Icma.az
close
up
RU
NDU və İTÜ birgə laboratoriyalar yaradacaq Fotolar

NDU və İTÜ birgə laboratoriyalar yaradacaq Fotolar

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Naxçıvan Dövlət Universiteti ilə İstanbul Texniki Universiteti arasında nanotexnologiya və energetika sahələrində birgə laboratoriyaların yaradılması istiqamətində əməkdaşlıq həyata keçiriləcək. 

“Qafqazinfo” xəbər verir ki, tərəflər doktorantura proqramları, ikili diplom, startup layihələri və yay-qış məktəbləri üzrə əməkdaşlığı genişləndirəcək. Bu barədə 2026-cı il fevralın 10-da keçirilən görüş zamanı razılıq əldə olunub. 

Görüş çərçivəsində Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev ilə İstanbul Texniki Universitetin rektoru professor Hasan Mandal elmi rəqabətliliyin artırılması, tələbə və müəllim mübadiləsinin genişləndirilməsi, magistratura və doktorantura səviyyələrində birgə proqramların təşkili, elmi tədqiqatların aparılması və ortaq layihələrin icrası istiqamətlərində əməkdaşlığı prioritet kimi müəyyən ediblər. Eyni zamanda, “Kompüter mühəndisliyi” və “Rəqəmsal texnologiyalar” ixtisasları üzrə doktorantura təhsili və elmi rəhbərlik sahəsində əməkdaşlıq, birgə elmi-tədqiqat layihələrinin hazırlanması da planlaşdırılır.

Tərəflər NDU və İTÜ tələbələrinin iştirakı ilə Agrotech, EdTech, enerji texnologiyaları və süni intellekt əsaslı tətbiq sahələrini əhatə edən “Startup Bootcamp” layihəsinin icrasını nəzərdə tutur.

Razılaşmaya əsasən, Naxçıvan və İstanbul şəhərlərində 2–3 həftəlik “Advanced Engineering & Technology School” çərçivəsində yay və qış məktəbləri təşkil ediləcək. Proqram çərçivəsində süni intellekt və Data Science, robototexnika, kibertəhlükəsizlik istiqamətlərində təlimlər keçiriləcək.

Görüş zamanı texnopark sahəsində əməkdaşlıq, birgə layihələrin icrası, İTÜ-nün bu istiqamətdə təcrübəsindən yararlanmaq və birgə seminarların təşkili məsələləri də müzakirə olunub. Süni intellekt texnologiyaları, kompüter, elektrik və elektronika mühəndisliyi sahələri üzrə ikili diplom proqramlarının yaradılması əsas prioritetlərdən biri kimi vurğulanıb.

“Bu əməkdaşlıq hər iki universitetin elmi potensialının birləşdirilməsi, innovativ mühitin gücləndirilməsi və beynəlxalq səviyyədə rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanması baxımından mühüm əhəmiyyət daşıyır” – görüş zamanı bildirilib.

Qeyd edək ki, universitetlər arasında ilk əməkdaşlıq protokolu 2022-ci ildə imzalanıb, 2025-ci ildə isə mövcud müqavilə yenilənib.











Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 12 Fevral 2026 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see281

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see278

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see263

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see254

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see254

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see252

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see246

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see240

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see238

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see229

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see222

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see216

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see214

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see207

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see202

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see202

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see202

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see193

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri