Icma.az
close
up
RU
Nazirlər Kabinetində müşavirə keçirilib

Nazirlər Kabinetində müşavirə keçirilib

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilovun sədrliyi ilə müşavirə keçirilib. Müşavirəni giriş sözü ilə açan Baş nazir bildirib ki, Azərbaycanda müstəqil dövlətçiliyin qorunması ənənəsinin yaradılması Ulu Öndərin, dövlətimizin modernləşməsi və daha da güclənməsi, milli iqtisadiyyatımızın sürətli inkişafı Prezident İlham Əliyevin adı ilə bağlıdır.Həyata keçirilən davamlı iqtisadi islahatlar sayəsində Azərbaycan ötən müddət ərzində ölkənin iqtisadi müstəqilliyinin təmin olunması istiqamətində əhəmiyyətli addımlar atıb. Davamlı iqtisadi islahatlar nəticəsində bu siyasət qlobal iqtisadi çağırışlara uyğun müasir konseptual yanaşmalarla daha da təkmilləşdirilmiş, strateji məqsədlərə uyğun sərbəst bazar münasibətlərinin və özünüinkişaf qabiliyyətinə malik sosialyönümlü, şaxələndirilmiş milli iqtisadiyyatın formalaşdırılması təmin edilmişdir.Baş nazir vergi və gömrük orqanlarının xətti ilə büdcə daxilolmalarında müsbət dinamika müşahidə olunduğunu diqqətə çatdırıb.Qeyd edib ki, büdcə gəlirləri yerli daxilolmalar hesabına artırılıb ki, bu da ilk dəfə olaraq büdcə daxilolmalarının 49 faiz hissəsi yerli büdcə hesabına başa gəlib.Naxçıvan Muxtar Respublikasının Baş naziri 2025-ci il büdcəsinin icrasına başlayacaq qurumlara hər bir istiqamət üzrə xərclərin icrası ilə bağlı müvafiq göstərişlər verib. Müvafiq icra orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə elektron sistemlərin ölkənin anoloji qurumlarının sistemlərinə inteqrasiyanın sürətlənməsini, işgüzar əlaqələrin daha da sıx qurulmasını və onların əldə etdiyi təcrübələrdən yararlanmağı tövsiyə etmiş, aidiyyəti qurumlara bir sıra tapşırıqlar vermişdir.Müşavirədə Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsinin 11 aylıq icra vəziyyəti,"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı"nda nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti və "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın 2025-2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planı"nda nəzərdə tutulan və Naxçıvan Muxtar Respublikasının 2025-ci il büdcəsində əsaslı vəsait qoyuluşundan (investisiya xərclərindən) maliyyələşdirilməsi təklif edilən layihələrin ciddi texniki əsaslandırmalar aparılaraq hazırlanması tapşırıqları verilmişdir.Müşavirədə Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri Həsən İsmayılovun, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Elnur Ibrahimovun, Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Fərid Bağırzadənin, Nazirlər Kabinetinin Aparat rəhbəri Sahir Rüstəmovun çıxışları dinlənilmişdir.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidməti

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 Dekabr 2024 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see367

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see308

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see290

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see264

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see254

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see248

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see237

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see231

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see223

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see222

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see214

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see203

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see191

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see187

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see186

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see182

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see179

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see178

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see165

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri