Nə üçün vergi ödəyirik? Uşaqlar üçün Konstitusiya
Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Uşaqlar üçün Konstitusiya” layihəsi çərçivəsində Konstitusiya maddələrini uşaqlar üçün sadə və anlaşıqlı dildə izah edən altıncı məqaləni təqdim edirik: "Vətəndaşların əsas vəzifələri".
Konstitusiyamızın IV fəsli "Vətəndaşların əsas vəzifələri" adlanır. Hər birimiz Azərbaycan Respublikasının vətəndaşı olduğumuza görə təkcə hüquqlarımız deyil, həm də vəzifələrimiz mövcuddur.
Bəs vəzifələrimiz hansıdır? Vəzifələrimizdən biri vergi ödəməkdir. Əlbəttə ki, bu vəzifə uşaqlara yox, böyüklərə aiddir. Konstitusiyamızın 73-cü maddəsində bu barədə deyilir: "Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur".
Bəs bu vergilər və başqa dövlət ödənişləri nəyə görə toplanır? Çünki dövlət öz vətəndaşlarına təhsil verməli, onların müalicəsini təşkil etməli, ölkəni xarici hücumlardan qorumalıdır. Bu işlər üçün, əlbəttə ki, maliyyə tələb olunur. Toplanan vergilər də qeyd olunan sahələrə xərclənir. Uşaqların təhsilinə xərclənən pulu da böyüklər vergi ilə ödəyir. Uşaqlar böyüdükdə onlar da vergi verməyə başlayır və onların vergiləri ilə gələcək nəsillərin xərcləri ödənir.
Növbəti – 74-cü maddə də Vətənə sədaqətdən bəhs edir. Maddənin ilk bəndində deyilir: "Vətənə sədaqət müqəddəsdir".
Bəs başqa vəzifələrimiz hansılardır? IV fəsildə bu barədə geniş məlumat verilmişdir. Belə ki, Azərbaycan Respublikasının dövlət rəmzlərinə – bayrağına, gerbinə və himninə hörmət etmək, Vətəni müdafiə etmək, tarixi və mədəni abidələri, ətraf mühiti qorumaq bizim əsas vəzifələrimizdir.
Vəzifələrin yerinə yetirilməməsi məsuliyyətə səbəb olur. Burda bir məqama da diqqət yetirmək lazımdır. Belə ki, Konstitusiyamızın 72-ci maddəsində deyilir: "Qanunu bilməmək məsuliyyətdən azad etmir".
Müəllif: Tural Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 16 İyul 2026 14:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















