Icma.az
close
up
RU
Nazirlik əhaliyə müraciət etdi

Nazirlik əhaliyə müraciət etdi

Metbuat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Məişətdə elektrik və qaz təsərrüfatlarında olan nasazlıqlar, habelə ehtiyatsızlıq və nəzarətsizlik yanğın və partlayış hadisələrinin əsas səbəblərindəndir.

Metbuat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin elektrik və qaz qızdırıcı cihazlarına olan yüksək tələbatın yanğın-partlayış riskini artırması ilə əlaqədar əhaliyə müraciətində qeyd edilib.

"Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, bəzi vətəndaşlar, fiziki və hüquqi şəxslər tərəfindən təhlükəsizlik qaydalarına laqeyd yanaşma, o cümlədən yol verilən səhlənkarlıqlar sonda acı nəticələrə gətirib çıxarır, insanların həyat və sağlamlığına, eləcə də əmlaka və infrastruktura ziyan vurur".

Qeyd olunanları, xüsusilə ilin soyuq aylarında elektrik və qaz qızdırıcı cihazlarına olan yüksək tələbatın yanğın-partlayış riskini artırdığını nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək mühüm təhlükəsizlik qaydalarına əməl olunmasının zəruriliyini bir daha xatırladır:

Nasaz və standartlara uyğun olmayan elektrik və qaz cihaz və qurğularından istifadə etməməlidir. Elektrik və qaz təsərrüfatı daim saz vəziyyətdə saxlanılmalıdır, elektrik və qaz şəbəkəsinin quraşdırılması, habelə təmiri yalnız mütəxəssisə həvalə edilməlidir, elektrik xətləri və uzadıcılarını həddindən artıq yükləməməlidir.

Həmçinin qeyd edilib ki, elektrik və qaz cihazları uşaqlar tərəfindən istifadə edilməməli və daim nəzarətdə saxlanılmalı, mənzil daxilində, eyvan və pilləkən qəfəslərində tezalışan yanar maddə saxlamamalı, mənzili tərk edərkən elektrik və qaz cihazlarını işlək vəziyyətdə qoymamalıdır.

Qeyd olunub ki, mənzilə daxil olarkən qaz sızmasının baş vermədiyinə əmin olmadan işıq yandırmamalı, elektrik və qaz cihazlarını işə salmamalı, açıq oddan istifadə etməməli, qaz iyi hiss etdikdə isə dərhal qapı-pəncərələri açmalı, mənzilə qazın girişini bağlamalı və mütəxəssis çağırmalı, tam söndürülməmiş kibrit və siqaret kötüyünü zibil qutusuna və ya eyvandan atmamalıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:35
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 09 Dekabr 2024 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəm qazı daha 4 canımızı aldı

21 Aprel 2025 12:43see219

Hakan Fidan Ərdoğanın sirr dağarcığı Uzun boylu kubar, casus diplomat” (TƏHLİL)

21 Aprel 2025 12:39see170

Məktəblərdə YENİLİK KONKRET

21 Aprel 2025 16:58see155

Vizual incəsənətə baxmaq rifaha müsbət təsir göstərə bilər

21 Aprel 2025 06:08see153

Dadaşovun qolu komandasını finala yüksəltdi

22 Aprel 2025 00:07see140

Bağanıs Ayrım sakini: Bütün arzularım yanıb, kül oldu

21 Aprel 2025 02:13see136

Yaşlılarda texnologiya istifadəsi demans riskini azalda bilər

21 Aprel 2025 18:19see136

Liverpul addım addım çempionluğa doğru

21 Aprel 2025 01:19see132

Karyera, pul və… 4 BÜRC üçün böyük imkanlar dövrü başlayır

22 Aprel 2025 00:04see130

İslam Kərimovun nəvəsi realiti şouya qatılır

21 Aprel 2025 23:58see128

BMT: Kütləvi cəzalandırmaya heç nə haqq qazandırmır

21 Aprel 2025 11:14see124

Rimas Kurtinaytis ilk iki perioddan narazı qalıb

21 Aprel 2025 21:24see123

“Mənə təslim olsalar, onlara mahnı yazaram”

22 Aprel 2025 00:06see123

Ədil Məhərrəmov QƏTLƏ YETİRİLDİ

22 Aprel 2025 13:47see120

Ağ Ev yeni müdafiə naziri axtarır?

22 Aprel 2025 00:09see117

Liderdən asan qələbə

21 Aprel 2025 09:34see116

Uşaqlarla əlaqə qurmağın ən yaxşı 5 YOLU

22 Aprel 2025 19:47see115

Bu həftə Tesla və Alphabet gəlir açıqlayacaq Davam, yoxsa...?

22 Aprel 2025 00:00see113

İsrail ordusu Hizbullah ı silahla tımin edən üzvünü öldürüb

21 Aprel 2025 07:40see108

Yarımfinalın ilk oyununu buraxa bilər

21 Aprel 2025 21:47see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri