Nazirlər Kabineti süni intellekt strategiyası ilə bağlı qərar verib
Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Nazirlər Kabineti ölkə Prezidentinin “2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi haqqında” 19 mart 2025-ci il tarixli sərəncamının icrasının təmin edilməsi barədə qərar qəbul edib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni sərəncam imzalayıb.
Sərəncama əsasən, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti və aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə Strategiyanın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.1.1-ci yarımbəndinin icrası ilə bağlı təkliflərini 2026-cı il iyulun 1-nə qədər Nazirlər Kabinetinə təqdim etməli, Ədliyyə Nazirliyi İqtisadiyyat Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birlikdə Tədbirlər Planının 8.1.3-cü yarımbəndinin icrası ilə bağlı təkliflərini 2027-ci il iyulun 1-nə qədər Nazirlər Kabinetinə təqdim etməli, aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə Tədbirlər Planının 8.1.4-cü yarımbəndinin icrası ilə bağlı təkliflərini 2027-ci il iyulun 1-nə qədər Nazirlər Kabinetinə təqdim etməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 30 Aprel 2025 11:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















