Nəcməddin Sadıqov da həbs olunacaq? Fazil Mustafa: Azərbaycan Ordusuna vurulan zərərlər ciddi şəkildə aydınlaşdırılmalıdır
Icma.az, Redaktor.az saytına istinadən bildirir.
Məlum olduğu kimi, Azərbaycanda "Rusiyanın adamı" kimi tanınan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev dövlətə xəyanətdə, hakimiyyəti ələ keçirməyə cəhddə ittiham olunur. Hazırda onunla bağlı yaşı nəzərə alınaraq ev dustaqlığı qətimkan tədbiri seçilib.
Ramiz Mehdiyevin həbsindən sonra indi gözlər Azərbaycan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Saqdıqova dikililb. Çünki o da "Rusiyanın adamı" kimi tanınmaqdadır. Onun "Tərtər işi" də daxil olmaqla bir sıra hərbi cinayətlərdə adı hallanır.
Bəs Nəcməddin Sadıqov da həbs oluna bilərmi?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Milli Məclisin komitə sədri Fazil Mustafa bildirdi ki, dövlət təhlükəsizliyi üçün problem yarada biləcək hər hansı bir fakt varsa, bu, ciddi şəkildə araşdırılmalıdır:
"Bu hər kəsə aiddir, heç kim məsuliyyətdən yayına bilməz və xüsusilə də dövlətə xəyanət, Azərbaycan Ordusuna vurulan zərərlər ciddi şəkildə aydınlaşdırılmalıdır. Çünki Tərtər hadisələri fonunda, 44 günlük savaşda biz bu təxribatların müəyyən elementlərini gördük və bu prosesdə, xüsusilə də Aprel döyüşlərində baş verənlər onu göstərir ki, məhz bu xəttin araşdırılması olduqca önəmlidir. Yəni kimliyindən asılı olmayaraq, dövlətdə rəsmi mövqe tutmuş şəxslərin Vətənə xəyanət və dövlətin ali dəyərlərinə qarşı hər hansı bir davranışı varsa, bunun hüquqi qiymətləndirilməsi mütləq olmalıdır ki, gələcəkdə bu hallar təkrarlanmasın və digərləri də bundan ibrət götürə bilsin".
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 17 Oktyabr 2025 11:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















