NDU da gənc xanəndələrin təqdimatında muğam gecəsi: Muğamımız məqamımızdır
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Naxçıvan, 17 mart, AZƏRTAC
Naxçıvan Dövlət Universitetində “Xanəndəlik” ixtisası üzrə təhsil alan tələbələr tərəfindən “Muğamımız məqamımızdır” adlı konsert proqramı təşkil olunub.
Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, “Orkestr alətləri və dirijorluq” və “Xalq çalğı alətləri” kafedralarının təşəbbüsü ilə baş tutan konsertdə Azərbaycan muğam sənətinin klassik nümunələrindən olan “Zabul segah” dəsgahı səsləndirilib.
“Orkestr alətləri və dirijorluq” kafedrasının müdiri, dosent Mübariz Əsgərov çıxışında bildirib ki, kafedranın muxtar respublikada və paytaxt Bakı şəhərində bir sıra konsertləri keçirilib. Bugünkü konsert isə ilk dəfə olaraq məhz “Xanəndəlik” ixtisası üzrə təhsil alan tələbələr tərəfindən təşkil edildiyi üçün xüsusi əhəmiyyət daşıyır.
“Xalq çalğı alətləri” kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vahid Məmmədov muğam haqqında məlumat verərək qeyd edib ki, Azərbaycan muğamı UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irsinin şah əsəri elan olunub.
Konsert proqramının yekununda universitetin rektoru Elbrus İsayev çıxış edərək tələbələrə fəaliyyətlərində uğurlar arzulayıb. Xanəndəliyin böyük ustalıq və zəhmət tələb etdiyini vurğulayan rektor tələbələrin və universitetin yetirmələri olan digər ifaçıların muğam sənətinin incəliklərini peşəkarcasına təqdim etdiklərini qeyd edib. Elbrus İsayev ən qədim sənət sahələrindən olan muğamı Azərbaycan intibahının rüşeymlərindən biri kimi dəyərləndirib.
Bildirilib ki, “Xanəndəlik” ixtisası Naxçıvan Dövlət Universitetində son 5 ildə açılıb və muğam sənətinin yaşadılmasına mühüm töhfə verməkdədir.
Müxbir- Nail Əsgərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 17 Mart 2026 13:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















