Icma.az
close
up
RU
Abdullah Avcının köməkçisi: Azərbaycandakı matçların analizini onunla paylaşıram MÜSAHİBƏ İdman və Biz

Abdullah Avcının köməkçisi: Azərbaycandakı matçların analizini onunla paylaşıram MÜSAHİBƏ İdman və Biz

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Millimizdə baş məşqçi postuna əsas namizəd olan Abdullah Avcının "Trabzonspor"da köməkçisi olmuş, uzun illər "Beşiktaş"da işləmiş Öndər Karavəli Bakıda işgüzar səfərdədir.

İdman.biz xəbər verir ki, 2020-ci ilin yanvarından 2021-ci ilin yayınadək "Qarabağ" Akademiyasında koordinator vəzifəsini də tutmuş 50 yaşlı məşqçi Prosport.Az-a müsahibə verib.

– Yenidən Azərbaycana xoş gəlmisiniz. Bura səfərinizin xüsusi məqsədi nədir?

– Bura Azərbaycanda işləyən vaxtdan çalışmış köhnə dostlarımı görmək, "Qarabağ" klubuna baş çəkmək, həm də çempionatınızdakı futbol matçlarına baxmaq üçün gəlmişəm. "Qarabağ"da işləyən vaxt çox xoşbəxt idim, Azərbaycanda çox gözəl günlər keçirdim. Bunlar üçün bura gəlmişəm.

– "Qarabağ"da 1,5 il işlədiniz. Niyə əməkdaşlıq çox uzun alınmadı?

– Bunun səbəbləri özəldir. Bilirsiniz ki, Türkiyəyə qayıtdıqdan sonra "Beşiktaş"da işlədim. Amma "Qarabağ"da işləyən vaxt çox yaxşı futbolçular vardı. Bir az da onların son durumu ilə maraqlandım. Bəziləri indi əvəzedici, bəziləri də U-19 komandasında oynayır. Onların da oyununa fürsət düşdükcə baxıram. "Qarabağ" əvəzedicilərinin "Neftçi" ilə oynadığı matçı izlədim. Bazar günü də "Qarabağ"ın əvəzedici komandasının "Sabah"la oyununa baxacağam. Orada mənim vaxtımdan qalan oyunçu çıxış edir. "Sabah"ın əvəzedici və U-19 komandasında da "Qarabağ"da yetirməm olan futbolçu var... "Qarabağ" çox uğurlu komandadır. Xüsusən Avropada Qurban Qurbanov sayəsində çox gözəl işlər görülür. Onunla da görüşdüm. Fikir mübadiləsində olduq. Buranın futbolu ilə yaxından maraqlanıram. Düşünürəm ki, azərbaycanlı gənc futbolçularda inkişaf perspektivləri var. "Səbail"də Altay, "Sabah"da İlkin, "Qarabağ"da Nihad yaxşı perspektiv vəd edən oyunçulardır. Hazırda onların 18 yaşı var. Burdakı futbolun inkişafı ilə maraqlanıram. Azərbaycandan ayrılmağım 3 il oldu.

– Sizin hazırda "Neftçi"də icraçı direktor işləyən, "Beşiktaş"ın sabiq vitse-prezidenti Cenk Sümərlə münasibətləriniz necədir
– Cenk Sümərlə "Beşiktaş"da eyni vaxtda işləmişik.

– Burada onunla görüşdünüzmü?
– "Neftçi" – "Qarabağ" matçına baxarkən, sağ olsun, məni də qonaq kimi qəbul etdi. Eyni şəkildə "Qarabağ"ın baş direktoru Əmrah Çəlikəllə də görüşmüşəm. Hətta onunla birgə Qəbələyə gedib "Qarabağ"ın Kubok matçına da baxdım. Komanda ilə birgə gedib, birgə də Bakıya qayıtdım.
– Oktyabrda Türkiyə mətbuatında Abdullah Avcının "Neftçi"dən təklif aldığı yazılmışdı. Həmin vaxt bu anlaşma niyə baş tutmadı?

– Həmin vaxt görünür, Abdullah hoca üçün uyğun zaman deyildi. Yoxsa "Neftçi" Azərbaycan futbolu üçün dəyərli, keçmişi olan bir klubdur. Abdullah hocanın yerinə mənim söyləməyim bəlkə də düzgün deyil. Ola bilər ki, zaman uyğun deyildi. Çünki "Trabzonspor"dan yeni ayrılmışdıq.

– Siz söylədiniz ki, Azərbaycan futbolunu yaxından izləmək üçün bura gəlmisiniz. Ancaq bizdə olan məlumata görə, bura gəlişiniz AFFA-dan gələn dəvətlə bağlıdır. AFFA rəhbərliyi ilə görüşdünüzmü?

– Xeyr. AFFA rəhbərliyindən heç kimi tanımıram və heç kimlə də görüşməmişəm. Söylədiyim kimi, məqsədim Azərbaycan Premyer Liqasını, Kubokunu, I Liqasını, Akademiya komandalarını görmək və getdikdən sonra burada nələrin dəyişdiyini öz gözlərimlə görmək məqsədilə bura gəlmişəm. Düz qeyd edirsiniz. Abdullah Avcı ilə birgə çalışmışam və onunla işləməyə də davam edəcəyəm. Hazırda işsiz olduğumuz üçün belə vaxtlardan səmərəli istifadə etməli, matçlar izləməli, yeniliklərlə tanış olmalıyıq. Ötən çərşənbə axşamından Bakıdayam, 11 günlüyə bura gəlmişəm. İlk olaraq "Qarabağ"ın "Lion"la matçına baxdım. 11 günə təxminən 12 matç izləyib, bazar ertəsi Türkiyəyə dönəcəyəm.

– Bu hesabat Abdullah Avcıya veriləcək, yoxsa özünüz üçün lazımdır?

– Mən hazırda Abdullah hoca ilə birgə olduğum üçün, baxdığım hər matçın analizini onunla paylaşıram. Başqa ölkələr, başqa şəhərlərdə də matçlara baxırıq. Güclü bir komandayıq. Hər birimiz fərqli sahələrdə çalışıb, hocaya məlumatlar veririk. Çünki ona bir neçə təklif var. Hansına qərar verəcək, onu zaman göstərəcək. Ancaq heç bir işdə məlumatın olmasa, irəliləyə bilməzsən. Abdullah hocanın özü bir neçə həftə əvvəl İngiltərədə olub, matç izləyib. Mən də Azərbaycan futboluna bir az daha yaxın olduğum üçün həm matçları izləmək, həm də dostlarıma baş çəkmək istədim.

– 2020-ci ildə Canni De Byazidən əvvəl də Abdullah Avcı milliyə namizəd idi. Onda niyə alınmamışdı?

– Həmin illərdəki əlaqələrdən xəbərim yoxdur. Ancaq ona marağın olması çox normaldır. Çünki o, Türkiyədə çempionluqlar, kuboklar qazanmış biridir, yeniyetmələr millisi (Türkiyə U-17-si ilə 2005-ci ildə İtaliyada keçirilmiş Avropa çempionatının qalibi olub – red.) ilə Avropa çempionu olmuş nadir məşqçidir. Ancaq gedəcəyin ölkə barədə məlumatın olmadan heç bir işin düzgün gedəcəyinə də inanmıram.

– Son olaraq soruşum. İşlədiyiniz vaxtdan bəri Azərbaycan futbolunda hansı dəyişiklikləri gördünüz?

– AFFA-nın burada gənc futbolçular üçün yatırımlar etdiyini eşitmişəm və buna çox sevinirəm. Bu, çox önəmlidir. Çünki bir ölkənin futbolunu inkişaf etdirmək həmin ölkənin gənclərini inkişaf etdirməklə başlanılır. Ümid edirəm ki, matçları daha çox azarkeşlər izləyər. Çünki futbol azarkeşləri ilə gözəldir. Ümid edirəm ki, daha gözəl meydançalar olar. Onda daha maraqlı oyunlar baş tutacaq. Yerli məşqçilərin inkişafına daha çox fikir veriləcəyinə ümid bəsləyirəm. Əminəm ki, bu sahədə də işlər görülür. "Qarabağ" nümunə götürüləsi bir klubdur. Orada bir məşqçinin uzun müddətli saxlanmasının uğurlara yol açdığını göstərir. Bütün bunlar bir olacağı halda, Azərbaycan futbolunun gələcəkdə bugünkündən daha yaxşı vəziyyətdə olacağına inanıram.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 06 Dekabr 2024 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see262

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see207

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see184

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see180

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see150

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see147

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see131

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri