı Son xəbərlər və Hadisələr

Nazirlə komitə sədri arasında MÜBAHİSƏ: İki inək verirlər, üç gün sonra ölür Xəbər saytı Son xəbərlər və Hadisələr

Icma.az, Baku.ws portalına istinadən məlumat verir.

"Özünüməşğulluq proqramı ilə kəndliyə iki inək verirlər, o da qapıdan girəndən üç gün sonra ölür".

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsi haqqında" qanun layihəsinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, şəhid ailələri və veteranlara güzəştlərin verilməsi ilə bağlı çoxlu qanunlar, Prezidentin fərmanı, icra hakimiyyətlərinin sərəncamları var:

"Nazirlik onların hüquq və imtiyazları ilə bağlı məlumatı portalda yerləşdirsə, şəhid ailələri və müharibə veteranları öz hüquqları barədə məlumatı oradan öyrənə bilərlər. Bundan başqa, özünüməşğulluqla bağlı proqram çox yaxşıdır.

Amma proqramın həyata keçirilməsi mexanizmində problemlər var. Başqa sahələri deyə bilmərəm, amma kənd təsərrüfatı ilə bağlı şikayətlər çoxdur.

Xəstə mal-heyvanları insanlara verirlər, o da qapıdan girəndən üç gün sonra ölür. Onların da bir dəfə almaq şansı var. Kəndliyə iki inək, ona bir illik zəmanət verilir. Heç olmasa, üç aylıq da yeməyini verin. Çünki kəndli onu ehtiyacdan alır.

Eyni zamanda, müharibə veteranları ilə bağlı müraciətlər olur. Onlar əlillik təyinatı almaq üçün müraciət edirlər. Ola bilər, hansısa kompüter, aparat onu göstərə bilmir.

Əgər qucağında silahla kazarmada yatmamısansa, bunu dərk edə bilməzsən. Beş dil bilə bilərsən, amma yanında döyüş yoldaşının ölməsi ilə keçirilən psixoloji sarsıntını heç kəs bilə bilməz".

Nazir Sahil Babayev isə cavabında qeyd edib ki, elektron şəkildə hər bir şəhid ailəsinə olan imtiyazlar var:

"Bununla bağlı bukletlər də çap olunub. Təqdim olunan heyvanlarla bağlı araşdırılmamış məlumatlar verilməsin.

Təqdim olunmuş heyvanlarla bağlı AQTA-nın xəstəlik-sağlamlıq arayışları olur. Araşdırmamış heç kim heç nə deməsin".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://baku.ws
archiveBu xəbər 26 Noyabr 2024 21:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu saatlarda gəzinti xərçəng riskini azaldır

23 İyul 2025 01:01see170

Şörzingerin Azərbaycanca öyrəndiyi söz…

24 İyul 2025 01:29see164

Zəngəzur dəhlizi: İrəvan fürsəti niyə əldən verir?

23 İyul 2025 10:01see148

AMB uçot dərəcəsini azaldıb

23 İyul 2025 10:14see142

ABŞ nin də iştirakı ilə Bakıda iki ölkə arasında danışıqlar aparılacaq

23 İyul 2025 10:50see140

Günün qoroskopu: ruhunuz narahat ola bilər

23 İyul 2025 00:02see140

Bu kuba baş məsqçi təyin olundu

23 İyul 2025 16:25see139

Şəmkirdə 15 yaşlı qızın ehtiyatsızlığı faciə ilə nəticələndi

24 İyul 2025 01:38see137

Kürdəmirdə 8 nəfər qidadan zəhərlənib

23 İyul 2025 03:45see134

General Motors un mənfəəti Trampın tariflərinə görə üç ayda 1 milyard dollardan çox azalıb

23 İyul 2025 03:40see133

İllər əvvəl Vağzalı ilə gəlin köçən azərbaycanlı məşhurlar FOTO

23 İyul 2025 00:16see132

PA nın Vətəndaş Qəbulu Mərkəzində avqust ayı üçün qəbul cədvəli AÇIQLANDI

23 İyul 2025 18:12see131

Qurban Qurbanov: Qələbəni unudub cavab oyununa ciddi hazırlaşacağıq

24 İyul 2025 01:30see129

Xankəndi şəhərində “Sarı gəlin” abidəsi belə ola bilər

23 İyul 2025 17:48see127

ABŞ da qırmızı ət qiymətləri rekord həddə çatdı

23 İyul 2025 20:13see125

BYD və “Geely”də saxtakarlıq aşkarlandı Subsidiyalar bu mexanizmlə mənimsənilir

23 İyul 2025 20:07see124

Aktivlərinin həcminə görə Azərbaycan banklarının RENKİNQİ

23 İyul 2025 18:27see121

Uşağın smartfona erkən çıxışı psixi sağlamlıq problemlərinə gətirib çıxarır

24 İyul 2025 04:25see119

YPG Suriyada silahları təhvil verməyəcəyini açıqlayıb

24 İyul 2025 02:48see117

“Qarabağ”ın darmadağınla qələbəsi Video

24 İyul 2025 02:30see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri