Icma.az
close
up
RU
Nə Rusiya, nə də Ukrayna kompromisə açıqdır ŞƏRH

Nə Rusiya, nə də Ukrayna kompromisə açıqdır ŞƏRH

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Oqtay Qasımov: “Əks halda proses Azərbaycan-Ermənistan münaqişəsində olduğu kimi illərlə uzana bilər”

ABŞ Rusiya-Ukrayna müharibəsinə son qoymaq məqsədilə vasitəçilik təşəbbüsünə geri dönüb. Vaşinqton İranla gərginlik fonunda yarım qoyduğu işi tamamlamaq üçün ABŞ prezidentinin nümayəndələrini Rusiya və Ukraynaya göndərib. Nümayəndə heyəti ilk növbədə Putinlə görüşərək onun danışıqlara hazır olub-olmadığını yoxlamaq üçün nəbzini ölçüb.

Putin görüşdə bu cür təmasların faydalı olduğunu açıqlayıb. Onu da qeyd edək ki, Rusiya və Ukrayna liderlərinin birgə razılığı əsasında sentyabrın 5-dən 8-dək atəşkəs rejimi elan olunub. Nümayəndə heyyəti Moskva səfərindən sonra Ukraynaya yollanıb. Ukrayna prezidenti Volodimir Zelenski onları qəbul etmədən öncə komandası görüş keçirib. Ölkəsinin dialoqa açıq olduğunu vurğulayan Zelenski, müharibənin başa çatmasında maraqlı olduğunu bildirib. ABŞ Prezidentinin xüsusi nümayəndələrinin keçirilən görüşlərlə bağlı qiymətləndirmələri müsbətdir. Stiv Uitkoff ABŞ Rusiya və Ukraynanın tezliklə üçtərəfli danışıqlar elan edəyini açıqlayıb. Xatırladaq ki, indiyədək müxtəlif dövlətlərin Rusiya-Ukrayna münaqişəsini tənzimləmək cəhdləri nəticəsiz qalıb. ABŞ-nin bu dəfəki təşəbbüsünün necə yekunlaşacağı beynəlxalq aləmdə böyük maraq doğurur.

Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Sherg.az-a bildirib ki, hazırda Rusiya-Ukrayna savaşının ən qızğın dövrünə şahid oluruq:

“ABŞ keçən ilin aprel ayında vasitəçilikdən bir qədər geri çəkilsə də, indi yenidən aktivləşməyə başlayıb. Rusiya-Ukrayna müharibəsini bitirmək Tramp üçün prinsipial məsələdir. Onun noyabr seçkiləri ərəfəsində bu təşəbbüsü öz üzərinə götürməsi təsadüfi sayıla bilməz. Keçən il Alyaskada baş tutan görüşdən sonra döyüş meydanında vəziyyət xeyli dəyişib. Ötən il daha çox hücum edən tərəf Rusiya olduğu halda, bu ilin əvvəlindən cəbhədə Ukrayna fəal rol oynayır. Böyük enerji resurslarına malik Rusiya xaricdən benzin və dizel yanacağı idxal etmək məcburiyyətində qalıb. Bu da döyüş meydanında şərtlərin xeyli dəyişdiyini göstərir. Trampın digər bir məqsədi də ABŞ-dəki prezident seçkilərinə qədər təşəbbüsü ələ alaraq, müəyyən nəticə əldə etməkdir. Tramp yaxşı bilir ki, müharibəni qısa müddətdə sonlandırmaq qeyri-mümkündür. Lakin sıxlaşan diplomatik danışıqlar Tramp komandasına siyasi nüfuz və dividend gətirə bilər. İctimai rəy sorğuları göstərir ki, növbəti seçkilərdə Trampın partiyasını məğlubiyyət gözləyir. Bunun qarşısını almaq üçün ABŞ prezidentinin beynəlxalq imicini bərpa etməyə çalışırlar”. 

Politoloqun sözlərinə görə, hazırda nə Rusiya nə də Ukrayna kompromisə açıq deyil:

“Lavrovun son açıqlamalarına diqqət yetirsək, faktiki olaraq Rusiyanın Ukraynadan qopardığı torpaqları legitimlaşdirmək istədiyini görə bilərik. Rusiya Donetskin Ukraynanın nəzarətində olan 15%-lik hissəsinə göz dikib. Məqsəd bu ərazini davasız-şərsiz tam ələ keçirməkdir. Zelenski isə ABŞ nümayəndələri ilə görüşdən sonra mətbuat konfransında ərazi məsələsinin müzakirə olunmayacağını açıqladı. ABŞ-nin vasitəçiliyi əsasında hələ ki, müvəqqəti atəşkəs baş tuta bilər. Lakin Rusiyanın atəşkəs müddətində Ukraynanın hərbi gücünü artıracağına dair narahatlıqları var. Buna görə də Rusiya nəzarət etdiyi əraziləri legitimləşdirməyə və Ukraynaya bu şərti qəbul etdirməyə israrlıdır. Kiyevin bu tələblə barışacağını gözləmək çətindir”.

O.Qasımov onu da qeyd edib ki, Zaporojye Atom Elektrik Stansiyası üzrə müəyyən razılaşma əldə oluna bilər:

“Xatırlayırsınızsa, ötən ilin oktyabrında Trampın sülh planında qeyd olunurdu ki, stansiyada istehsal edilən enerjinin 50%-i Rusiyanın, digər hissəsi isə Ukraynanın payına düşməlidir. Bu təklif, beynəlxalq hüququn tapdalanmasının bariz göstəricisidir. Bunlarla yanaşı, ABŞ və Ukrayna arasında nadir torpaq elementlərinin kəşfiyyatı və istismarına imzalanmış sazişi də unutmamaq lazımdır. Hətta Putin Trampı Rusiyanın nəzarətində olan Ukrayna ərazilərində, xüsusən Donetsk və Zaporojyedəki zəngin mineral yataqlarının birgə istismarına dəvət etmişdi. Bu kimi amillər diplomatik masadakı balansı pozur. Liderlər səviyyəsində mümkün görüşün sadəcə görüntü xatirinə deyil, real nəticələrə söykənməsi əsas şərtdir. Əks halda, proses vaxtilə Azərbaycan-Ermənistan münaqişəsində olduğu kimi, vasitəçilərin iştirakı ilə illərlə uzanan faydasız görüşlər zəncirinə çevriləcək. Prosesin hansı senari üzrə inkişaf edəcəyi birbaşa tərəflərin siyasi iradəsindən asılıdır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://sherg.az
archiveBu xəbər 07 Sentyabr 2026 20:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see298

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see296

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see286

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see255

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see251

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see243

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see238

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see233

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see231

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see220

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see211

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see209

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see208

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see205

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see203

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see194

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see193

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see188

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri