“Necə, harada və niyə öldüyünü deyə bilərsinizmi?” Salahdan UEFA ya reaksiya
Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.
Xəbər verdiyimiz kimi, Fələstin millisinin keçmiş futbolçusu Süleyman Əl-Obeid humanitar yardım gözləyərkən İsrailin hücumu nəticəsində həlak olub.
Yeniavaz.com xəbər verir ki, Avropa Futbol Assosiasiyalarının İttifaqı (UEFA) rəsmi “X” hesabında Əl-Obeidin ölümü ilə bağlı post paylaşıb.
“Fələstin Pelesi” Süleyman əl-Obeidlə vida.
Ən qaranlıq vaxtlarda belə saysız-hesabsız uşaqlara ümid bəxş edən istedad”, - paylaşımda deyilir.
Məşhur misirli futbolçu Məhəmməd Salah isə UEFA-nın bu paylaşımını repost edərək quruma belə bir sual ünvanlayıb:
“Onun necə, harada və niyə öldüyünü deyə bilərsinizmi?”
Salahın bu reaksiyası “X” istifadəçiləri tərəfindən rəğbətlə qarşılanıb.


Salahdan UEFA nın paylaşımına sərt reaksiya
10 Avqust 2025 14:56
Biz onların necə öldüyünü və yaralandığını gördük Ağ Ev
18 Dekabr 2024 14:54
Salahdan qalmaqallı paylaşım
05 Noyabr 2024 12:12
Salahdan maraqlı ETİRAF
17 Noyabr 2024 16:03
Salahdan növbəti uğur
29 Dekabr 2024 23:26

