Icma.az
close
up
RU
Nəbi Xəzri poeziyamıza özüylə təzə nəğmələr gətirdi

Nəbi Xəzri poeziyamıza özüylə təzə nəğmələr gətirdi

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Nəbi Xəzri poeziyası Azərbaycan şeirinə xəzri nəfəsi gətirən, zamanın  sınaqlarından şərəflə çıxan, Azərbaycan ədəbiyyatında milliliyi və onun qədir-qiymətini uca tutan, özünə milyonlarla, saysız-hesabsız oxucu kütləsi qazandıran bir poeziyadır.

                                       Çalış, Nəbi, gecə-gündüz yarat sən,

                                      Bəd sözləri üz sinəndən yar, at, sən.

                                       İnci seçib, dürr toplayıb yaratsan,

                                       Səndən eldə bir nişanə qalar söz.

Nəbi Xəzri ədəbiyyatımıza, söz sənətimizə qiymətli töhvələr vermis, öz yaradıcılığı ilə poeziyamızın ən yüksək zirvəsində dayanmışdır. İlk şeir kitabı”Çiçəklənən arzular” 1950-ci ildə çapdan çıxmışdır.Daha sonra “Bakının səhəri”, “Salxım söyüdlər”, “Vətən və qürbət”, “Qızımın nəğmələri”, “Kim məni xatırlasa”, “Dəniz, göy, məhəbbət”, “Arzu”, “İllər və sahillər”, “Dərələr”, “Son illərin sətirləri”, “Şeir mənim üçün bir kainatdır”, “Qəm dəftəri”, “Peyğəmbər” və bir çox başqa kitablarını oxucuların ixtiyarına vermişdir.”Təmiz ürək”, “Sən laylay deyəndə”, “Qara dəniz nəğməsi”, “Günəşdə ləkə”, “Kiçik təpə” və s.poemaların da müəllifidir.

Nəbi Xəzri tərcüməçiliklə də məşğul olmuşdur. M.Lermantov, D.Quralenşvili, A.Tvardovski, Ə.Şükuhi və başqa şairlərin şeirlərini tərcümə etmişdir.Onun  bir çox kitabları xarici ölkə ədəbiyyatında, müxtəlif dillərdə çap olunmuşdur.

Nəbi Xəzri yaradıcılığı bütün Azərbaycan xalqını, eləcə də bütün dünya xalqlarını əhatə edir.  Ana torpağa bütün varlığı ilə bağlı olan şair, öz fikir dünyası ilə zəngin bir xəzinəyə malikdir.

 

Şeir mənim üçün bir kainatdır,  

 Onun ulduzları, günəşləri var…

 Şeir mənim üçün sirli həyatdır

 Onun öz sevinci, öz kədəri var.

 Nə qədər qol-qanad açsa da ilham,

 Mən yerin cazibə qüvvəsindəyəm.

      Nəbi Xəzri zamanın nəbzini tutan, bütün ictimai-siyasi hadisələri poetikləşdirməyi bacaran sənətkar olmuşdur. Elinə-obasına bütün varlığı ilə bağlı olan şair ürəyinin harayını misralarında dilə gətirib. Necə ki, şairin misralarında olduğu kimi:

Ey, əziz Anam Azərbaycan,

Sənə bağlıyam Azərbaycan,

Ömrümün mənasısan, qardaşlıq dünyasısan Azərbaycan!

Anamın Anasısan Azərbaycan!

     Nəbi müəllim uzun illər  Xarici ölkələrlə  Dostluq və Mədəni Əlaqələr  Cəmiyyətinin sədri  olduğu üçün vətəndən kənarda da yaxşı tanınmışdır. Onun fəaliyyəti zamanı bir çox ölkələrlə mədəni əlaqələr qurulmuş və bunun müqabilində xarici dövlətlərdə Azərbaycan mədəniyyəti günləri keçirilmişdir.Böyük bir kollektivlə bu səfərlərdə iştirak edilirdi.Nəbi Xəzri dünyanın bor çox ölkələrində Azərbaycan mədəniyyətini təbliğ edib. Hətta Nəbi müəllimin müsahibələrinin birində dediyi fikirləri nəzərdən keçirərdik. “Yaponiyada, Cində, ərəb və Afrika ölkələrində mədəniyyət günlərini tez-tez təşkil edirdik.Görüşlərimiz təqdirəlayiqdir, bu mənada ki,cəmiyyət bütün dünya ölkələrində mədəniyyət günləri keçirərək Azərbaycan xalqını təmsil edirdi.Hələ sovetlər birliyində yaşadığımız dövrdə  İsveçdə səfərdə olduğumuz vaxt zalda çıxış edirdim.Biz rus dilində çıxış edirdik, sonra isə tərcümə olunurdu.. Elə bu zaman qəribə bir səs yayıldı və bu səsimizin eşidilməsinə mane oldu. Lakin buna baxmayaraq çıxışımı sona qədər davam etdirdim. Tənəffüs zamanı 3-4 nəfər azərbaycanlı bizə yanaşaraq “Nəbi müəllim narahat olmayın, biz hazır gəlmişik, səs salan ermənilər idi, onları boğazlarından tutub bayıra atdıq.”-dedilər.”

       Dostları nə deyir?

   Xalq şairi Qabii:-Mən söz sənətimizin canlı klassiklərindən olan N.Xəzri ilə bir ədəbi nəslə mənsubam.Nəbi familiyasını doğmalarına bağışlayıb özünə Xəzri təxəllüsü götürdü.O, əsl nəğməkar şair, gözəl nasir, eyni zamanda tanınmış dramaturqdur.Tərcümələri də çox məşhurdur”.

   “Əzizim Nəbi!”

  Sənin şeirlərini oxuyanda hiss edisən, həm də inanırsan ki, poeziya səni yüksək, gözəl, işıqlı, çatılması mümkün olan arzu və ümidlərlə  dolu bir aləmə çağırır. Bu şeirlərdə ahəngdarlıq, ürəkaçıqlığı, vüsətli fəza və əzəli gözəllik hiss edirəm.Həqiqətən poeziyanın hörmət və ləyaqətini qaldıran birisisən. Cox sağ ol ki, xalqımızın başını uca tutdun.”

                                                                               Məmməd Arif.

 “Bir dəfə Yazıçılar İttifaqının Natəvan klubunda Səməd Vurğun bizimlə salamlaşdıqdan sonra Nəbinin əlini sıxıb dedi;Sənin “O cavanın yaylığı” şeirini maraqla oxudum,sən məndən yaxşı yazırsan”.Nəbi isə bu tərifdən sanki qorxaraq həyəcanlandı,gülümsünüb nəzakətlə dedi:Sağ olun, siz məni həddən artıq təriflədiniz”.S.Vurğun mənim dirsəyimdən tutub dedi:-Bu oğlan yaxşı şair olacaq”.Nəbi Azərbaycanın səfalı yerlərini,uca çinarlarını, əfsanəvi Göy-gölünü, yaşıl meşələri, ürəkaçan füsunkar çaylarını özünəməxsus əsrarəngiz  bir dildə tərənnüm edir.O, dogma Xəzərə elə vurulmuşdur ki,özünə Xəzri təxəllüsü verib.Nəbi Xəzri poeziyada olduğu kimi, həyatda da vətəndaşlığı, insanlıq borcunu yüksəkdə tutur, bunları müqəddəs sayır.Dostluqda sədaqətlidir, möhkəmdir, “mən filankəsə kömək etdim”, “Ona arxa oldum” kimi sözləri heç vaxt dilinə gətirməmişdir.Bir sözlə mənəvi saflıq kökləri Nəbi Xəzrini, onun sönməz poeziyasını daim ucaldır, yüksək zirvələrə qaldırır. O, ucalıq eşqilə yaşayır və yazır;

                                               Sən günəş,

                                               Mən səndən

                                               Nur alan Ayam.

                                               Sən bir səs, mən isə

                                               əks-sədayam.

                                               Zirvəsən,

                                                   Zirvəyə qalxan cığıram,

                                                Ucalıq eşqilə,dağa çıxıram.

                                                                                  Süleyman Vəliyev.

Xalq şairəmiz Mirvarid Dilbazi  -“İnsanın həyatında daha yaxın bir dost var ki, o da ömür-gün yoldaşıdır.Nəbi Xəzrinin “Bir həftədə ağaran saçlar” şeiri də şairin humanizmindən yaranıb. Şair anasına, bacısına, bu adı daşıyanlara bəslədiyi həssas,  yüksək insani duyğuları öz uşaqlarının anası olan qadına da bəsləyir. Bu şeiri oxuyan oxucunun sevinci ikiqat olur. Birinci ona görə ki, şairin ömür-gün yoldaşı ismətli, sədaqətli,fədakar həyat yoldaşı olub. Demək şairin arxa cəbhəsi möhkəmdir.İnsanda bu keyfiyyətlər də istedad kimi taleyin bəxşidir..Bu keyfiyyətləri görüb qiymətləndirən kişi təbiətindəki həssaslıqla da oxucunu və bütün qadınları sevindirir.Düşünürsən ki, bu mürəkkəb əsrimizdə yaxşı hörmət, məhəbbət zəminində qurulmuş ailə var. Şair inam dolu sabahımızı qələmə alanda da müasirdir.Çünki o vətəndaşdır.Ona görə də vətəndaşlıq poeziyasının bayrağını uca tutur. O,ənənəvi olduöu qədər novator, novator olduğu qədər ənənəvidir.Nəbi Xəzriyə bəslənən böyük xalq məhəbbətinin “Sirri”də məncə bundadır.”

“Hərdən öz-özümdən soruşuram:Bakıdan, Azərbaycandan, Moskvadan… çox-çox uza bir diyarda mənə qəfildən Nəbi Xəzri poeziyası  haqqında sual versələr, yazmağı, söz deməyi xahiş etsələr nə deyə bilərəm? O yerdə ki, Nəbi Xəzri şeirindən yaxşı  xəbərdardırlar və ya bu gözəl poeziya haqqında  çox az şey bilirlər. Özüm öz sualıma dərhal cavab verirəm:çox şey deyə bilərəm.Əvvəlcə şairin gözəl misraları səslənəcək dilimdə, sonra şirin xatirələr dillənəcək. Nəbi Xəzri poeziyası, Nəbi Xəzri şəxsiyyəti barədə təsəvvürü olmayan dinləyicilər də maraqla qulaq asacaqlar bu söhbətə.Deyərdim ki, Nəbi Xəzri xalq içindən çıxmış, xalq yaradıcılığı çe.məsindən su içmiş bir sənətkardır.Onun heç kəsə oxşamayan təkrarolunmaz şair taleyi, yaradıcılıq tərcümeyi-halı var. Poeziyası Azərbaycan vəsiqəli, Azərbaycan pasportlu, Azərbaycan ünvanlı bir poeziyadır. O.Bizim yurdumuzun böyük keçmişini, qüdrətli bir gününü, daha işıqlı bir gələcəyini qələmə alır, harda olursa-olsunŞ hansı uzun eli dolaşırsa-dolaşsın, ruhən, mənən bu torpaqladır:dünyanın hansı cənnət guşəsini gəzirsə-gəzsin, ora Azərbaycanın gözü ilə baxır,onu Azərbaycanın adı ilə bağlayır.

                                    Əgər ki, yıxılsam çinar göstərin,

                                     Mən ona söykənib arana baxım,

                                      Gözlərim görməsə Göy-gölü verin,

                                       Mən onun gözüylə cahana baxım.

                                        Hər yerdə, həmişə sənsən gümanım,

                                        Canım-gözüm mənim-Azərbaycanım.

Əgər məndən soruşsaydılar deyərdim ki, onun poeziyası inam poeziyasıdır,sətirlərində, misralarında, fikirlərində bir aydınlıq, bir həzinlik, bir büllurluq var.Çünki, sənətkarın yolu aydındır,öz dəsti-xətti aydındır.”

                                                                  Xalq şairi:Cabir Novruz.

“Xəzri Azərbaycanlıların anlayışında qızmar, günəşli odlar diyarına sərinlik gətirib, boğanaq havanı təmizləyən güclü xəzər küləyidir. Mənə elə gəlir ki, bu ad şairin meyllərini,daxili həyəcan və duyğularını obrazlı ifadə edən ən düzgün addır. O. şeirimizə təzə külək kimi əsib gəldi və özüylə təzə nəğmələr gətirdi.”

                                                                             Əhməd Cəmil .1973-cü il.

 Gənc yaşlarından şeirə, sənətə bağlanan, xalqımızın hiss və həyəcanını öz şeirlərində lirik bir dillə ifadə edən Nəbi Xəzri adı iftixarla çəkilir. Bu poeziya öz qidasını doğma Azərbaycan xalqının əzəmətindən, vüqarından almışdır.Nəbi Xəzri lirikası xəlqilik, vətən torpağının tərənnümü, təbiət təsviri, insanın insana məhəbbəti, humanizm, daha nələr-nələr cəhətdən ucalıqdan baxılan bir poeziyadır.

Zəngin mənəvi xəzinə olan S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində xalqımızın iki əsr(bəlkə də çox) ədəbiyyat və mədəniyyət xadimlərinin tarixini əks etdirən sənədlər arasında Nəbi Xəzrinin şəxsi sənədləri 83№-li fond altında 5000-dən çox sənəd, 3 siyahı, 272 saxlama vahidi  olaraq qorunub saxlanılır.Sənədlər ilk dəfə 1966-cı ildə Arxivə şairin özü tərəfindən təqdim edilmişdir.Sonralar sənədlərin zənginləşdirilməsində Arzu Babayevin(oğlu) rolu böyük olmuşdur.Həm xidməti, həm də şəxsi fond sənədləri(əlyazmalar, məktub və teleqramlar, tərcümeyi-hal sənədləri, təsviri sənədlər vəs.) öz zənginliyi ilə seçilir.

2024-cü il dekabın 10-u xalq şairi, Dövlət mükafatı laureatı, ictimai xadim Nəbi Xəzrinin 100(yüz) yaşı tamam olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 09.09.2024-cü il tarixli sərəncamına əsasən 100 illik yubileyi təntənəli şəkildə qeyd olunacaqdır. Bu yubileyin keçirilməsi dəyərli söz ustadına, onun  səmərəli fəaliyyətinə verilən layiqli töhvədir.

 Könül Nəsibova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:379
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 Dekabr 2024 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see397

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see381

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see314

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see296

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see293

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see284

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see271

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see265

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see264

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see251

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see235

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see234

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see229

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see228

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see227

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see224

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see221

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see215

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see215

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri