Icma.az
close
up
RU
“Nə olursa olsun, evimizin xarabalığı olsa da, öz torpağımızda qalacağıq...” Qəzzalı qadının Trampa cavabı

“Nə olursa olsun, evimizin xarabalığı olsa da, öz torpağımızda qalacağıq...” Qəzzalı qadının Trampa cavabı

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Baxdığın hər yerdə dağıntı, xarabalıq və səfalət var. Kədərlənməyimiz üçün bir şey qalıbmı?Tramp və ya kim olursa olsun, bizə fərq etməz..."

Qəzzada bir çoxları üçün ABŞ Prezidenti Donald Trampın son hədələri onlara qarşı növbəti zorakılıq və kollektiv cəzaya bəraət qazandırmaqdan başqa bir şey deyil. Çərşənbə günü axşam saatlarında Tramp Qəzza xalqını hədələyərək, əsirlərin orada saxlanmağa davam edəcəyi təqdirdə onların hamısının öldürüləcəyini deyib.

Moderator.az xəbər verir ki, “Əl-Cəzirə” kanalının əməkdaşları Qəzzanın şimalında fələstinlilərlə Trampın təhdidləri barədə danışıb.

'Kədərlənəcək heç nə qalmayıb"

Al-Şarafa Qəzza şəhərinin mərkəzində, Əl-Rimalda yol kənarındakı stendində şirniyyat və qəlyanaltı satan 59 yaşlı Yaser bildirib ki, o, bu təhdidlərə məhəl qoymur, çünki Qəzzada bir çoxları kimi onun da “itirəcək heç nəsi yoxdur”.

“Əvvəllər mən tanınmış geyim taciri idim. Qəzza şəhərində Tel əl-Hava məhəlləsində böyük bir mağazam, altı mərtəbəli binam, avtomobilim və anbarlarım var idi. Bütün bu illərin zəhməti itdi, müharibədə məhv oldu... Baxdığın hər yerdə dağıntı, xarabalıq və səfalət var. Kədərlənməyimiz üçün bir şey qalıbmı?Tramp və ya kim olursa olsun, bizə fərq etməz."

Müharibə zamanı cənuba köçən əl-Şarafa və ailəsi atəşkəs başlayandan sonra şimala qayıdıblar, ancaq həyatın çətin ki, mümkün olduğu xarabalığa çevrilmiş ərazini tapıblar.

“Əsirləri təhvil etsək də, heç nə dəyişməyəcək. Müharibə hər an yeni bir bəhanə ilə geri qayıda bilər. Biz bütün dünyada inamı itirmişik”, -deyə Qəzza sakini bildirib.

'Dünyanın problemlərinin kökü Qəzzadırmı?'

62 yaşlı Cəmilə Mahmud Trampın sözlərini dəqiq eşitməsə də, onun bəzi ailə üzvləri cümə axşamı səhər bunu müzakirə ediblər.

“Gördüyünüz kimi, biz hər şeydən tamamilə məhrum olmuşuq. Nə internet, nə işıq, nə də rabitə vasitəsi var”, - qadın bildirib.

Cəmilə Mahmud hesab edir ki, Trampın təhdidləri insanları Qəzzanı tərk etməyə məcbur etmək məqsədi daşıyan psixoloji müharibənin bir hissəsidir.

“Hər dəfə yeni bir ssenari var – bəzən məcburi köçkünlükdən danışılır; bəzən İsrail Qəzzanı ələ keçirir; və bu gün əsirlərə görə bütün Qəzza sakinləri təhdid edilir”.

“Qəzza birdən bütün dünyanın problemlərinin kökünə çevrilib məgər?” – deyə qadın soruşub.

Mahmud israr edir ki, nə olursa olsun, vətəni Qəzzada yaşamaq hüququndan heç vaxt imtina etməyəcək.

“Nə olursa olsun, evimin xarabalığı olsa belə, mən öz torpağımda qalacağam”, - deyə qəzzalı qadın vurğulayıb.

S.Laçın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://moderator.az
archiveBu xəbər 08 Mart 2025 06:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri