Icma.az
close
up
RU
NDU da I kurs tələbələrinə ilk dərsi şəhid ailələri və qazilər tədris edib

NDU da I kurs tələbələrinə ilk dərsi şəhid ailələri və qazilər tədris edib

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Naxçıvan, 15 sentyabr, AZƏRTAC

Naxçıvan Dövlət Universitetində vətənpərvərlik, dövlətçilik, azərbaycançılıq ideologiyasının təbliği və bu istiqamətdə tədbirlərin təşkili diqqətdə saxlanılır.

Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yeni tədris ilinin ilk günündə də vətəni sevmək, doğma yurda məhəbbət bəsləmək, tarixini yaşatmaq və əsl vətəndaş olmaq ideyalarının aşılanması əsas tutulub. Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan igidlərimizin xatirəsinin daim uca tutulması, gənclərimizin vətənpərvər ruhda tərbiyə olunması məqsədilə Bilik Günündə I kurs tələbələrinə ilk dərsi şəhid ailələri və qazilər keçib.

Universitetin bütün fakültələrində, universitet məzunları arasında şəhidlik zirvəsinə ucalan tələbələrin adını daşıyan auditoriyalarda ilk dərsləri vətən uğrunda canından keçən oğullarımızın ailə üzvləri tədris edib. Ali təhsil ocağına dəvət olunan 60-dan artıq şəhid ailəsi və qazi bütün kurslardan tələbələrə ərazi bütövlüyü və suverenliyimiz uğrunda canlarından keçən övladlarının həyatından, döyüş yolundan danışıblar. Bugünkü görüş şəhidlərin şərəfli ömür yolu ilə tələbələri yaxından tanış etmək, onların xatirəsini əbədiləşdirmək və Azərbaycan xalqının Vətən müharibəsində igid oğullarımızın göstərdiyi misilsiz qəhrəmanlığı və qazandığı möhtəşəm tarixi Zəfəri qazilərdən dinləmək məqsədi daşıyıb.

Qeyd edək ki, Naxçıvan Dövlət Universitetində artıq üç ildir ki, hər il yaz və payız semestrinin ilk dərs günü şəhidlərimizin şərəfli döyüş yoluna həsr olunur. Eləcə də, şəhid ailələri və qazilərlə mütəmadi olaraq görüşlər təşkil edilir, “Naxçıvan Şəhid Ailələri”, “Naxçıvan Qaziləri” İctimai birlikləri ilə birgə tədbirlər həyata keçirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:60
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Sentyabr 2025 20:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see281

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see253

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see236

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see230

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see211

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

16 Dekabr 2025 18:14see184

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see176

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see173

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see165

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see150

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see149

Cəlilabad kəndlərində vəhşi təhdid: Uşaqlar və qoyunlar təhlükədə

16 Dekabr 2025 21:42see147

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see144

“ABB Qarabağ” kobrend kartı buraxılır!

17 Dekabr 2025 00:07see141

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see141

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see140

Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?

16 Dekabr 2025 21:01see137

Vuçiç: “Kuşnerin şirkətinin layihədə iştirakda” KONKRET

16 Dekabr 2025 18:09see134

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see130

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri