Icma.az
close
up
RU
Azərbaycan BƏƏ münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəlib ŞƏRH

Azərbaycan BƏƏ münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəlib ŞƏRH

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 18 dekabr, AZƏRTAC

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə bu ölkəyə səfərinin əsas məqsədi “Gələcəyin Oyunları 2025” qlobal idman turnirinin açılış mərasimində iştirak olsa da, bu səfər siyasi, iqtisadi və strateji aspektlər baxımından xüsusi əhəmiyyət kəsb edir. Səfər Azərbaycan–BƏƏ münasibətlərinin strateji tərəfdaşlıq çərçivəsində yeni, daha yüksək mərhələyə yüksəlməsinə xidmət edir. İki ölkə arasında siyasi dialoq yüksək intensivliklə davam edir, eyni zamanda, iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsi hər iki tərəfin prioritetləri sırasında yer alır. Azərbaycan xarici siyasətdə atdığı addımları hərtərəfli ölçüb-biçir və bu addımların regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verməsi üçün ardıcıl və məqsədyönlü siyasət yürüdür. Bu baxımdan Azərbaycan–BƏƏ münasibətlərinin mövcud dinamikası regionda sabitliyin qorunub saxlanılmasına mühüm töhfə verir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov söyləyib.

O bildirib ki, strateji tərəfdaşlıq münasibətlərinin yüksələn xətlə inkişafı hər iki ölkə tərəfindən yüksək qiymətləndirilir. BƏƏ son onilliklərdə xarici siyasət, iqtisadi inkişaf və investisiya siyasəti sahəsində qeyri-adi uğurlara imza atmış ölkə kimi tanınır. Xarici siyasətdə ardıcıllıq, daxili siyasətdə isə sosial-iqtisadi rifahın təmin olunmasına yönəlmiş qərarlar beynəlxalq aləmdə ölkəyə olan müsbət münasibəti daha da gücləndirib. Müdafiə xərcləri ilə yanaşı, iqtisadi və sosial inkişaf üçün rəqabətqabiliyyətli layihələrə üstünlük verilməsi, münaqişələrin həllində qarşıdurma əvəzinə dialoq və barışıq modelinin seçilməsi BƏƏ-nin beynəlxalq imicinin əsas sütunlarındandır. Bu gün BƏƏ müharibə və münaqişələrin həllinə vasitəçilik edən, öz ərazisini sülh platforması kimi təqdim edən mühüm aktorlardan biri kimi çıxış edir.

“Azərbaycanla BƏƏ sülh və əməkdaşlıq məsələlərində ortaq baxışlara malikdir. Bu uyğunluq ikitərəfli münasibətlərin dərinləşməsinə əlverişli zəmin yaradır. Prezident İlham Əliyev ilə Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyan arasında formalaşmış yüksək səviyyəli şəxsi münasibətlər qarşılıqlı etimad mühitini daha da möhkəmləndirir. İntensiv qarşılıqlı səfərlər və aktiv diplomatik təmaslar əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edir.

Bu münasibətlərin institusional əsaslara söykənməsi məqsədilə 2024-cü ilin yanvarında BƏƏ Prezidentinin Azərbaycana ilk rəsmi səfəri zamanı “Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu” imzalandı, 2025-ci ilin sentyabrında isə “Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələri haqqında Birgə Bəyannamə” qüvvəyə minib. Sözügedən sənədlər siyasi, iqtisadi, enerji, investisiya və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur”, - deyə A.Badamov vurğulayıb.

BƏƏ-nin dünyanın aparıcı karbohidrogen istehsalçılarından biri olduğunu diqqətə çatdıran deputat deyib: “Ölkənin sübut edilmiş neft ehtiyatları 98,8 milyard barel, təbii qaz ehtiyatları isə təxminən 6 trilyon kubmetr təşkil edir. Gündəlik iki milyon bareldən artıq neft hasilatı BƏƏ-ni OPEC-in əsas üzvlərindən birinə çevirir. Bununla yanaşı, Hörmüz boğazına strateji nəzarət və əlverişli coğrafi mövqe ölkəyə qlobal enerji və ticarət təhlükəsizliyində mühüm rol qazandırır. Dubayın regional ticarət və logistika mərkəzinə çevrilməsi BƏƏ-nin beynəlxalq təsir imkanlarını daha da artırıb.

Azərbaycan da öz növbəsində Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən, Qlobal Şimalla Qlobal Cənub arasında etibarlı tərəfdaş kimi çıxış edən dövlətdir. Enerji resursları və nəqliyyat-logistika potensialı ölkənin xarici siyasətində mühüm rol oynayır.

2025-ci il iyulun 9-da imzalanmış “Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi” Azərbaycan–BƏƏ iqtisadi münasibətlərində keyfiyyətcə yeni mərhələnin əsasını qoyub. Bu səfər həmin sazişin praktiki icrası baxımından mühüm əhəmiyyət daşıyır. Ticarət dövriyyəsinin artması, investisiya diversifikasiyası, innovasiya və yaşıl texnologiyalar üzrə əməkdaşlığın genişlənməsi əsas gözləntilər sırasındadır.

BƏƏ Azərbaycan iqtisadiyyatına indiyədək 2,5 milyard dollar həcmində investisiya yatırıb, ölkəmizdə 360-dan çox BƏƏ şirkəti fəaliyyət göstərir. Cari ilin 10 ayında ticarət dövriyyəsi 87 faiz artaraq 166,5 milyon dolları ötüb. Nizamnamə kapitalı 1 milyard dollar olan Birgə İnvestisiya Fondu, həmçinin bərpaolunan enerji layihələri – Qaradağ, Biləsuvar, Neftçala Günəş elektrik stansiyaları və Abşeron–Qaradağ külək elektrik stansiyası əməkdaşlığın real nəticələridir. “Masdar” şirkəti işğaldan azad edilmiş ərazilərdə də aktiv fəaliyyət göstərir, BƏƏ bu ərazilərin minalardan təmizlənməsi üçün 5 milyon dollar maliyyə dəstəyi ayırıb”.

O bildirib ki, birbaşa aviareyslər turizm əlaqələrinin inkişafına müsbət təsir göstərib. Belə ki, ilin 10 ayında BƏƏ-dən Azərbaycana 39 mindən çox turist səfər edib. Yüksək texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsi də gündəmdədir.

Parlamentlərarası əlaqələr də dinamik inkişaf edir. BƏƏ Federal Milli Şurasının sədri Saqr Qobaşın Azərbaycana rəsmi səfəri, Milli Məclisin sədri Sahibə Qafarova ilə keçirilən görüşlər və imzalanmış Anlaşma Memorandumu siyasi dialoqun institusional səviyyədə möhkəmləndiyini göstərir. Qarşılıqlı parlament səfərləri və yüksək səviyyəli görüşlər iki ölkə arasında strateji tərəfdaşlığın davamlı siyasi iradəyə söykəndiyini təsdiqləyir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Dekabr 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri