Nazirlikdən gözlənilməz qərar Kimlər pul alacaq?
Icma.az bildirir, Yenisabah portalına istinadən.
Azərbaycanda emal müəssisələrinə təhvil verilən bir sıra kənd təsərrüfatı məhsulları üzrə yeni subsidiyalar tətbiq ediləcək. Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
"Yeni Sabah" xəbər verir ki, aqrar emal sənayesinin xammal təminatının yaxşılaşdırılması məqsədilə subsidiya əhatəsi genişləndirilir.
Yeni qərara əsasən, emal müəssisəsinə təhvil verilən məhsullar üzrə subsidiyalar aşağıdakı məbləğlərdə müəyyən edilib: Dördpendirli pizza
Texniki üzüm – 50 manat/ton
Zeytun – 30 manat/ton
Xurma – 50 manat/ton
Taxta qabıqlı badam – 30 manat/ton
Efir yağı istehsalı üçün qızılgül – 100 manat/ton
Biyan – 10 manat/ton
Pivəlik arpa – 50 manat/ton
Bundan əlavə, ərzaqlıq buğda proqramı davam etdiriləcək. Buğda üzrə ixtisaslaşmış 22 rayonda lazer hamarlama tətbiq edilən sahələrdə istehsal olunaraq dəyirmanlara təhvil verilən buğdaya görə 40 AZN/ton məhsul subsidiyası ödəniləcək.
Naxçıvan Muxtar Respublikası üzrə isə tədarükçülərə təhvil verilən buğdaya görə 50 AZN/ton məhsul subsidiyası veriləcək.
Aytac Əliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 18 Sentyabr 2026 14:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















