Icma.az
close
up
RU
“Ov, yev”dən imtina edən deputatlar SİYAHIDA KİMLƏR VAR?

“Ov, yev”dən imtina edən deputatlar SİYAHIDA KİMLƏR VAR?

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, ictimaiyyətdə tez-tez müzakirə olunan məsələlərdən biri də soyad sonluqlarının dəyişdirilməsidir. Qanunvericiliyə görə, 18 yaşına çatdıqdan sonra hər bir Azərbaycan vətəndaşı öz adını, ata adını və soyadını dəyişdirə bilər. Müşahidələr onu göstərir ki, son illər vətəndaşlar arasında sovet dövründən qalma “-ov, -yev” soyad sonluqlarının milli sonluqlarla əvəzlənməsi prosesi gedir. Sözügedən məsələ bir neçə dəfə Milli Məclisdə də müzakirə olunub. Amma deputatlar arasında da soyadını milliləşdirməyənlər hazırda çoxluq təşkil edir.

“Yeni Sabah”ın araşdırması zamanı məlum olub ki, parlamentin 125 üzvündən yalnız 22 nəfəri “ov, yev” soyad sonluğundan imtina edib.

Bundan başqa, 11 deputat “-zadə” soyad sonluğunu daşıyır.

Soyadını milliləşdirən parlamentarilərin siyahısı Sezar pizza

Günay Ağamalı;

Səyyad Aran;

Nigar Arpadarai;

Polad Bülbüloğlu;

Əli Hüseynli;

Ramil Həsən;

Fəzail İbrahimli;

Məlahət İbrahimqızı;

Azər Kərimli;

Mircəlil Qasımlı;

Musa Qasımlı;

Mübariz Qurbanlı;

Erkin Qədirli;

Tahir Mirkişili;

Elçin Mirzəbəyli;

Fazil Mustafa;

Müşfiq Məmmədli;

Əli Məsimli;

Zahid Oruc;

Tənzilə Rüstəmxanlı;

Mahir Süleymanlı;

Fatma Yıldırım.

Soyadı “zadə” sonluğu ilə bitən deputatların siyahısı

Əminə Ağazadə;

Arzuxan Əlizadə;

Ziyad Səmədzadə;

Şahin Seyidzadə;

Cavanşir Paşazadə;

Əlibala Məhərrəmzadə;

Vüqar Rəhimzadə;

Asim Mollazadə;

Aydın Mirzəzadə;

Fariz İsmayılzadə;

Pərvin Kərimzadə;

Soyad sonluğunu dəyişməyən deputatlar

Aqil Abbasov, Ülviyyə Ağayeva, Elnarə Akimova, Sahib Əliyev, Azər Allahverənov, Novruzəli Aslanov, Azər Badamov, Kamran Bayramov, Vüqar Bayramov, Bədəl Bədəlov, Kamal Cəfərov, Müşfiq Cəfərov, Tamam Cəfərova, Məzahir Əfəndiyev, Günah Əfəndiyeva, Əli Əhmədov, Bəxtiyar Əliyev, Jale Əliyeva, Əziz Ələkbərov, Azər Əmiraslanov, Əhliman Əmiraslanov, Asif Əsgərov, Ziyafət Əsgərov, Heydər Əsədov, Cavanşir Feyziyev, Xanlar Fətiyev, Sevinc Fətəliyeva, Tural Gəncəliyev, Sabir Hacıyev, Aydın Hüseynov, Rafael Hüseynov, Hicran Hüseynova, Sevinc Hüseynova, Naqif Həmzəyev, Ülviyyə Həmzəyeva, Malik Həsənov, Nurlan Həsənov, Afət Həsənova, Qüdrət Həsənquliyev, Səbinə Xasayeva, Eldar İbrahimov, Anar İsgəndərov, Vüqar İskəndərov, İmamverdi İsmayılov, Şahin İsmayılov, Kəmaləddin Qafarov, Vasif Qafarov, Sahibə Qafarova, Azay Quliyev, Eldar Quliyev, Musa Quliyev, Ülvi Quliyev, Eyvaz Qurbanov, Sadiq Qurbanov, Göydəniz Qəhrəmanov, Rəşad Mahmudov, Sevil Mikayılova, Səttar Möhbalıyev, Rövşən Muradov, Rasim Musabəyov, Elşad Musayev, Elşən Musayev, Nəsib Məhəməliyev, Bəhruz Məhərrəmov, Anar Məmmədov, Ceyhun Məmmədov, Elman Məmmədov, Hikmət Məmmədov, İlham Məmmədov, Məşhur Məmmədov, Qaya Məmmədov, Soltan Məmmədov, Nigar Məmmədova, Arzu Nağıyev, Ramid Namazov, Siyavuş Novruzov, Razi Nurullayev, Könül Nurullayeva, Rizvan Nəbiyev, Elman Nəsirov, Gülşən Paşayeva, Tahir Rzayev, Səbinə Salmanova, Səməd Seyidov, Zaur Şükürov, Nizami Səfərov, Ağalar Vəliyev, Samir Vəliyev, Mehriban Vəliyeva, Pərvanə Vəliyeva.

Maraqlıdır ki, tanınmış yazıçı və jurnalist, deputat Aqil Abbas da soyadını indiyədək milliləşdirməyib. Milli Məclisin saytında onun soyadı Abbasov olaraq qeyd edilib. Baxmayaraq ki, Azərbaycanda hamı onu Aqil Abbas kimi tanıyır.

O, “Yeni Sabah”a açıqlamasında bildirib ki, daha əvvəl soyad sonluğunu dəyişsə də, həmin şəxsiyyət vəsiqəsini itirib:

“Mən daha əvvəl soyad sonluğunu dəyişmişdim. Sonra həmin şəxsiyyət vəsiqəsini itirdim. Ona görə də indi soyadım Abbasovdur. Bu şəxsi seçimdir, kim istəyər dəyişər, kim istəyər dəyişməz. Kiməsə bunu məcbur etmək gülüncdür. Mənim nəvələrimin hamısı soyadı sonluğunu dəyişib. Mənim 72 yaşım var, indidən sonra soyad sonluğumu dəyişib nə edəcəm? Məni hamı elə Aqil Abbas kimi tanıyır”.

Xatırladaq ki, Milli Məclisin 2 deputatı - Mixail Zabelin rus, Anatoliy Rafailov isə yəhudiəsillidir.

Nazim Hacıyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:805
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 03 Oktyabr 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri