Icma.az
close
up
RU
Nəfəs darlığı, səsin boğulması: Bu əlamətlər varsa, təcili həkimə gedin, yoxsa..

Nəfəs darlığı, səsin boğulması: Bu əlamətlər varsa, təcili həkimə gedin, yoxsa..

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Çində yayılan virusun simptomları digər respirator infeksiyalarla oxşardır, buna görə də virusun diaqnozunu qoymaq çətin məsələdir”.
Ölkə.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a infeksionist Aytən Ziyadova açıqlayıb.

O, metapnevmovirusun xüsusiyyətlərinə belə aydınlıq gətirib:

“HMPV infeksiyası öskürək, burun tutulması, burun axması, hərarətin yüksəlməsi, nəfəs darlığı və səsin boğulması kimi tənəffüs yolu simptomları ilə müşayiət olunur. Bu simptomlar bir çox digər respirator infeksiyalarla oxşardır, buna görə də virusun diaqnozu bəzən çətin ola bilər. Virus əsasən kiçik yaşlı uşaqlar və immuniteti zəif olan şəxslərdə daha tez-tez müşahidə olunur. İmmun sistemin zəif olduğu şəxslərdə (xroniki xəstəlikləri olanlar, məsələn, bronxial astma, ağciyər xəstəlikləri) infeksiya daha ağır keçə bilər, bronxit və pnevmoniya kimi fəsadlara səbəb ola bilər.

Müsbət tərəf odur ki, metapnevmovirus infeksiyası adətən 7-10 gün ərzində öz-özünə sağalır və xüsusən də sağlam insanlarda ciddi fəsadlarla nəticələnmir. İmmun sistemi zəif olan şəxslərdə və ya bronxial astma, ağciyər xəstəlikləri kimi yanaşı xəstəlikləri olanlarda infeksiya bronxit və ya pnevmoniya kimi ağırlaşmalarla nəticələnə bilər. Bu səbəbdən bu qruplar daha diqqətlə izlənilməli və zərurət yarandıqda müvafiq tibbi müdaxilələr edilməlidir”.

Həkim xəstəliyin müayinə və müalicəsi haqqında da məlumat verib:

“Yanaşı xəstəliyi olmayan və simptomlar öz-özünə aradan qalxan şəxslərdə, infeksiyanın laborator müayinələrlə müəyyən edilməsi müalicənin dəyişməsinə səbəb olmur. Beynəlxalq tibbi protokollara əsasən, rutin olaraq bu tip testlərin aparılması tövsiyə olunmur, çünki müalicə yalnız simptomlara əsaslanır və virusun növü müalicə planına təsir etmir. Xəstələrdə infeksiya yüngül keçdikdə, əsas müalicə növü simptomatikdir. Yuxarı tənəffüs yolu infeksiyalarında ümumiyyətlə rahatlıq və simptomların azaldılması üçün müxtəlif dərmanlar istifadə edilir (məsələn, ağrı kəsicilər, öskürək dərmanları və s.).

İnfeksiyanın qarşısını almaq üçün əsas tədbirlər gigiyena qaydalarına əməl etmək və immunitet sistemini gücləndirməkdir. Məsələn, əllərin tez-tez yuyulması, xəstə şəxslərlə təmasdan qaçınmaq və sağlam həyat tərzi sürmək metapnevmovirusun yayılmasının qarşısını almağa kömək edir.

Nəticə etibarilə, metapnevmovirus infeksiyası çox vaxt yüngül və fəsadsız keçsə də, immuniteti zəif olan şəxslər və ya digər tənəffüs xəstəlikləri olanlar üçün diqqətli olmaq vacibdir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://olke.az
archiveBu xəbər 07 Yanvar 2025 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri