Icma.az
close
up
RU
Nəcməddin Sadıkovun yaxın adamı bəraət istəyir

Nəcməddin Sadıkovun yaxın adamı bəraət istəyir

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müdafiə Nazirliyinin hazırda başqa cinayətə görə məhkəməsi gedən məşhur sabiq zabiti Zahid Niftəliyev (“Şlyapa Zahid”) və onunla birgə ittiham olunan “N” saylı hərbi hissənin giziri Elsəvər Niftəliyev barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

Gununsesi.info  Pravda.az-a istinadən xəbər verir ki, Ali Məhkəmədə keçiriləcək proses dekabrın 5-nə təyin edilib.

Şikayət hakim İlqar Qılıcovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, “Şlyapa Zahid” kimi tanınan Niftəliyev külli miqdarda rüşvət almaqda ittiham edilib. Tərtər Hərbi Məhkəməsi isə onun əməlini daha yüngül maddəyə tövsif edib. Hökmə əsasən, Niftəliyev 10 min manat cərimə cəzasına məhkum edilərək azadlığa buraxılıb.
Ətraflı

Bundan sonra, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış yeni cinayət işi üzrə Zahid Niftəliyev həbs edilib. Gəncə Apellyasiya Məhkəməsinin yeni qərarı ilə isə “Şlyapa Zahid” 8 il 6 ay, onunla birgə ittiham olunaraq əvvəlki məhkəmədə bəraət alan N saylı hərbi hissənin giziri Elsəvər Niftəliyev 8 il azadlıqdan məhrum edilib.

İttihamları nə “Şlyapa Zahid”, nə də Elsəvər Niftəliyev qəbul edir. Hər ikisi bəraət tələbi ilə Ali Məhkəməyə müraciət ediblər.

Xatırladaq ki, Zahid Niftəliyev DTX tərəfindən tutulduğu iş üzrə 42 milyon manat mənimsəmədə ittiham olunur. Hazırda həmin işlə bağlı məhkəmə araşdırması gedir.

Zahid Niftəliyev Müdafiə Nazirliyinin sabiq baş qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı kimi məşhurlaşıb.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 02 Dekabr 2024 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see296

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see282

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see267

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see258

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see257

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see246

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see236

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see232

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see229

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see228

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see226

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see219

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see191

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri