Icma.az
close
up
RU
Necə arıqlamaq olar? ARAŞDIRMA

Necə arıqlamaq olar? ARAŞDIRMA

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Qış aylarında soyuq hava şəraiti fiziki aktivliyin azalmasına səbəb olur. Hərəkətin azalması isə bir çox insan üçün artıq çəkilərin yaranması ilə nəticələnir. Əgər siz də qış mövsümündə çəki artımından şikayət edirsinizsə, bəzi təbii bitki çayları arıqlama prosesində sizə dəstək ola bilər.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, sağlam qidalanma ilə yanaşı, bitki çaylarının düzgün və ölçülü şəkildə qəbulu qış aylarında çəki verməyi asanlaşdıra bilər. Ağır pəhrizlər və yorucu məşqlər olmadan da forma düşməyə kömək edən bəzi çay növləri mövcuddur.

Mate çayı
Mate çayı iştahın idarə olunmasına kömək edən bitki çaylarından biridir. Tərkibindəki təbii maddələr enerji səviyyəsini artırır, halsızlıq hissini azalda bilər. Xüsusilə ara yeməklərdə qəbul edildikdə arıqlama prosesində motivasiyanı qorumağa yardımçı olur.

Razyana çayı
Rezene çayı həzm sistemini rahatladan təsiri ilə seçilir. Şişkinlik və qaz problemlərini azaltdığı üçün qarın nahiyəsində yüngüllük hissi yaradır. Bu da dolayı yolla çəki nəzarətinə müsbət təsir göstərir. Ən çox axşam saatlarında içilməsi tövsiyə olunur.

Yaşıl çay
Yaşıl çay maddələr mübadiləsini sürətləndirən güclü antioksidantlarla zəngindir. Tərkibindəki katexinlər yağların enerjiyə çevrilməsinə kömək edir. Müntəzəm qəbul edildikdə toxluq hissi yarada bilər. Gün ərzində 1-2 fincan içilməsi məsləhətdir.

Zəncəfil çayı
Zəncəfil çayı bədənin istilik balansını artıraraq metabolizmanın daha aktiv işləməsinə şərait yarada bilər. Eyni zamanda mədəni rahatladır və şirniyyata olan istəyi azalda bilər. Təzə zəncəfil ilə hazırlanmış çay daha təsirli hesab olunur. Ölçülü istifadə edildikdə həzmi dəstəkləyir.

Qeyd edək ki, bitki çayları təkbaşına möcüzəvi nəticə vermir. Onlardan maksimum fayda əldə etmək üçün düzgün qidalanma və minimum fiziki aktivliklə birlikdə istifadə olunması tövsiyə edilir.

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 Yanvar 2026 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see389

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see361

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see306

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see285

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see281

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see274

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see263

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see256

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see255

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see240

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see230

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see228

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see225

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see222

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see220

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see216

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see215

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see211

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see211

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri