Icma.az
close
up
RU
Nazirliyin liseylərlə bağlı qərarına görə valideynlər ETİRAZA QALXDI Foto

Nazirliyin liseylərlə bağlı qərarına görə valideynlər ETİRAZA QALXDI Foto

Icma.az bildirir, Tribuna saytına əsaslanaraq.

Dünən Elm və Təhsil Nazirliyi mərkəzi imtahanla lisey və gimnaziyalara şagird qəbulunda ciddi yenilik etdiyini açıqladı. Bildirildi ki, mərkəzləşdirilmiş qaydada qəbula bu ildən yalnız 6-cı siniflər iştirak edəcək. Bu qərarın lisey qəbuluna bir neçə həftə qalmış açıqlanması övladını liseyə hazırlayan valideynlərin narazılığına səbəb olub.

Tribunainfo.az xəbər verir ki, övladı liseyə hazırlaşan jurnalist Dünya Sakit bu qərara təəssüfləndiyini bildirib. O bildirib ki, niyə bu qərara gəlindiyinə dair ictimaiyyətə heç bir açıqlama, izahat, əsaslandırma verilmir:

“Hansı tədqiqatlar aparılıb, 5-ci sinfə qəbulun mənfi təsirləri üzə çıxarılıb ki, bu qərar verilib? Məqsəd nədir, nəyə nail olunacaq? Təhsilin səviyyəsinə hansı təsirləri olacaq?
Nəhayət, ən mühüm məsələ: bu qərar əgər elmi tədqiqat nəticəsidirsə, bir-iki aya qəbul olunmayıb, azı 5-6 ay əvvəldən məlum idi. Bu halda, niyə vaxtında ictimaiyyətə elan olunmadı? Minlərlə valideyn ailəsinin boğazından kəsib övladını hazırlığa qoymuşdu. Nəyi gözlədilər: hazırlıq kursları, sınaq təşkilatçıları qazandıqlarını qazansınlar, sonra???
Bunu DİM etsəydi, hurr eliyib düşərdi hamı üstünə”.

Digər valideyn jurnalist Vüsalə Rüstəmova da qərara narazılığını bildirib:

“Ölkədə liseyə hazırlıq ən bahalı və məşəqqətli hazırlıq növlərindən sayılır. Valideynlər boğazlarından kəsib 2-3 il uşaqlarını liseyə hazırlayırlar. Proqramın məktəb proqramından fərqlənməsi səbəbindən Elm və Təhsil Nazirliyinin bu sahədə yaratdığı bazara hələ heç toxunmuram.
Lisey qəbuluna bir neçə həftə qalmış Elm və Təhsil Nazirliyi açıqlama verir ki, mərkəzləşdirilmiş qaydada qəbulda yalnız 6-ci siniflər iştirak edəcək. Halbuki, indiyədək 4-8-ci siniflər arasında olurdu. Valideynlər 3-cü sinifdən uşaqlarına pul töküb hazırlığa qoyub. Liseylərə hazırlıq proqramı məşəqqətli bir proses olduğuna görə körpələr həyatdan məhrum edilir, sutkanın 24 saatının böyük hissəsini hazırlıqlarına sərf edirlər. Bəlkə bir günə 100-200 misal, məsələ, çalışma edirlər. İstirahətdən tam məhrum formada. İndi bu qədər məşəqqətə 1-2 ildir ki, qatlanan uşaqlara ilin sonunda məlum olur ki, liseyə sənəd verə bilməzlər. Olmazdı ki, bunu sentyabrdan bildirəsiniz, ailələr, uşaqlar bu qədər vaxt, pul itirməsinlər? Siz nə yeyib, nə içirsiniz?”.

Nigar İxtiyarqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 27 May 2025 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see257

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see224

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see188

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see181

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see175

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see172

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see171

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see152

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see145

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see140

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see137

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri