Icma.az
close
up
RU
NDU nun Tibb fakültəsinin heyəti Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında təlimdə olub

NDU nun Tibb fakültəsinin heyəti Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında təlimdə olub

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Naxçıvan, 21 avqust, AZƏRTAC

Naxçıvan Dövlət Universitetinin (NDU) Tibb fakültəsinin professor-müəllim heyəti və tələbələri İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının Tədris Simulyasiya Mərkəzində olublar. Səfər M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı ilə NDU arasında mövcud olan müqavilə əsasında reallaşıb.

NDU-nun Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, praktiki təlim və bacarıqların səviyyəsinin qiymətləndirilməsi məqsədilə onlara mərkəzdəki ən müasir texnologiyalar və şərait haqqında məlumat verilib.

Mərkəzin rəhbəri tibb üzrə fəlsəfə doktoru Zəhra Vəzirova NDU-nun heyətinə endoskopiya, USM, ginekologiya, reanimasiya, xəstəyə qulluq və təcili yardım otaqlarında robot-simulyatorlar üzərində tələbələrin apardıqları manipulyasiyalar barədə danışıb. Eyni zamanda, bütün ixtisaslarda tibb mütəxəssislərinin hazırlanması, orta və kiçik tibb personalının ixtisas bacarıqlarına yiyələnməsi, fərdi praktik vərdişlərin öyrədilməsi və təkmilləşdirilməsi, həmçinin yeni bacarıqların əldə edilməsi istiqamətində aparılan işlərdən bəhs olunub.

Tədris Simulyasiya Mərkəzində müasir avadanlıqlarla işləyən tələbələr komanda bacarıqları əldə edərək fövqəladə hallarda lazımlı qərar verməyi öyrəniblər. Dərslər Mərkəzin müəllimləri - Rusiya və Azərbaycanın aparıcı klinikalarının xüsusi təlim keçmiş həkimləri tərəfindən keçirilib. Eləcə də xarici ölkələrin səhiyyə mütəxəssislərinin zəngin təcrübəsindən yararlanaraq beynəlxalq standartlara uyğun təlim proqramları da təşkili edilib.

Qeyd edək ki, Tədris Simulyasiya Mərkəzində məzunların akkreditasiyası da aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Avqust 2025 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir neçə gün sonra Atletik i təhlil edəcəyik Qurbanov

04 Oktyabr 2025 22:22see165

Oktyabrda varlanmaq üçün 3 BÜRCƏ məsləhət: Bunları edin

05 Oktyabr 2025 09:11see149

Bu kimi nailiyyətlər gələcək qələbələr üçün möhkəm zəmin yaradır Rövşən Nəcəf

04 Oktyabr 2025 20:35see137

DOĞULMAMIŞ UŞAQ ÜÇÜN KADDİŞ Etibar Əliyevin YAZISI

05 Oktyabr 2025 09:21see135

Mohave səhrasında naməlum təyyarə görənləri heyrətləndirdi

05 Oktyabr 2025 02:32see131

Tibbdə YENİLİK: Sümük snıqlarını 3 dəqiqəyə sağaldan gel hazırlandı

04 Oktyabr 2025 23:08see129

Teslanın robotu Optimusa kunq fu öyrətdilər VİDEO

05 Oktyabr 2025 05:12see128

Azərbaycanda internet istifadəçilərinə VACİB XƏBƏR

05 Oktyabr 2025 17:40see128

90 cı illərin məşhur qrupu bu şəxsə görə dağılıb Çelik ŞOK ADI açıqladı

04 Oktyabr 2025 21:34see127

Gürcüstanın ABŞ dakı səfiri Dövlət Departamentinə çağırılıb

04 Oktyabr 2025 21:13see126

ABŞ və İsrail İrana hücum edəcəklərini deməklə... Nəsirzadə

05 Oktyabr 2025 01:39see126

Tramp əmr verdi: Əsgərlər göndərilsin!

06 Oktyabr 2025 09:15see125

“Dünyada hələ belə bir festival olmayıb” Video

05 Oktyabr 2025 10:44see124

Kulevi terminalı genişləndirilir

05 Oktyabr 2025 10:39see124

“Yuventus” Kənan Yıldızla yeni müqavilə imzalayır

05 Oktyabr 2025 20:12see123

Qalatasaray Beşiktaş matçında iki qol vuruldu

05 Oktyabr 2025 00:28see122

U 17 nin Avropa çempionatının seçmə mərhələsi üçün HEYƏTİ

05 Oktyabr 2025 14:40see116

3 cü MDB Oyunlarında günün proqramı

05 Oktyabr 2025 11:00see116

Qəzzadakı müharibənin sonuna gəlməmişik Rubio

05 Oktyabr 2025 18:22see115

Kişilər arasında dəbə çevrilən ƏMƏLİYYAT: həyati riski var

05 Oktyabr 2025 06:06see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri