Icma.az
close
up
RU
NDU da “Şərq qapısı” qəzetinin baş redaktoru Sara Əzimova tələbə jurnalistlərlə görüşüb

NDU da “Şərq qapısı” qəzetinin baş redaktoru Sara Əzimova tələbə jurnalistlərlə görüşüb

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti, “Şərq qapısı” qəzetinin baş redaktoru Sara Əzimovanın “Jurnalistika”, “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” və “Filologiya (Azərbaycan dili və ədəbiyyatı)” ixtisaslarında təhsil alan tələbələr ilə görüşü keçirilib. Görüş ali təhsil ocağının Tələbə Elmi Cəmiyyətinin  təşkilatçılığı ilə baş tutub.  

Universitetin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nicat Yaqubov çıxış edərək, Jurnalistika ixtisasında təhsil alan tələbələrin kadr hazırlığı haqqında məlumat verib. Prorektor bildirib ki, NDU-nun jurnalist tələbələri bu gün ölkənin və muxtar respublikanın aparıcı mətbuat orqanlarında fəaliyyət göstərir.  Vurğulanıb ki, muxtar respublikanın  qocaman mətbu orqan  olan “Şərq qapısı” qəzetində də NDU-nun məzunları çalışır və bu gün öz imzası ilə seçilən məzunların ali təhsil ocağında qonaq olaraq iştirakı uğurlu təşəbbüsdür. Həmçinin NDU ilə “Şərq qapısı” qəzeti arasında səmərəli əməkdaşlıq olduğunu qeyd edən Nicat Yaqubov bu görüşün tələbələrin çap mediasına olan marağının stimullaşdırılmasına da dəstək olacağını söyləyib. 

Tələbə Elmi Cəmiyyətinin sədri Yusif Mirzəzadə ali təhsil ocağında  davamlı olaraq tələbələrin nəzəri və praktiki biliklərini artırmaq, onlara öz potensiallarını aşkarlayıb, inkişaf etdirmək məqsədilə belə görüşlərin, təlimlərin keçirildiyini qeyd edib, qonaq jurnalistlər haqqında görüş iştirakçılarına məlumat verib. 

“Şərq qapısı” qəzetinin baş redaktoru Sara Əzimova, qəzetin baş redaktor müavini, Naxçıvan Dövlət Universitetinin “Jurnalistika və xarici ölkələr ədəbiyyatı” kafedrasının müəllimi Məmməd Babayev görüşdən məmnunluq ifadə edib, “Şərq qapısı” qəzetinin tarixi, fəaliyyəti və iş prinsipi haqqında məlumatları diqqətə çatdırıblar. Qonaq jurnalistlər peşə etikası, çap mediasında yazıların üslubu, etibarlı mənbələrdən istifadə, dezinformasiyanın qarşısının alınması, eləcə də  oxucu marağının formalaşdırılması kimi mövzularda əsaslı qaydalardan danışıb, öz peşə təcrübələrini tələbələrlə bölüşüb və gələcək həmkarlarına bu sahənin karyera imkanlarından bəhs ediblər. 

Tələbə-jurnalist və “Şərq qapısı” qəzetinin əməkdaşı Rafiq Təhməzovun moderatorluğu ilə keçirilən görüşdə  “Jurnalistika və xarici ölkələr ədəbiyyatı” kafedrasının müəllimlərinin fikirləri dinlənilib, iştirakçı tələbələrin və sosial mediadan jurnalistika ilə bağlı ünvanlanan suallar cavablandırılıb. 

Sonda xatirə fotosu çəkdirilib.

Fəxriyyə Səyyadova
NDU-nun Media və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Oktyabr 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see257

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see222

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see206

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see203

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see193

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see189

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see185

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see172

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see166

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see160

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see160

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see160

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see156

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see156

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see153

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see144

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see143

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see138

Hava kəskin soyuyur Bu ərazilərə qar yağacaq

28 Yanvar 2026 07:13see137

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri