Icma.az
close
up
RU
Neft geologiyasının müasir düşüncə məktəbini yaradan alim

Neft geologiyasının müasir düşüncə məktəbini yaradan alim

Azpost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Professor Bağır Əli oğlu Bağırovun 90 illik yubileyi münasibətilə

Tarix yalnız hadisələrin deyil, şəxsiyyətlərin də yaratdığı böyük bir salnamədir. Elə insanlar var ki, onların fəaliyyəti yaşadıqları dövrün hüdudlarını aşır, özündən sonrakı nəsillərin inkişafına təsir göstərir, bütöv bir elmi istiqamətin formalaşmasında həlledici rol oynayır. Belə insanların həyat yolu müəyyən mənada ölkənin intellektual tarixinin ayrılmaz hissəsinə çevrilir. Azərbaycan geologiya elminin görkəmli nümayəndəsi, geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar elm xadimi Bağır Əli oğlu Bağırov məhz bu qəbildən olan alimlərdəndir.

2026-cı il avqustun 12-də professor Bağır Bağırovun anadan olmasının 90 ili tamam olur. Bu yubiley yalnız görkəmli alimin ömür yoluna nəzər salmaq üçün deyil, həm də Azərbaycan neft geologiyasının son onilliklər ərzində keçdiyi inkişaf yolunu yenidən qiymətləndirmək üçün əlamətdar fürsətdir. Çünki Bağır müəllimin həyatı və fəaliyyəti ölkəmizdə neft-qaz geologiyası  elminin, geoloji tədqiqatların, ali təhsilin və elmi kadr hazırlığının inkişafı ilə sıx bağlı olmuşdur.

Professor Bağırovun həyat yoluna nəzər saldıqda aydın görünür ki, onun elmi fəaliyyətinin əsasını zəngin istehsalat təcrübəsi təşkil edir. Bu, təsadüfi deyildi. Azərbaycanın neft-qaz geologiyası məktəbinin ən yaxşı ənənələrindən biri həmişə nəzəri biliklə praktikanın vəhdəti olmuşdur. Məhz bu səbəbdən neft mədənlərini yaxından tanıyan, geoloji prosesləri birbaşa müşahidə edən mütəxəssislər sonralar daha uğurlu alimlərə çevrilmişlər.

1936-cı ildə Masallı rayonunun Ərkivan kəndində müəllim ailəsində dünyaya göz açan Bağır Bağırov zəhmətə və biliyə hörmət ruhunda tərbiyə almışdır. Orta təhsilini başa vurduqdan sonra Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfiyyat fakültəsinə daxil olması onun gələcək həyat yolunu müəyyənləşdirən mühüm qərar olmuşdur. Hələ tələbəlik illərindən geologiyanın nəzəri əsaslarına dərindən yiyələnməsi və sahə işlərinə xüsusi maraq göstərməsi gələcək fəaliyyətinin istiqamətlərini müəyyən etmişdi.

1958-ci ildə ali təhsilini başa vurduqdan sonra əmək fəaliyyətinə neft mədənlərində başlayan gənc mütəxəssis istehsalatın bütün mərhələlərini yaxından öyrənmək imkanı əldə etmişdir. Operator, geoloq, böyük geoloq və baş geoloq vəzifələrində çalışdığı illər onun peşəkar dünyagörüşünün formalaşmasında mühüm rol oynamışdır. Sonrakı dövrdə həyata keçirdiyi elmi tədqiqatların praktik əhəmiyyət daşımasının səbəbi də məhz buradan qaynaqlanırdı.

Bağır müəllim yaxşı bilirdi ki, geologiya yalnız nəzəri qanunauyğunluqların öyrənilməsi deyil. Geologiya həm də təbiətin milyon illər ərzində yaratdığı mürəkkəb quruluşun düzgün oxunması sənətidir. Bu baxımdan istehsalatda keçdiyi məktəb onu neft yataqlarının geoloji xüsusiyyətlərini daha dərindən dərk etməyə və qarşıya çıxan problemlərə praktik baxımdan yanaşmağa öyrətmişdi.

1969-cu ildə Azərbaycan Elmlər Akademiyasının Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunda fəaliyyətə başlaması onun həyatında yeni mərhələ açdı. Həmin dövr Azərbaycan geologiyasında yeni elmi ideyaların yaranması, dərin qatların öyrənilməsi və mürəkkəb geoloji şəraitdə yerləşən yataqların tədqiqi ilə xarakterizə olunurdu. İnstitutda çalışdığı illər ərzində Bağır Bağırov geoloji-riyazi modelləşdirmə, yataqların işlənilməsinin geoloji əsasları, geoloji informasiyanın sistemləşdirilməsi və təhlili sahələrində mühüm tədqiqatlar aparmışdır.

Onun fəaliyyətinin xarakterik xüsusiyyətlərindən biri geologiyanı daim inkişaf edən elm kimi görməsi idi. XX əsrin ikinci yarısında dünya elmində riyazi metodların və kompüter texnologiyalarının müxtəlif sahələrə tətbiqi geniş vüsət almağa başlamışdı. Həmin dövrdə geologiyada da yeni yanaşmalara ehtiyac yaranırdı. Azərbaycan alimləri arasında bu istiqamətin vacibliyini erkən dərk edənlərdən biri professor Bağırov olmuşdur.

Geoloji-riyazi modelləşdirmə, məlumatların statistik təhlili və kompüter texnologiyalarının geoloji tədqiqatlara tətbiqi sahəsində onun həyata keçirdiyi işlər sonralar formalaşan rəqəmsal geologiyanın mühüm elmi əsaslarından biri hesab edilə bilər. Bu gün neft-qaz yataqlarının üçölçülü modellərinin qurulması, geoloji qeyri-müəyyənliklərin qiymətləndirilməsi və yataqların işlənilməsinin optimallaşdırılması müasir neft sənayesinin ayrılmaz hissəsidir. Vaxtilə professor Bağırovun müdafiə etdiyi ideyalar həmin proseslərin inkişafına mühüm intellektual zəmin yaratmışdır.

Azərbaycan neft-qaz geologiyasının inkişaf tarixində elə dövrlər olmuşdur ki, geoloqların qarşısında duran vəzifələr xüsusi mürəkkəbliklə seçilmişdir. Dərinliklərin tədqiqi, yeni yataqların proqnozlaşdırılması, mövcud ehtiyatların daha dəqiq hesablanması və işlənilmə sistemlərinin təkmilləşdirilməsi elmdən yeni yanaşmalar tələb edirdi. Professor Bağırovun tədqiqatları məhz belə çağırışların həllinə yönəlmişdi. Onun elmi nəticələri yalnız akademik maraq doğurmur, həm də istehsalat praktikasında konkret tətbiq sahələri tapırdı.

Böyük alimlərin fəaliyyətində bir mühüm xüsusiyyət diqqəti cəlb edir. Onlar yalnız elmi nəticələr əldə etməklə kifayətlənmir, həm də yeni nəsil tədqiqatçılar yetişdirirlər. Əslində, elmi məktəbin formalaşması alimin ən böyük xidmətlərindən hesab olunur. Bu mənada professor Bağırovun adı Azərbaycan geologiya elmində xüsusi yer tutur.

1989-cu ildən Azərbaycan Dövlət Neft Akademiyasında “Neft-qaz mədən geologiyası” kafedrasına rəhbərlik etməsi onun elmi-pedaqoji fəaliyyətinin ən məhsuldar dövrlərindən birinin başlanğıcı olmuşdur. Həmin illərdə kafedra ölkənin aparıcı geologiya mərkəzlərindən birinə çevrilmiş, burada həm tədris, həm də elmi tədqiqat istiqamətində mühüm nailiyyətlər əldə edilmişdir.

Tələbələri Bağır müəllimi ilk növbədə yüksək erudisiyası, sadəliyi və tələbkarlığı ilə xatırlayırlar. O, auditoriyada yalnız dərs demirdi. O, gələcəyin geoloqlarını formalaşdırırdı. Onun üçün mühəndis və ya alim hazırlamaq yalnız peşə bilikləri vermək demək deyildi. O, tələbələrinə analitik düşünməyi, faktlara söykənməyi, elmi dürüstlüyü qorumağı və daim öyrənməyə açıq olmağı aşılayırdı.

Bu gün onun yetirmələri Azərbaycanın müxtəlif elm və təhsil müəssisələrində, neft sənayesində, eləcə də dünyanın müxtəlif ölkələrinin aparıcı enerji şirkətlərində fəaliyyət göstərirlər. Hər birinin uğurunda Bağır müəllimin pedaqoji zəhmətinin və elmi rəhbərliyinin izlərini görmək mümkündür.

Professor Bağırovun elmi irsi yüzlərlə məqalə, çoxsaylı monoqrafiya, dərslik və metodik vəsaitləri əhatə edir. Bu əsərlər yalnız öz dövrü üçün deyil, həm də müasir geologiya elmi üçün dəyərli mənbə kimi əhəmiyyətini qoruyub saxlayır. Xüsusilə neft-qaz geologiyası, yataqların işlənilməsinin geoloji əsasları və geoloji modelləşdirmə sahəsində əldə etdiyi nəticələr Azərbaycan elmi fikrinin inkişafında mühüm rol oynamışdır.

Alimin beynəlxalq elmi mühitdə qazandığı nüfuz da xüsusi qeyd olunmalıdır. Onun müxtəlif beynəlxalq elmi təşkilatlarda təmsil olunması, nüfuzlu konfranslarda çıxış etməsi və xarici həmkarları ilə əməkdaşlığı Azərbaycan geologiya məktəbinin beynəlxalq səviyyədə tanınmasına xidmət etmişdir.

Bağır müəllimin fəaliyyətinin digər mühüm istiqaməti geoloqların peşəkar birliyinin möhkəmləndirilməsi olmuşdur. Uzun illər Azərbaycan Neftçi Geoloqları Cəmiyyətinə rəhbərlik edən alim ölkədə geologiya elminin inkişafı, geoloqlar arasında əməkdaşlığın genişlənməsi və peşə ənənələrinin qorunması istiqamətində böyük işlər görmüşdür. “Azərbaycan geoloqu” jurnalının baş redaktoru kimi fəaliyyəti isə milli geoloji fikrin inkişafına və elmi nəticələrin geniş auditoriyaya çatdırılmasına mühüm töhfə olmuşdur.

Lakin bütün nailiyyətlərin fonunda Bağır müəllimin ən böyük üstünlüyü onun insani keyfiyyətləri ilə bağlıdır. Onu tanıyanların xatirələrində yüksək vəzifəli alimdən daha çox sadə, səmimi, təvazökar və qayğıkeş insan obrazı yaşayır. O, hər zaman gəncləri dinləməyi bacaran, onların problemlərinə həssaslıqla yanaşan, uğurlarına sevinən və çətinliklərində dəstək göstərən ziyalı kimi tanınmışdır.

Bu gün professor Bağır Əli oğlu Bağırovun 90 illik yubileyi qeyd olunarkən, əslində, bir alim ömrünün sərhədlərindən daha geniş mənaya malik bir həyat yolu yada salınır. Bu ömür yolu Azərbaycan neft geologiyasının inkişaf tarixinin mühüm bir hissəsidir. Bu ömür yolu elmə sədaqətin, peşəkarlığın, vətənpərvərliyin və yüksək ziyalılıq nümunəsinin təcəssümüdür.

Alimləri yaşadan yalnız yazdıqları kitablar və əldə etdikləri elmi nəticələr deyil. Onları yaşadan ideyalarının davam etməsi, yaratdıqları məktəblərin fəaliyyət göstərməsi və yetişdirdikləri insanların uğurlarıdır. Professor Bağır Bağırov da məhz belə alimlərdəndir. Onun zəngin elmi irsi, formalaşdırdığı geologiya məktəbi və yetişdirdiyi mütəxəssislər uzun illər Azərbaycan elminin inkişafına xidmət edəcəkdir.

Professor Bağır Əli oğlu Bağırovun 90 illik yubileyi münasibətilə görkəmli alimə dərin ehtiramımızı bildirir, ona möhkəm cansağlığı, uzun ömür və yeni yaradıcılıq uğurları arzulayırıq. İnanırıq ki, onun zəngin həyat və fəaliyyət yolu gələcək nəsillər üçün də elmə və Vətənə xidmət nümunəsi olaraq qalacaqdır.

Geologiya-minerologiya elmləri doktoru Əhməd Salmanov,
Geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Samirə Nəzərova,
Geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Məhyəddin Həsənəliyev

AzPost.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:189
embedMənbə:https://azpost.info
archiveBu xəbər 01 Avqust 2026 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see700

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see334

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see331

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see304

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see292

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see291

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see288

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see271

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see266

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see263

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see253

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see247

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see226

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see222

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see209

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see207

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see205

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see201

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri