Icma.az
close
up
RU
Nazirlik rəsmisi: Yüksək səviyyədə təşkil olunan yarışlar Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasının sübutuna çevrilib

Nazirlik rəsmisi: Yüksək səviyyədə təşkil olunan yarışlar Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasının sübutuna çevrilib

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 23 may, AZƏRTAC

Minifutbol üzrə dünya çempionatı Azərbaycanın ev sahibliyi etdiyi növbəti nüfuzlu yarışlardan biridir. Bildiyiniz kimi, ölkəmiz indiyədək ilk Avropa Oyunları, III İslam Həmrəyliyi Oyunları, XV Avropa Gənclər Yay Olimpiya Festivalı, 42-ci Ümumdünya Şahmat Olimpiadası kimi nüfuzlu yarışlara ev sahibliyi edib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Gənclər və İdman Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qabil Mehdiyev Bakıda keçirilən minifutbol üzrə dünya çempionatı ilə bağlı danışarkən deyib.

Nazirlik nümayəndəsi bildirib ki, minifutbol üzrə dünya çempionatı da əhəmiyyətli tədbirlərdən hesab olunur: “Bakı ayrı-ayrı illərdə müxtəlif idman növləri üzrə qitə və dünya çempionatlarını qəbul edib. Hər biri də yüksək səviyyədə təşkil olunub və Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasının sübutuna çevrilib. Minifutbola ölkəmizdə böyük maraq var. Sevindiricidir ki, Azərbaycan bu idman növü üzrə nəinki Avropada, hətta dünyada ən güclü milli komandaya sahib ölkə kimi tanınır. İnanıram ki, mundial minifutbolumuzun daha da populyarlaşmasına və inkişafına təkan verəcək. Eyni zamanda, üzərinə götürdüyü bütün öhdəlikləri layiqincə yerinə yetirən ölkəmizin adı dünya idman tarixinə daha bir mötəbər tədbirə layiqincə ev sahibliyi edən dövlət kimi yazılacaq".

Q. Mehdiyev bu il ölkəmizin Formula 1 Azərbaycan Qran-Prisi və III MDB Oyunlarına da ev sahibliyi edəcəyini xatırladıb: “Hər il paytaxımızda keçirilən Formula 1 yarışı da ölkəmizi dünyada tanıdan ən nüfuzlu yarışlardan biridir. Bu il 7 şəhərimizdə keçiriləcək III MDB Oyunları da paytaxtdan kənarda ən iri miqyaslı ilk multi idman yarışı olaraq tarixə yazılacaq”.

Qeyd edək ki, minifutbol üzrə dünya çempionatı iyunun 1-də başa çatacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 May 2025 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see162

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see158

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see129

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see126

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see125

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri