Icma.az
close
up
RU
Neft: Böhranın addım səsləri

Neft: Böhranın addım səsləri

Icma.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Trampın çıxışından sonra neftin qiyməti artmağa başlayıb. Belə ki Londonun ICE birjasında “Brent” markalı fyuçer neftinin bir barelinin qiyməti 2,43 faiz atraraq 111,89 dolları ötüb.
İran ABŞ-ın bütün təkliflərini rədd etdiyini bəyan edərək Hörmüz boğazını açmayacağını bildirib. ABŞ Prezidentinin hədələrinə cavab verən Tehran rəsmiləri “Yaxın Şərqi cəhənnəmə çevicəcəyik” bəyanatını səsləndirib.
Geosiyasi proseslərin müharibə ilə davam etməsi dünya enerji bazarındakı gərginliyi bir az daha artırıb. Halbuki, bir neçə gün öncə ABŞ şəhərlərində milyonlarla insanın iştirakı ilə kütləvi aksiyalar keçirildi və müharibənin başa çatdırılması tələb edildi. Bundan sonra elə bir atmosfer yaranmışdı ki, bu siyasi turbulentlikdən çıxmaq üçün hamı D.Trampın pozitiv fikir söyləyəcəyini gözləyirdi. Lakin o müharibənin hələ davam edəcəyini və İrana quru qoşun yeridəcəyini sətiraltı qaydada biruzə verdi.
Neftin dünya bazarına çıxış yolunun bağlı qalması iqtisadi fəsadlar törətməkdə davam edir. Pakistanın Maliyyə Nazirliyinin bəyanatına görə, ölkədə 12 günlük neft ehtiyatı qalıb. Ölkədəki təhsil müəssisələri bağlanıb və tələbələr distant təhsilə keçirilib. Dövlət strukturlarına məxsus nəqliyyat vasitələrinə ayrılan yanacaq 50 faiz azaldılıb. Nəqliyyat vasitələrinin 60 faizinin istifadəsinə qadağa qoyulub. Dövlət orqanları 4 günlük iş rejiminə keçiblər.
İranın Hörmüz üzərində protektoratlığı və boğazdan gəmilərin keçidi üçün rüsum toplamağa çalışması ABŞ Senatını qıcıqlandırıb. Respublikaçı senator Lindsi Qrem bildirib ki, müharibənin nəticəsindən asılı olmayaraq Hörmüz boğazını İranın əlində qalmasına imkan vermək olmaz. Onun fikrincə, ABŞ özü boğaza nəzarət etməlidir və bunun üçün lazım olnan tədbirlər həyata keçirilməlidir.
Ötən həftə İran boğazdan 21 tankerinin keçməsinə icazə verib. İranın istisnalarla boğazdan tanker buraxması bazarda neftin qiymətinin kritik bahalaşmasını ləngidir. Tankerlər Türkiyə, İraq, Çin, Hindistan və Yaponiyaya məxsus olub. Lakin bu da bazarın tələbini ödəmir. Hərbi əməliyyatlardan əvvəl Hörmüz boğazından sutkada 135 gəmi keçirdi.
İran İslam Şurası Məclisinin (parlamentin) milli təhlükəsizlik komitəsinin üzvü Əlaəddin Borucerdi bildirib ki, İran parlamenti Hörmüz boğazından keçən gəmilərdən rüsum alınması ilə bağlı qanun hazırlayır. Hələlik isə hərbi əməliyyatlar və onun doğurduğu yanacaq böhranı davam edir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://azvision.az
archiveBu xəbər 07 Aprel 2026 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see490

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see375

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see261

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see261

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see245

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see232

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see217

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see217

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see214

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see207

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see205

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see191

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see183

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see183

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see177

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see177

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see174

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see173

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see168

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri