Icma.az
close
up
RU
Neft erasının sonuna doğru... Azərbaycanda proqnozlaşdırılandan da az neft hasil edilib

Neft erasının sonuna doğru... Azərbaycanda proqnozlaşdırılandan da az neft hasil edilib

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Neft erasının sonuna doğru yola çıxmışıq. Proqnozlar, təhlillər əsrin ortalarında Azərbaycanın daha neft ölkəsi olmayacağını göstərir. Dövlət büdcəsi haqqında qanun layihəsi ilə bağlı müzakirələr zamanı proqnozlar da açıqlanmışdı. Məlum olmuşdu ki, yaxın illərdə təkcə neftin yox, təbii qazın hasilatının da azalması gözlənilir.

Bizimyol.info xəbər verir ki, 2024-cü ildə Azərbaycanda 29 milyon 63 min ton dəyərində xam neft istehsal edilib. Keçən ilə nisbətən 1 milyon 127 min ton azalma var. Faizlə çox görünməyə bilər, əslində, ciddi geriləmə müşahidə olunub.

2024-cü ilin yanvar-dekabr ayları ərzində Azərbaycandan xarici ölkələrə 14 milyard 437 milyon dollar həcmində 23 milyon 596 min ton xam neft ixrac edilib. Yenə azalma var. Bir il bundan əvvəl 2 milyon 451 min ton daha çox neft satdığımız məlum olmuşdu. Miqdar ifadəsilə 10 faizə yaxın azalmadan danışılır. Dəyər ifadəsilə azalma 11 faizi keçir. Xam neft ixracından 1 milyard 803 milyon dollar daha az qazanmışıq.

Nefti həm də daha ucuz satmağa başlamışıq. 2023-cü ildə satışa çıxarılmış məhsulu təxminən 12 dollar baha yola sala bilmişdik.

Xam neftin ümumi ixracda payı da artıb. 2023-cü ildə bu pay 48 faizə çatmırdı. 2024-cü ildə 54,37 faiz göstəricisi ilə qarşılaşmışıq.

İş orasındadır ki, proqnozlaşdırılandan da az neft hasil etmişik. Keçən ilin payzında bildirilirdi ki, Azərbaycan ili 29,2 milyon ton neftlə başa vuracaq. Amma gözləniləndən təxminən 150 min ton az neft hasil edilib. Belə görünür ki, qarşıdakı illərlə bağlı proqnozlarda da pis mənada yanıla bilərik.

Proqnozlar nə deyirdi? 2025-ci ildə hasilatın 500, 2026-cı ildə isə daha 900 min ton azalacağı bildirilir. 2028-ci ildə 26,7 milyon ton neft hasilatı gözlənilir. Təbii qaz hasilatının təxminən 2 milyard kubmetr azalacağı ehtimal edilir.

Yəqin ki, geniş şərhə ehtiyac yoxdur. Yüksəklikdən sürətlə aşağı enirik.

Aytən, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:192
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 12 Fevral 2025 18:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri