Icma.az
close
up
RU
NBA klubunun basketbolçusu yeni rekorda imza atıb

NBA klubunun basketbolçusu yeni rekorda imza atıb

Aznews.az-dan verilən məlumata əsasən, Icma.az xəbər verir NBA klubunun basketbolçusu yeni rekorda imza atıb.

Milli Basketbol Assosiasiyasında (NBA) çıxış edən "Qolden Steyt” klubunun basketbolçusu Stefen Karri müntəzəm çempionatda “Çikaqo Bullz”a qarşı oyunda yeni rekorda imza atıb.

“Report” “State Muse”yə istinadən xəbər verir ki, 36 yaşlı amerikalı basketbolçu sərbəst atışlar olmadan ən çox xal toplayan müdafiəçi ünvanına yiyələnib.

Dördqat NBA çempionu karyerası ərzində topladığı 24622 xalın 20763-nü sərbəst atış xəttinə çıxmadan oyun zamanı qazanıb. Bu, NBA tarixində müdafiəçilər arasında ən yüksək göstəricidir.

Qeyd edək ki, ötən gecə baş tutan “Qolden Steyt” - “Çikaqo Bullz” matçı birincilərin 132:111 hesablı qələbəsi ilə yekunlaşıb. S.Karri 2009-cu ildən Kaliforniya təmsilçisinin formasını geyinir.

Hadisənin gedişatını izləmək üçün Icma.az-da ən son yeniliklərə baxın.
seeBaxış sayı:72
embedMənbə:https://www.aznews.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri