Icma.az
close
up
RU
“Nə? Harada? Nə zaman?” intellektual oyunun qalibləri mükafatlandırıldı

“Nə? Harada? Nə zaman?” intellektual oyunun qalibləri mükafatlandırıldı

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dekabrın 23-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) qurumun üzv təşkilatı Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunan “Nə? Harada? Nə zaman?” intellektual oyununun qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Modern.az xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov qalib komandaları təbrik edib və dövlətimizin gənclər siyasətindən, onların hərtərəfli inkişafı üçün ölkəmizdə yaradılmış şəraitdən danışıb. Qeyd edilib ki, həmkarlar ittifaqları tərəfindən xalqımız üçün əlamətdar günlərlə bağlı müxtəlif tədbirlər, idman və bilik yarışları keçirilir, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təşkil olunan “Nə? Harada? Nə zaman?” intellektual oyunu da bu ənənənin davamıdır.

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə elan olunan Həmrəylik Gününün önəmini diqqətə çatdıran Sahib Məmmədov xalqımızın qazandığı uğurların, əldə etdiyi nailiyyətlərin təməlində məhz həmrəyliyimizin dayandığını vurğulayıb. Tarixi proseslərin sonrakı gedişi bu qərarın əhəmiyyətini dəfələrlə sübuta yetirib və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Zəfərlə bir daha tarixi təsdiqini tapıb. Yeni layihələrdən də bəhs edən Konfederasiya sədri bunların ittifaq üzvlərinin məmnunluğu və əmək hüquqlarının daha etibarlı qorunması, eləcə də inklüzivliyin, əlçatanlığın və şəffaflığın təmin edilməsi məqsədilə həyata keçirildiyini diqqətə çatdırıb.

AHİK sədrinin müavini, Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Hikmət Osmanov qalib komandaları təbrik edib və bu cür yarışların ittifaq üzvlərinin bilik səviyyəsinin və bacarıqlarının yüksəldilməsi, asudə vaxtlarının səmərəli keçirilməsi, mütaliəyə həvəslərinin artırılması baxımından önəmini vurğulayıb. 

Bilik yarışında ümumilikdə 34 komanda iştirak edib. Gərgin və maraqlı keçən yarışda birinci yeri Azərbaycan Beynəlxalq Bankının, ikinci yeri İqtisadiyyat Nazirliyinin və üçüncü yeri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin komandaları qazanıb. İntelektual oyunun qaliblərinə kubok, fəxri fərman və diplomlar təqdim edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 Dekabr 2024 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see488

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see163

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see137

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see133

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see132

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see131

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see131

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see130

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see130

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see129

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see128

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see124

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri