Neft Fondu və “CEEC International” əməkdaşlıq imkanlarını müzakirə ediblər
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktorunun müavini Rövşən Cavadov və müvafiq struktur bölmələrin əməkdaşları “China Energy International Group Co., Ltd.” (“CEEC International”) şirkətinin sədri Syaodan Linin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Fonddan “APA-Economics”ə verilən məlumata görə, tərəflər 2025-ci il 8 sentyabr tarixində ARDNF ilə “CEEC International” arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində mövcud əməkdaşlığın dərinləşdirilməsi, qarşılıqlı maraq doğuran yeni birgə investisiya imkanlarının müəyyənləşdirilməsi və əməkdaşlıq mexanizmləri barədə fikir mübadiləsi aparıblar.
Görüşün yekununda Körfəz ölkələri, Çin və Cənub-Şərqi Asiya regionlarında bərpa olunan enerji, enerji saxlama və tullantıların idarəedilməsi sahələrində həyata keçirilə biləcək layihələrin və digər investisiya imkanlarının mütəmadi şəkildə nəzərdən keçirilməsi və müzakirə olunan təşəbbüslərə dair məlumat mübadiləsinin aparılması barədə razılığa gəlinib.
“CEEC International” energetika, su təsərrüfatı, sement sənayesi və digər irihəcmli infrastruktur sahələri üzrə Çində və beynəlxalq miqyasda investisiya və xidmətlər təqdim edən, layihələrin bütün mərhələlərini əhatə edən sistemli və açar həllər təklif edən iri sənaye konqlomeratıdır. “CEEC International” adıçəkilən qrupun struktur vahidi olaraq, Çindən kənar beynəlxalq biznes fəaliyyətinin idarəedilməsi və beynəlxalq layihələrin icrasına və əməkdaşlığa rəhbərlik funksiyasını yerinə yetirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 31 Oktyabr 2025 16:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















