Icma.az
close
up
RU
Nazirliyə kəskin irad Tələbələri və şagirdləri niyə o yerlərə aparmırlar?!

Nazirliyə kəskin irad Tələbələri və şagirdləri niyə o yerlərə aparmırlar?!

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Elm və Təhsil Nazirliyi bu kimi mühüm və tarixi məkanlara şagird və tələbələrin səfərlərini təşkil etməyə daha çox maraq göstərməlidir. Çünki gənclər – xüsusilə məktəblilər və tələbələr milli kimliyimizin formalaşmasında, tarixi yaddaşın qorunmasında və onun həm ölkə daxilində, həm də beynəlxalq arenada təbliğində mühüm rol oynaya bilərlər”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında turizm eksperti Cabir Dövlətzadə qeyd edib. O, bildirib ki, gənclərin bu məkanları yerində görməsi, tariximizi canlı şəkildə öyrənməsi, gələcəkdə daha vətənpərvər, məlumatlı və milli dəyərlərə bağlı fərdlər kimi yetişmələrinə şərait yaradır:

“Bu baxımdan, həm orta məktəb şagirdləri, həm də universitet tələbələri üçün müntəzəm şəkildə mədəni-tarixi turlar təşkil olunmalıdır. Bu təşəbbüsün reallaşmasında Həmkarlar İttifaqları da aktiv iştirak etməli, zəruri dəstək göstərməlidirlər. Eyni zamanda, bu tip səfərlərin yalnız dövlət tərəfindən təşviq olunması deyil, ictimai təşkilatların və yerli idarəetmə strukturlarının da bu prosesə cəlb olunması vacibdir”.

Ekspert həmçinin qeyd edib ki, ən önəmli məqam belə tarixi əhəmiyyət kəsb edən yerləri ilk növbədə yerli əhalinin tanıması və ziyarət etməsidir:

“Lakin bu sahədə görülən işlər hələlik istənilən səviyyədə deyil. Bəs biz bu məsələnin öhdəsindən nə dərəcədə gələ bilirik? Təəssüf ki, bu, hələ də cavabı açıq qalan bir sualdır. Mövcud vəziyyət göstərir ki, tarix və mədəniyyət obyektlərinə marağın artırılması, bu istiqamətdə şüurlu yanaşmanın formalaşdırılması üçün ciddi maarifləndirmə tədbirlərinə ehtiyac var. Məktəblərdə və ali təhsil müəssisələrində tarixi irsimizə dair xüsusi maarifləndirici proqramlar həyata keçirilməli, bu istiqamətdə müxtəlif tədbirlər, seminarlar, sərgilər və ekskursiyalar təşkil olunmalıdır.

Yalnız bu cür sistemli və davamlı yanaşma nəticəsində gənc nəslin tarixi dəyərlərə bağlılığı artacaq, onlar öz ölkələrinin keçmişini daha dərindən anlayacaq və gələcək nəsillərə bu irsi layiqincə ötürə biləcəklər”.

Aytac Şahin


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 20 May 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Belə yüksək səviyyəli beynəlxalq tədbirə ev sahibliyi etmək, Azərbaycanın diplomatik çəkisini artırır

06 Oktyabr 2025 09:07see240

“xAI” bu dəfə yeni oyun təqdim edəcək Mask açıqladı

06 Oktyabr 2025 11:19see192

Tramp əmr verdi: Əsgərlər göndərilsin!

06 Oktyabr 2025 09:15see141

Azərbaycanda internet istifadəçilərinə VACİB XƏBƏR

05 Oktyabr 2025 17:40see141

TDT baş katibi elan etdi: Qəbələdə bu format təsis ediləcək

07 Oktyabr 2025 01:20see136

Gənc müəllim: Süni intellektdən istifadə olunması tədrisi canlı, maraqlı və müasir edir MÜSAHİBƏ

05 Oktyabr 2025 13:01see132

Qlobal çağırışlar müəllimin məsuliyyətini daha da artırır

05 Oktyabr 2025 21:48see131

Villasını bu qiymətə satır Foto

06 Oktyabr 2025 21:22see129

Dambrauskas: “Üç xal qazandıq, amma Mikelsin zədəsi hamımızı üzdü”

05 Oktyabr 2025 18:12see126

“Yuventus” Kənan Yıldızla yeni müqavilə imzalayır

05 Oktyabr 2025 20:12see126

Ən narsist 4 BÜRC Onlardan uzaq durun

05 Oktyabr 2025 14:37see125

Yıxılaraq xəsarət alan yazıçı vəfat etdi

07 Oktyabr 2025 02:03see124

lll MDB Oyunlarının boks üzrə qalibi: Hər döyüş mənim üçün böyük sınaqdır

05 Oktyabr 2025 18:49see123

Türkiyənin müdafiə sənayesində tarixi sıçrayış: NATO standartlarını geridə qoyan Altay

07 Oktyabr 2025 01:13see123

Qəzzadakı müharibənin sonuna gəlməmişik Rubio

05 Oktyabr 2025 18:22see123

U 17 nin Avropa çempionatının seçmə mərhələsi üçün HEYƏTİ

05 Oktyabr 2025 14:40see123

“Görünən odur ki, ölkəmizin futbol aləmində nüfuzu artıb”

06 Oktyabr 2025 00:29see122

Makron “dron divarı”na qarşı çıxdı

07 Oktyabr 2025 01:48see118

Yeni qlobal gücə doğru inamlı addımlar Şərh

06 Oktyabr 2025 16:52see117

MDB Oyunlarının qalibi: Rəqiblərin hamısını analiz etmişdik MÜSAHİBƏ

05 Oktyabr 2025 22:07see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri