Icma.az
close
up
RU
Nə ər, nə də arvad pensiya alar: Yeni təklif mübahisə yaratdı

Nə ər, nə də arvad pensiya alar: Yeni təklif mübahisə yaratdı

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Son günlər daha çox gündəmdə olan mövzulardan biri də həyat yoldaşını işləməyə qoymayan kişinin əməkhaqqının bir hissəsinin qadının pensiya fonduna keçirilməsi ilə bağlıdır.

Belə ki, bu barədə Milli Məclisin deputatı Mübariz Qurbanlı fikir bildirib.

Millət vəkili qeyd edib ki, həyat yoldaşını işləməyə qoymayan kişinin əməkhaqqının bir hissəsinin qadının pensiya fonduna keçirilməsi qanuniləşdirilə bilər.

Onun sözlərinə görə, bu yanaşmaya heç kim etiraz etməməlidir:

"Elə kişilər var ki, ailə quranda qadına işləməyə icazə vermirlər. Bu kimi hallar təqaüd məsələsinə də təsir göstərə bilər. Belə hallarda kişinin əməkhaqqının bir hissəsi qadının pensiya fonduna keçirilə bilər. Məsələni bu yolla qanuniləşdirmək olar. Buna heç kim etiraz etməməlidir, çünki kişinin özü qadını işləməyə qoymayıb".

Qeyd edək ki, bu məsələ ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmayıb.

Əgər bu layihə təsdiqlənərsə, tətbiq mexanizmi necə olacaq?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov “Cebheinfo.az”a bildirib ki, burada ən mühüm məsələlərdən biri inzibatçılıq və prosesin tənzimlənməsi məsələsidir:

“Burada maraq doğuran məqam yoldaşının hansı səbəbdən işləmədiyinin necə müəyyən edilməsidir. Bu təsbit məsələsi yəqin ki, ailələr arasında sorğu yolu ilə müəyyən edilə bilər. Burada variantlardan biri bu ola bilər. 

Əgər bir neçə formada sorğu keçirilərsə, həmin sorğuların nəticəsində, hətta ailədə əlverişli tərəflərdən birinin müəyyən mənada etiraf etmədiyi məqamları belə, bu yollarla üzə çıxartmaq mümkündür. 

Yəni sadəcə keyfiyyətli sorğu metodologiyası hazırlamaq olar. Ancaq indiki halda mən bunun necə tənzimlənəcəyi ilə bağlı hansı yanaşmanın hökumətdə olduğunu bilmirəm. Azərbaycan ailəsini, strukturunu nəzərə almış olsaq, çox böyük ehtimalla bunun təsbit edilməsi o qədər də asan olmayacaq.

Bu bir sıra subyektiv məqamlara da gətirib çıxara bilər. Ailə arasında kiçik mübahisələrin nəticəsində həyat yoldaşının müraciəti və yaxud da ən azından məşğulluqla bağlı keçirilən sorğularda iş axtarıb-axtarmaması da nəzərə alına bilər. 

Nikah zamanı bu məsələnin nəzərə alınmasına gəldikdə isə, əmin deyiləm. Çünki həmin ərəfədə kim etiraf edəcək? Nikah bağlanma anı insanların ən xoşbəxt anıdır. Hər şeyin gözəl olacağını düşünürlər. Hələ tam olaraq həyatın gətirəcəyi çətinlikləri, tərəflər arasında münasibətlərin hansı məcrada inkişaf edəcəyini qavramırlar.

Həmin dövrdə çox böyük ehtimalla tərəflər bunu etiraf etməyəcəklər. Ola bilər ki, ilkin dövrlərdə sadəcə ailə arasında razılaşma əsasında tərəflərdən birinin müraciəti ilə tətbiq edilə bilər. Hətta işləyən həyat yoldaşının özü belə, müraciət edə bilər. Düşünə bilər ki, onun pensiya kapitalı çoxdur. Məhz kapitalın hesablama zamanı bundan istifadə edilə bilər. 

Hesab edə bilər ki, hazırda çalışdığı iş yerində maaş və pensiya kapitalı kifayət qədər yüksəkdir. Orta ömürü hesablaya bilər ki, bugünkü mexanizmlə vəsaitlərin geri qaytarılması ehtimalı azdır. Bunu nəzərə almaqla özü könüllü şəkildə müraciət edə bilər ki, “mən öz əməkhaqqımdan yığımların bir hissəsinin yoldaşıma ötürülməsinin razılığını verirəm”. 

Bu müəyyən bir yerdə uzunmüddətli planlama tələb edir. Bu gün ən böyük problemlərdən biri, pensiya kapitalını toplaya bilməyən insanlar pensiyaya çıxa bilmirlər. Gələcəkdə ailə arasında müəyyən bir planlama aparıla bilər. 

Görürlər ki, ailə üzvü müəyyən dövrdə işləyib, indi işləmir və s. nəzərə almaqla kapitalın çatışmayan hissəsi var, bunu öz aralarında razılaşdırmaqla hökumətə bu müraciət edə bilərlər”. 

Ekspert deyir ki, bu məsələ ilə bağlı neqativ bir yanaşma da var:

“Başa düşüləndir ki, ölkədə bir çox problem var. Bütün bunları bir kənara qoyub məsələyə rasional olaraq baxsaq, əgər tərəflərdən biri digərinin konstitusion hüququnu və bəzi hallarda bunu təzyiq yolu ilə məhdudlaşdırırsa, bu neqativ bir məsələdir.

Həyat heç də hamar deyil. Uzunmüddətli dövrdə müxtəlif vəziyyətlər ortaya çıxa bilər. Hətta ailələr dağılır və bu hallar kifayət qədər genişlənib. 

Burada digər tərəfin ahıllıq dövründə sosial təminatının güclü əsasının yaradılması alətlərindən biri kimi istifadə oluna bilər. 

Xüsusilə də Azərbaycan ailəsində kişilərin qadınları işləməyə qoymaması daha çox yayılıb. Bunun yaradacağı nəticələri nəzərə alaraq kişilər bu məsələdə çox da israrlı olmaya bilərlər. Hələlik neqativ tərəflərini görmürəm. 

Sadəcə burada bir neqativ məsələ yarana bilər. Belə ki, insanlar tam olaraq dövlət sosial sığorta haqqını ödəyəndə bir sıra hallarda əhəmiyyətli kəsim tələb olunan kapitalı toplaya bilmir. Təsəvvür edin ki, bu kapital eyni zamanda bölünəcək. Belə olduğu təqdirdə ailə üzvlərindən birinə pensiya hüququnun yaranması ehtimalı yarana bilər.

Gələcəkdə bu heç bir ailə üzvünün pensiya ala bilməməsinə gətirib çıxara bilər. Bunun neqativ tərəflərini də sığortalayan bir amil olmalıdır. Hazırda bu mexanizm hazırlansa və bunun tətbiqi ilə bağlı qərar qəbul edilsə, bu məqam daha diqqətlə incələnməlidir.

Əgər ailə üzvünün hər ikisinin pensiya hüququ yaranmrsa, ən azından pensiya kapitalını birləşdirə bilməlidir. Çünki ahıllıq dövründə ailənin təminatı məsələsi var. Bütün bunlar müzakirə olunmalıdır. Bunların hamısı nəzərə alınmaqla yekun, təkmil mexanizm tətbiq edilərsə, düşünmürəm ki, bu mənfi bir yanaşmadır”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: qadın pensiya

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 Fevral 2025 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see392

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see370

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see357

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see323

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see297

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see278

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see270

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see266

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see263

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see258

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see241

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see240

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see240

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see234

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see230

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see228

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see210

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see208

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see206

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri