Nazirliyin Aparatının rəhbəri Fuad Musayev Şirvan şəhərində vətəndaşları qəbul edib
Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri Fuad Musayev sentyabrın 19-da Şirvan şəhərində Şirvan şəhərinin və Hacıqabul rayonunun sakinlərini qəbul edib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə veteranları da olub.
F.Musayev onların sosial vəziyyəti ilə maraqlanıb, bütün şəhid ailələrinin və müharibə veteranlarının qayğı ilə əhatə olunmasının bu gün Nazirliyin başlıca fəaliyyət istiqamətlərindən olduğunu bildirib.
Qəbulda vətəndaşların Nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.
Mustafa Kamal
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 19 Sentyabr 2025 14:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















