Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Nazirlər Kabineti bugünü iş günü elan etməklə qanunsuzluq edib

Nazirlər Kabineti bugünü iş günü elan etməklə qanunsuzluq edib

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

”Nazirlər Kabineti səlahiyyətlərini aşaraq qanunu pozub.
Bu gün ardıcıl 7-ci iş günüdür. Tariximizdə hələ belə hal olmamışdı və bu qanunsuzdur”.

Gununsesi.info xəbər verir ki, bunu tanınmış hüquqşünas Əkrəm Həsənov özünün sosial şəbəkə hesabında yazıb.

“Xatırladıram ki, Nazirlər Kabinetinin 28 noyabr 2024-cü il tarixli 499 saylı Qərarı ilə 28-29 dekabr günləri iş günü elan olundu ki, öz növbəsində 30 dekabr və 3 yanvar qeyri-iş günləri olsun və beləliklə 30 dekabrdan başlayaraq tam qeyri-iş həftəsi olsun.

Bir tərəfdən, bu, insanlara ardıcıl bir həftə istirahət etməyə imkan yaradır. Lakin digər tərəfdən, onları tam bir həftə işləməyə məcbur edir. Bu isə qanuna ziddir.

Belə ki, Konstitusiyamızın 37-ci maddəsinə əsasən işçilərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri verilməsi təmin edilməlidir. Əmək Məcəlləsinin 104-cü maddəsinin 1-ci bəndində isə deyilir: “Hər bir işçiyə həftələrarası fasiləsiz istirahət günlərindən istifadə etməyə şərait yaradılmalıdır. Həftələrarası istirahət günlərinin sayı beşgünlük iş həftəsində iki gün, altıgünlük iş həftəsində isə bir gün olmalıdır”. Başqa sözlə, qanun yeddigünlük iş həftəsinə yol vermir. Maksimum altı gün ardıcıl işləmək olar.

Bəli, Əmək Məcəlləsinin 105-ci maddəsinin 7-ci bəndinə uyğun olaraq bayram və həftələrarası istirahət günləri biri digərindən əvvəl və ya sonra gələrsə, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə hökumətin qərarı ilə bu iş və ya istirahət günlərinin yeri dəyişdirilə bilər. Lakin bu, o demək deyil ki, belə yerdəyişmə Məcəllənin 104-cü maddəsinə zidd şəkildə həyata keçirilə bilər və nəticədə insanlar ardıcıl 7 iş günü işlədilə bilər. Yəni Məcəllənin 104-cü və 105-ci maddələri arasında heç bir ziddiyyət yoxdur. Bəli, Nazirlər Kabineti iş və istirahət günlərinin yerini dəyişə bilər, amma o şərtlə ki, iş həftəsi maksimum altıgünlük olsun.

Hətta fərz etsək ki, sözügedən maddələr arasında ziddiyyət var, yenə də 104-cü maddənin tələbi üstünlük təşkil edir. Belə ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 10.4-cü maddəsinə əsasən eyni normativ hüquqi aktda ümumi və xüsusi normalar arasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq edilir. Təbii ki, 105-ci maddə ümumi normanı təsbit edir: iş və istirahət günlərinin yerinin dəyişdirilməsi üzrə. 104-cü maddə isə xüsusi normanı təsbit edir: konkret olaraq iş həftəsindəki günlərin sayını müəyyən edir. Sağlam məntiqlə də bu belədir. Çünki əks halda belə çıxır ki, guya hökumət sonradan əvəzini verməklə istənilən sayda ardıcıl günləri iş günü elan edə bilər. Bu isə artıq köləlikdir!

Buna görə də Nazirlər Kabineti bizim istirahət hüququmuzu pozub. Necə etməli idi? 28 dekabrı iş günü elan edərək, 29 dekabrdan başlayaraq ardıcıl 5 günü qeyri-iş günləri (2 yanvar daxil) elan etməli idi. 3 yanvar (cümə günü) iş günü olmalı idi, sonra isə yenə şənbə-bazar istirahət günləri. Qanunvericilik əbəs yerə maksimum altıgünlük iş həftəsi tələbini müəyyən etməyib. İnsan, onun orqanizmi və psixikası həftə ərzində azı bir gün istirahət etməlidir.

Yaxud ötən həftənin şənbə günü (21 dekabr) iş günü, bu həftənin bazar ertəsi (23 dekabr) isə istirahət günü olmalı idi. Yəni həm ötən, həm də bu həftə 6 günlük iş həftəsi olmalı idi. Bu halda bugünkü bazarın iş günü olmasında problem olmazdı və ardıcıl 7 gün istirahət edərdik…

Ümumən isə bir daha onu xatırladıram ki, Nazirlər Kabineti hər bir halda belə qərarları (iş və qeyri-iş günlərinin müəyyən edilməsi üzrə) il qabağı verməlidir. Çünki normal cəmiyyətdə və iqtisadiyyatda ciddi işgüzar şəxslər planlarını ən azı aylar öncə qurur. Hətta məhkəmələr də bəzən bir-iki ay qabaq iclas tarixini müəyyən edir. Nazirlər Kabinetinin belə ani qərarlar verməsi isə planları pozur. Axı niyə ötən ilin sonunda hökumət bu məsələni birdəfəlik həll edə bilməzdi?

Günay Mahirqızı

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:194
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 29 Dekabr 2024 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see326

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see265

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see261

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see254

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see252

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see239

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see232

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see230

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see228

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see226

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see223

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see219

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see217

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see212

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see208

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see194

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see193

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see189

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see181

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri