Icma.az
close
up
RU
NDU da Naxçıvanın milyon illik təbiət tarixini yaşadan muzey yaradılıb

NDU da Naxçıvanın milyon illik təbiət tarixini yaşadan muzey yaradılıb

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Naxçıvan, 17 sentyabr, AZƏRTAC

Naxçıvan Dövlət Universitetində Paleontoloji Tədqiqat Qrupu tərəfindən aparılan elmi tədqiqat işlərinin nəticəsi olaraq yaradılan Paleobotanika muzeyinin təqdimatı keçirilib.

Naxçıvan Dövlət Universitetinin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, universitetin rektoru Elbrus İsayev Paleontoloji Tədqiqat Qrupunun fəaliyyətini yüksək qiymətləndirərək paleontologiyanın Naxçıvanda yeni elmi-tədqiqat istiqaməti kimi əhəmiyyətindən danışıb. Naxçıvanın zəngin geoloji xüsusiyyətlərinin regionun qədim təbiətinin araşdırılması üçün geniş imkanlar yaratdığını bildirən rektor bu sahədə tədqiqatların davam etdirilməsinin vacibliyini vurğulayıb.

Bildirilib ki, tədqiqatların nəticələri əsasında paleobotanikaya dair kitab hazırlanıb, nüfuzlu jurnallarda bir sıra elmi məqalələr çap olunub. Paleobotanikanın Naxçıvan Dövlət Universitetində bakalavriat və magistratura səviyyələrində seçmə fənn kimi tədrisinə başlanılıb, bu isə tələbələrin yeni elmi istiqamət üzrə bilik və tədqiqat bacarıqlarının formalaşdırılmasına imkan yaradır.

Paleontoloji Tədqiqat Qrupunun üzvləri – bialogiya üzrə fəlsəfə doktoru, baş müəllim, Mürsəl Seyidov, baş müəllim Əli Qurbanov və Biologiya kafedrasının müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Bəhruz Bayramov bu istiqamətdə tədqiqatların davamlı şəkildə aparılmasının nəzərdə tutulduğunu bildiriblər. Qeyd olunub ki, Naxçıvanın müxtəlif ərazilərinə, xüsusilə Havuş kəndinə dəfələrlə təşkil olunan ekspedisiyalar zamanı 440 milyon il əvvələ aid fosil qalıqları aşkar edilib. Əldə olunan nümunələr əsasında paleontoloji albomun hazırlanması planlaşdırılır.

Yeni yaradılan Paleobotanika muzeyinin universitetdə bu sahə üzrə elmi-tədqiqat və tədris fəaliyyətinin inkişafına, unikal fosil nümunələrinin qorunub nümayiş etdirilməsinə və tələbələrin elmi araşdırmalara cəlb olunmasına töhfə verəcəyi vurğulanıb.

Müxbir - Nail Əsgərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Sentyabr 2026 20:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see661

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see335

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see326

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see326

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see319

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see287

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see283

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see279

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see258

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see257

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see256

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see249

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see240

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see237

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see220

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see218

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see211

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri