Icma.az
close
up
RU
Necə bilək ki, kərə yağı təbiidir? 10 ÜSUL

Necə bilək ki, kərə yağı təbiidir? 10 ÜSUL

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir.

Redaktor.az xəbər verir ki, bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?

Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A, D və E vitaminləri ilə zəngin olduğu və ondan istifadənin görmə qabiliyyətinə, dəriyə və diqqətin cəmlənməsinə müsbət təsir etdiyi deyilir.

Bundan əlavə təbii kərə yağı xüsusi qida əlavələrindən daha çox mərkəzi sinir sisteminə dəstəkləyici təsir göstərir. Hətta bəzi diyetoloqlar gündə 20 qram yağ yeyilməsinin zəruriliyini qeyd edir, bir şərtlə ki, yağ təbii olmalıdır.

Beləliklə, kərə yağının təbii olduğunu necə anlamaq olar?

1. Məhsul seçərkən ilk öncə nəyə diqqət edirik? Əlbəttə ki, onun tərkibinə. Təbii kərə yağının tərkibini göstərən yazıda marqarində olduğu kimi, müxtəlif bitki yağlarının adları sadalanmır. Kərə yağının tərkibi yığcamdır: tam yağlı süd və qaymaq.

2. Əgər paketin üzərində "yağ" sözü yazılıbsa, bu özü də həmin məhsulun marqarin də ola biləcəyi haqqında düşünmək üçün səbəbiyyət verir.

3. İnək südündən hazırlanmış təbii yağı onun qiymətinə əsasən də anlamaq olar - bu, bütün digər əvəzedicilərdən bahadır.

4. Əgər məhsulun içini açıb baxmağa imkanınız varsa (məsələn, yağ çəki ilə satıldıqda), onun rənginə diqqət edin. O, nə kəskin sarı olmalıdır, nə də kəskin ağ.

5. Təbii kərə yağı toxunduqda möhkəm olmalıdır. Bir məqamı da diqqətdə saxlayın ki, inək yağı siz yağın paketini açdıqda paketə bulaşmır. Həmçinin də bıçağa yapışmır və bıçaqda qalmır.

6. Məhsulun istifadə müddətinə də diqqət etmək lazımdır. Çəki ilə satılan inək yağı 10 gündən artıq saxlanılmır. Əgər o metal bankadadırsa, onda 3 aydan artıq saxlanılmır. Əgər siz qablaşdırmada istehsalçının daha uzun müddətlər qeyd etdiyini görürsünüzsə, deməli, onun tərkibində konservantlar mövcuddur.

7. Ev şəraitində də yağın saxta olduğunu müəyyən etmək olar. Əgər bu təbii yağdırsa, o, bərabər şəkildə əriyəcək, əgər səthində damcılar əmələ gəlirsə, deməli, marqarindir.

8. Təbii kərə yağı soyuqdan isti mühitə düşdükdə tezliklə əriməyə başlayan (tərkibindəki bitki yağlarına görə) marqarin kimi yumşaq olmur.

9. Keyfiyyətli qaymaqdan hazırlanan yağ möhkəm və əllə toxunduqda hamar olur. Kəsildikdə qatlara bölünmür (təbəqələşmir) və parlaq görünür.

10. Nəhayət, kərə yağı soyuducudan çıxarılan kimi parçalanmamalıdır. Əsil, təbii kərə yağı çörəyin üzərinə qalın, vahid, bircinsli qat kimi çəkilməlidir (milli.az).

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 11 May 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see348

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see340

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see255

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see252

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see243

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see234

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see234

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see226

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see225

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see223

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see220

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see212

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see208

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see204

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see193

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see192

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see189

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see186

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see182

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri