Icma.az
close
up
RU
Nə öz qədrini bildi, nə də ona layiq olduğu qiyməti verdilər Əlisəmid Kür haqqında

Nə öz qədrini bildi, nə də ona layiq olduğu qiyməti verdilər Əlisəmid Kür haqqında

Kulis.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Kulis.az dünən vəfat edən Əlisəmid Kür haqqında ədəbiyyat adamlarının xatirə yazılarını təqdim edir.

Qulu Məhərrəmli:

"Buradan haraya baş alıb qaçım?..
Dilənçi əkilib hər qarışına.
Bir gün mən özüm də açıb əlimi,
Tanrım, çıxacağam sənin qarşına.

Ruhu və mahiyyəti etibarilə əsl şair idi. Müntəxəbatlara düşəcək gözəl poetik nümunələr yaratmışdı. Heyif ki, bir çox səbəblərdən nə öz qədrini bildi, nə də ona layiq olduğu qiyməti verdilər.

Əlisəmid Kür vəfat edib… Doğulduğu Salyan rayonunda torpağa tapşırılıb. Allah rəhmət eləsin!"

Səfər Alışarlı:

"Şair dostumuz Əlisəmid Kür bizi tərk etdi. Gözümüzün qabağında böyük bir nəsil haqqını almadan qırılıb gedir. Doğrudur, mən bunu istiqlalçılarla bağlı yazmışdım, ancaq Əlisəmidi milli istiqlaldan kim ayıra bilər ki?! Onun hər bir şeiri mənəvi intibahın poetik nəfəsi, hissi və həyəcanı ilə süslənib.

İndi şair haqda xatirə yazmaq bir az çətindir. Sosial mediada o qədər ləyaqətsizə o qədər boğazdanyuxarı təriflər yağdırırlar ki, adam layiqlilər haqda o sözləri deməyə qorxur.

Əlisəmid heç nədən qorxan adam deyildi, nəyi vardısa, ədəbiyyata qurban vermişdi. Bir quru canı vardı, onu da sonda yazılmamış misra kimi bizə bağışladı. Şeiri necə yazmışdısa, çörəyi necə qazanmışdısa, arağı necə içmişdisə, o cür də mərdi-mərdanə, qorxusuz-hürküsüz, sanki zarafatla öldü ki, sabah bizimlə qarşılaşanda təəccüblənməyək".

Kamran Yunis:

"Getdinmi?
Salam de o dünyaya, Şair...
Sən də dözmədin bədən adlı qəfəsdə.
Get və bil, sənə bu yolunda qibtə eləyənlər var.
Ruhun şad, yolun cənnətlik olsun".

Nadir Yalçın:

"Kür Əlisəmidi qarşıladı. Salyan yeganə rayondur ki, Kür onun başına dolanır. Kür indi Əlisəmidin başına dolanır. Torpaq Əlisəmid Kürü bağrına basdı, özü kimi cadar-cadar olan torpaq… Umud Rəhimoğlu dəfndə dedi ki, ilk və sonuncu dəfədir ki, Əlisəmidlə Salyana gəldim və Əlisəmidsiz Bakıya qayıdıram"…

Ülviyyə Heydərova:

" Hara gedirsən, Kentavr?

Kimdən qaçırsan, Kentavr?...

Bu gün Azərbaycan böyük şairini itirdi...

Əlisəmid Kür özünü misralarına tapşırıb getdi...

Bakının küçələri Əlisəmidsiz qaldı... Gözüm sizi hər yerdə axtaracaq, şair. Ən çox da "Tarqovayada"... Bu şəklini də elə "Tarqovaya" çəkmişdim. Görəndə həmişəki kimi o qədər sevinmişdi ki. Oturduq kafedə... Dərdləşdik saatlarla...

Sevirdi o yerləri. İllah da Malakan bağını. Tələbəliyi orda - İncəsənət İnstitutunda keçmişdi axı. Oralarda itmiş gəncliyini axtarırdı, ağarmış saçlarıyla, çat-çat olmuş üzüylə...

Ürəyi dopdolu idi şairin...

- Alo, məni eşidirsən, Əlisəmid müəllim?

Bombalamboş qaldı yeriniz... Bombalamboş...

Bilirəm, şair,
Özün-özündən qaçırsan,
Gedirsən qəmin üstünə
Söyüşə-söyüşə,
Yaşamaqçün, ölməməkçün
Atlar örüşə gedir,
Kentavrlar – döyüşə!
Getdi...

(Əlisəmid Kürə Elegiya)
Dalıb sözün sehrinə"…

Banu Muharrem:

Banu Muharrem:

"Gözlərini bir nöqtəyə zilləyib aram-aram danışmağa başladı:

- Yaxşı xatırlayıram. Gözlərim yaddaşımın vərəqlərinə boylandıqca itirdiyim illərin məsafəsində yolu azıram. Uzaqdan hardansa bir səs eşidirəm. Lap uzaqdan. Səs bir anlıq aydın eşidilir və qırıq səslərlə əvəzlənir, sonra boğuq bir xışıltı gəlir.

Yəqin ki, onlar ilə aramızdakı məsafə 444 km olduğuna görədir. Onların ünü yetmir. Demişdim? 4 mənim simvolik rəqəmimdir. (gülür)

Bilirsən?! Yaxın zamanlar uzun zamanlara çevrildikcə doğmalara yadlaşırsan. Yəqin, həmin uzaqlıqlardır, telefonda səslərimizi kəsib doğrayır. Həftələrlə gözləyib uzaq düşdüyün nənənin və digərlərinin səsini eşitmək istəyirsən, onda da xətt kəsilir. Düşün bir, günlərlə xəyalında hansı sualları verəcəyinin monoloqunu qurursan, amma xətlər qarışır. Sözlərin ürəyində tikə-parça olur, səsin düyünlənir.

Balaca yaşda bilməzsən - öldü dedikləri şəxs telefonun dəstəyini qaldırıb "Alo..." demək gücünə malik deyil. Eləcə düşünürsən ki, bəlkə, mənimlə o da danışacaq.

Amma ölənlərin xasiyyətini bilməzsən. Bilməzsən ki, onlar küsür və gedir, gedərkən də susmağı seçirlər.

98, 99-2000-ci illəri danışıram. O qədər uzaq bir məsafə... və sonra bir telefon zəngi. "Aloo.. Bakıyla danışırıq?!". Bütün rənglər beləcə bir-birinə qarışır.

Bütün qırıq səslər kimi. " Alo.. qızım, sənsənmi?Alo.."

Ürəyin nəsə istəyir? Kiminlə danışmaq istəyirsən? Tanıdın?"

Yox, səhv dedim. Tam olaraq belə idi:

- Alo..qızım, sənsənmi? Tanıdın? Eşidirsən? Yaxşısan? Kiminlə danışmaq istəyirsən? Səsini çıxar, eşidək bir.

Həyəcanlanınca səs itir. Xətlər qarışır və araya başqa adamlar qarışıb xoşbəxt dialoquna davam edir. Arada da 444 km. Elə bil, doğrudan da bir zahı bulud silkələyir telefon xətlərini. Duyduğun səslərin və kəsilən səslərin arasında nitqin quruyur. Qulağın hələ də gözləyir - bəs o ölən şəxs də danışacaqdı? Orada idi? Mənimlə danışmaq sırasını gözləyirdimi?! İçimdə dəli bir bağırmaq boğuram. Az qalıram deyim:

- Aloo! Səsini çıxart. Səsin yadımdan çıxır. İmkan vermə.

İlğım axır yaddaşımın, ürəyimin, qulağımın özündən. Özü də düz içimə.

- Sözlər də yalanmış, yuxu da yalanmış, fotoşəkillər də! Alo.. Alo!! Ana, məni eşidirsən?!"

Bəlkə də, hansısa tərəfdən səs gəlir:

- Sən məni eşitmirsən, qızım! Mən səni görürəm!

Bəlkə, doğrudan da, mən o səsi eşidə bilmirəm, sadəcə. Hər şey Əlisəmid Kürün şeirindəki kimidir sanki.Sadəcə, obrazlar fərqlidir.

Telefon zəngi.

-Alo, Bakıyla danışın.
-Alo! Qızım, sənsənmi?!
-…
-Alo!
…2400 kilometrlik həsrətin içində
Qatar keçdi, deyəsən.
Bir zahı bulud
Silkələdi telefon xətlərini.
Yüz saniyəlik sükutun arxasına
Sığdı bir insan ömrü.
-Alo! Alo!!
-A-ta! A-ta!
…Üzün yadımdan çıxır,
İlğım axır dalğa-dalğa
Yaddaşımın dörd olmuş gözündən.
Yuxu da yalanmış, fotoşəkil də yalan…
-Alo! Alo!
-Ata, məni eşidirsən?
-Alo, mən səni görürəm, qızım.

Bu gün Əlisəmid Kürü ədəbiyyatımızın qızılı səhifələri içində itirdik. Hərflərə qarışdı. Onu tapmaq nə mümkün! Ağrı adamı idi. Ruhu şad olsun"

Stendalla dost olan, Jorj Sandla ehtiraslı sevgi yaşayan yazıçı - Merimenin "Karmen"i niyə sərt tənqid edilmişdi? Yusif Səmədoğlunun 90 illik yubileyi ilə əlaqədar filmin çəkilişlərinə başlanıldı 31 yaşında Amerikada öldürülən müğənnimiz kimdir?
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:54
embedMənbə:https://kulis.az
archiveBu xəbər 14 Oktyabr 2025 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək ŞƏRH

12 Oktyabr 2025 21:27see283

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

13 Oktyabr 2025 21:05see251

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

13 Oktyabr 2025 02:05see209

Rusiya pensiyaların maaşlara həqiqi nisbətini açıqlayıb...

12 Oktyabr 2025 21:16see207

Gürcüstan DTX “İmedi“ televiziyası ətrafında təxribatla bağlı araşdırmalara başlayıb YENİLƏNİB

13 Oktyabr 2025 20:18see190

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

13 Oktyabr 2025 09:32see164

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

12 Oktyabr 2025 19:48see163

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

13 Oktyabr 2025 12:50see140

“Ədalət yalnız qanunun tələbi deyil, müstəqilliyimizin də əsasını təşkil edir”

12 Oktyabr 2025 19:16see140

Günün qoroskopu: daxili alovunuz kənardan sakit görünsə də

13 Oktyabr 2025 00:03see139

Ukrayna yeni raketlərlə hansı əraziləri vuracaq?

13 Oktyabr 2025 00:17see136

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

13 Oktyabr 2025 08:09see135

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

14 Oktyabr 2025 05:06see129

Kiyev və London İran “Şaxed”lərinə qarşı qüvvələrini birləşdirir...

12 Oktyabr 2025 19:34see129

Misirdə keçirilən Sülh Sammitinin əhəmiyyəti böyükdür

14 Oktyabr 2025 11:26see128

Peskov: “Ukraynalılar bir növ “çirkli bomba” yarada bilər”...

12 Oktyabr 2025 19:54see128

Şamaxı yolundakı qəzanın ANBAAAN GÖRÜNTÜLƏRİ

12 Oktyabr 2025 21:13see127

Ağrıları bir anda azaltmağın qorxulu üsulu açıqlandı

13 Oktyabr 2025 19:02see125

Tarixi maksimum: Qızılın qiyməti ən yüksək həddə çatdı

14 Oktyabr 2025 05:59see122

Siz, bürcünüzə görə hansı yadplanetlisiniz..?

14 Oktyabr 2025 00:26see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri