Icma.az
close
up
RU
Nə vaxtadək rayonlar dövlətin cibinə baxacaq? “Bölgələrdə iri müəssisə yoxdur”

Nə vaxtadək rayonlar dövlətin cibinə baxacaq? “Bölgələrdə iri müəssisə yoxdur”

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

"10 il əvvəllə müqayisədə Azərbaycan rayonlarının özünü təmin etmə səviyyəsi kifayət qədər artıb”.

Bu sözləri "Yeni Sabah"a iqtisadçı Allahverdi Aydın deyib.

O vurğulayıb ki, başlıca problem daha çox bölgələrdə gəlirli müəssisələrin yoxluğudur: pizza

“Bu barədə məlumatlar hər il dövlət büdcəsində qeyd olunur. "Dövlət büdcəsi haqqında" Qanunda ayrıca göstərilir ki, hansı rayona nə qədər dotasiya ayırılır.

10 il əvvəllə müqayisədə Azərbaycan rayonlarının özünü təmin etmə səviyyəsi kifayət qədər artıb. Qabaqlar, rayonların böyük əksəriyyəti özünü maliyyələşdirə bilmir və büdcədən dotasiya alırdı.

2025-ci ilin dövlət büdcəsində bəzi işğaldan azad edilmiş rayonlar, habelə Xızı, Yardımlı və bir neçə digər rayonun özünü maliyyələşdirə bilmədiyini qeyd olunub. Onlar dövlət büdcəsindən dotasiya alacaqlar. Digərləri isə demək olar ki, özünü maliyyələşdirə bilir.

Təbii ki, başlıca problem daha çox gəlir gətirəcək müəssisələrin yoxluğundadır. Əvvəllər regionlarda vəziyyət fərqli olub. Bir neçə il öncəyə qədər rayonlar demək olar ki, dotasiya hesabına ayaqda qalırdılar. Xüsusən, Naxçıvan Muxtar Respublikasının rayonları.

Doğrudur, Naxçıvanda çox yüksək iqtisadi potensial olsa da, ora belə dotasiya ayrılır. Bunun səbəbini artıq dedim.

Rəsmi statistikaya əsasən, iri müəssisələrin 70 faizi Bakı, Sumqayıt və Abşeronda cəmlənib. Bölgələrdə demək olar ki, bu yoxdur. Maraqlı odur ki, rayonlarda olan azsayılı müəssisələrin əksəriyyətinin mərkəzi Bakıda yerləşir və vergi ödəyicisi paytaxtın uçotundadır. Yəni onların ödədiyi vergilər Bakının gəlirləri kimi qeyd olunur”.

Ekspert vurğulayıb ki, regionların iqtisadi inkişafı üçün mütləq investisiya layihələri lazımdır:

“İşğaldan azad edilmiş rayonlarda təxminən belə bir struruktur yaradılıb. Mahiyyət etibarı ilə, inzibati rayonların iqtisadi regionlar formasında birləşdirilməsi idarəetməni daha səmərəli edə bilər. Amma iqtisadi yöndən bunun səmərəli olacağını demək çətindir.

İqtisadi inkişafla bağlı məsələ daha çox sərmayələrin yatırılması ilə bağlıdır. İstənilən iqtisadi rayona sərmayə qoyulmursa, orada hansısa inzibati dəyişikliyin olması heç bir nəticə verməz. İqtisadiyyat insan orqanizmi kimidir. İnsan necə qida qəbul etmədən yaşaya bilməzsə, iqtisadiyyat da investisiyaız inkişaf edə bilməz.

İnvestisiyaların böyük bir hissəsi isə dövlət büdcəsindən ayrılır. Özəl sektorun bu istiqamətdə payı olduqca aşağıdır. Xarici investisiyalar isə daha neft-qaz sektoruna yatırılır. İndiki şəraitdə mən hesab etmirəm ki, hansısa inzibati dəyişiklik iqtisadiyyatda müsbət təsir göstərəcək. Regionlarda iqtisadi inkişafın təmin edilməsi üçün, investisiyaların önünü açmaq lazımdır”.

Nazim Hacıyev


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 25 Avqust 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see238

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see228

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see172

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see166

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see150

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see146

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see139

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see137

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see135

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see135

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see134

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see125

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see124

Almaniya XİN rəhbəri: “Eurofighter”lərin Türkiyəyə göndərilməsinə müsbət baxırıq

18 Oktyabr 2025 06:28see124

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see122

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see121

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see121

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see121

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see120

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri