Icma.az
close
up
RU
Azərbaycan dünyada idman ölkəsi kimi tanınır

Azərbaycan dünyada idman ölkəsi kimi tanınır

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Müasir dünyada idman dövlətlərin strateji imkanlarını nümayiş etdirən çoxölçülü platformaya çevrilib. İdman vasitəsilə ölkələr öz təşkilati potensialını, sosial sabitliyini və gələcəyə dair baxışlarını beynəlxalq ictimaiyyətə təqdim edirlər. 2025-ci ilin idman yekunları göstərir ki, bu sahəyə yanaşma sistemli, düşünülmüş və uzunmüddətli planlaşdırmaya əsaslanır. Əldə edilən nəticələr təsdiqləyir ki, idman siyasəti artıq dövlətin ümumi inkişaf modelinin ayrılmaz tərkib hissəsidir.

Beynəlxalq yarışlarda qazanılan 2000-dən çox medal, o cümlədən yüzlərlə qızıl medal uzun illər ərzində formalaşdırılmış idman ekosisteminin real nəticəsidir. Müxtəlif idman növlərində əldə olunan uğurlar göstərir ki, idmanın inkişafı selektiv deyil, kompleks və inklüziv xarakter daşıyır. Bu sahədə davamlı uğurun əsasında düzgün idarəetmə dayanır, 2025-ci ildə müşahidə olunan nəticələr sübut edir ki, idman strukturlarında formalaşdırılmış idarəetmə mexanizmləri artıq sabit və funksional xarakter alıb. Qərar qəbuletmə proseslərinin optimallaşdırılması və federasiyalar arasında koordinasiyanın gücləndirilməsi idman sisteminin effektivliyini əhəmiyyətli dərəcədə artırıb. Bu yanaşma idmançıların hazırlıq prosesində də özünü göstərir. Elmi-metodik bazaya əsaslanan məşq proqramları, psixoloji hazırlıq və tibbi nəzarət mexanizmləri idmançıların beynəlxalq arenada daha sabit və inamlı çıxış etməsinə şərait yaradır. Nəticə etibarilə uğur artıq fərdi səylərin deyil, bütöv sistemin təzahürünə çevrilir.
İdman infrastrukturunun inkişafı strateji xarakter daşıyır və bu proses ölkə üzrə balanslı şəkildə həyata keçirilir. Bölgələrdə Olimpiya İdman komplekslərinin sayının 46-ya çatması idmanın bütün ölkə səviyyəsində inkişaf etdiyini göstərir. Bu obyektlər idmanın kütləviləşdirilməsi üçün əsas baza olmaqla yanaşı, regionların sosial həyatına yeni dinamika gətirir. Regionlarda yaradılmış müasir idman infrastrukturu gənclərin asudə vaxtının səmərəli təşkili, sağlam həyat tərzinin təşviqi və sosial aktivliyin artırılması baxımından mühüm rol oynayır. Eyni zamanda, bu komplekslər yerli istedadların üzə çıxarılmasına və onların peşəkar idmana inteqrasiyasına real imkanlar yaradır.
İdman siyasətinin mərkəzində insan kapitalının gücləndirilməsi dayanır. Sağlam, fiziki və mənəvi cəhətdən möhkəm gənclik olmadan uzunmüddətli inkişaf mümkün deyil. 2025-ci ildə gənclərin idmana cəlb olunması istiqamətində aparılan tədbirlər bu sahədə mühüm dönüş yaradıb. İdman gənclərə yalnız fiziki hazırlıq deyil, həm də intizam, məsuliyyət, məqsədyönlülük və kollektiv düşüncə aşılayır. Bu keyfiyyətlər gələcəkdə cəmiyyətin müxtəlif sahələrində liderlik potensialına malik, fəal və məsuliyyətli vətəndaşların formalaşmasına zəmin yaradır. Bu baxımdan idman gənclər siyasətinin ən təsirli vasitələrindən biri kimi çıxış edir.
İdman uğurları milli-mənəvi mühitin formalaşmasına birbaşa təsir göstərir. Beynəlxalq arenalarda qazanılan qələbələr cəmiyyətdə özünəinamı gücləndirir, birlik və həmrəylik hissini möhkəmləndirir. İdmançılar yarışlara çıxarkən artıq təkcə şəxsi nailiyyətləri deyil, ümummilli dəyərləri təmsil edirlər. Bu məsuliyyət hissi idmançıların çıxışına əlavə motivasiya verir və onların mübarizə əzmini daha da artırır. Beləliklə, idman milli kimliyin və mənəvi gücün ifadə olunduğu mühüm platformaya çevrilir.
2025-ci ildə keçirilən III MDB Oyunları, UFC turniri və Formula 1 yarışları ölkənin beynəlxalq idman məkanında mövqeyini daha da möhkəmləndirib. Bu tədbirlər təşkilati imkanların, təhlükəsizlik səviyyəsinin və infrastrukturun yüksək olduğunu nümayiş etdirir. Xüsusilə yarışların bölgələrdə keçirilməsi strateji baxımdan mühüm önəm daşıyır. Bu yanaşma inkişafın yalnız mərkəzdə deyil, bütün regionlarda paralel şəkildə getdiyini göstərir və beynəlxalq qonaqlara real mənzərə təqdim edir. 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdəki çıxışında dövlətimizin başçısının qeyd etdiyi kimi, bu il ölkəmizdə ilk dəfə olaraq UFC üzrə beynəlxalq turnir keçirilmişdir: “Bu da dünya miqyasında ən populyar idman yarışıdır və adətən bu yarışların əksər mərhələləri Amerikada keçirilir, yaxud da ki, ən inkişaf etmiş ölkələrdə. Bakını da bu siyahıya salmağımız, ilk növbədə, ölkəmizin potensialını göstərir. Eyni zamanda, onu göstərir ki, biz artıq bu sahədə də öz fəaliyyətimizi göstəririk”.
Beynəlxalq idman yarışları iqtisadi baxımdan da mühüm təsir gücünə malikdir. 2025-ci ildə keçirilən yarışlar turizm axınının artmasına, xidmət sektorunun genişlənməsinə və yeni iş yerlərinin yaradılmasına səbəb olub. Bu proses idmanın iqtisadi inkişafla sıx bağlı olduğunu bir daha sübut edir. Formula 1 yarışlarının beynəlxalq auditoriyası şəhərin və ölkənin tanıdılmasında əvəzsiz rol oynayır. Bu yarışlar vasitəsilə yüz milyonlarla insan müasir şəhər mühitini, infrastruktur imkanlarını və ümumi inkişaf səviyyəsini müşahidə edir.
Şahdağ Xizək Kurortunda Dünya Kubokunun keçirilməsi idman siyasətində yeni mərhələnin başlanğıcıdır. Qış idmanlarının inkişafı bölgənin iqtisadi və sosial strukturuna ciddi təsir göstərir. Yeni trasların salınması, hotellərin və xidmət obyektlərinin açılması bölgədə məşğulluğu artırır və yerli əhalinin rifahına müsbət təsir edir. Bu model göstərir ki, idman regional transformasiyanın effektiv vasitəsinə çevrilə və uzunmüddətli inkişaf üçün dayanıqlı zəmin yarada bilər.
2025-ci ilin idman yekunları sübut edir ki, sosial siyasətin, gənclər strategiyasının, beynəlxalq təqdimatın və iqtisadi inkişafın mühüm komponentidir. Mövcud yanaşmanın davam etdirilməsi idmanın gələcək illərdə də milli potensialın gücləndirilməsində aparıcı rol oynayacağını göstərir. Bu strateji xətt idmanı ölkənin gücünü və imkanlarını nümayiş etdirən mühüm milli resursa çevirir.

Mahir Süleymanlı
Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 29 Dekabr 2025 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Torqovı”da göbək rəqsi: “Çılğın dondurmaçı” gündəm yaradır VİDEO

15 Avqust 2026 11:32see379

Oynaqlardakı ağrıya dəfnə yarpağı kömək edir? AÇIQLAMA

14 Avqust 2026 13:31see255

BİZİM TƏQVİM: 15 avqustda baş vermiş tarixi hadisələr

15 Avqust 2026 08:01see206

Gökhan Özen ikinci dəfə evləndi (Foto)

15 Avqust 2026 00:27see204

Maşında ürəkbulanma niyə yaranır?

15 Avqust 2026 01:56see197

Tarqovı da rəqs edən qızın GÖRÜNTÜLƏRİ qalmaqal yaratdı FOTO VİDEO

14 Avqust 2026 19:40see186

Hörmüzdən 13 gəmi keçib

15 Avqust 2026 01:14see173

“Komo” “Çelsi”nin hücumçusunu hədəfə alıb

15 Avqust 2026 03:06see173

Cəlal Hüseynov oynadı, komandası qalib gəldi

15 Avqust 2026 01:46see173

Lalə Məmmədova: “Öz dərdim bəsimdir”

14 Avqust 2026 14:44see170

İndoneziya sahillərində 7,5 bal gücündə zəlzələ olub, sunami gözlənilir

15 Avqust 2026 03:36see168

Bakı Qazax yolunda iki yük maşını toqquşdu, ölənlər var

15 Avqust 2026 22:40see167

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see167

Avropada Məhşər: Dəhşətli meşə yanğınları VİDEO

15 Avqust 2026 03:41see166

Bu səfirin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatdı

15 Avqust 2026 09:38see166

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see165

Masazırda bayquş ulayırdı!

16 Avqust 2026 00:07see164

Gecələr güclü ürək döyüntüsünün səbəbi nədir? Kardioloqlardan açıqlama

15 Avqust 2026 08:07see163

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see160

Bu qidalar prostat xərçəngi riskini artırır

15 Avqust 2026 02:03see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri