Nazirliyin əməkdaşları ilə qalmaqal yaşayan kosmetoloqun məşhur pasiyentləri SİYAHIDA KİMLƏR VAR? KONKRET
Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xəbər verdiyimiz kimi, tanınmış kosmetoloq və Laser Beauty Estetik Klinikasının baş həkimi Rəna Soltanovanın adı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin yoxlayıcı-mütəxəssislərinə qarşı müqavimət göstərməsi ilə bağlı qalmaqalda hallanır. Bu hadisə geniş ictimai maraq doğurmaqla yanaşı, tibbi xidmətlərin şəffaflığı və peşəkarlığı məsələsini yenidən gündəmə gətirib.
KONKRET.az xəbər verir ki, Rəna Soltanova təkcə sıravi vətəndaşlara deyil, həm də bir sıra tanınmış simalara estetik prosedurlar həyata keçirən mütəxəssisdir. Onun müştəriləri arasında Azərbaycan şou-biznesinin məşhur nümayəndələri də yer alır.
Belə ki, Rəna Soltanova illərdir müğənni Könül Kərimovanın, aparıcı Çinarə Əliyevanın, Əməkdar artist Mehriban Xanlarovanın və tanınmış jurnalist Xoşqədəm Hidayətqızının, aktrisa Pərvin Abıyevanın həkimi kimi tanınır. Bu məşhurlar onun peşəkarlığından olduqca məmnun olduqlarını bildirirlər. Sosial media platformalarında tez-tez həkimin həyata keçirdiyi prosedurlardan məmnuniyyətlə bəhs edir, nəticələri paylaşaraq müsbət rəylərini ifadə edirlər.
Rəna Soltanovanın adı hallanan qalmaqalın onun peşə fəaliyyətinə necə təsir edəcəyi hələlik bəlli deyil. Bununla belə, onun həm sadə vətəndaşlar, həm də məşhurlar arasında qazandığı etibarın hansı istiqamətdə inkişaf edəcəyi maraq doğurur. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi ilə bağlı araşdırmaların nəticələri də bu məsələyə aydınlıq gətirəcək. Təfərrüatlarla bağlı xəbər yayımlandıqca oxucularımıza əlavə məlumat təqdim edəcəyik.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:249
Bu xəbər 24 Yanvar 2025 15:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















