Icma.az
close
up
RU
Neft ixracatında azalma iqtisadiyyata necə təsir edir?

Neft ixracatında azalma iqtisadiyyata necə təsir edir?

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

2024-cü ildə Azərbaycanın xarici ticarət dövriyyəsinin 26 milyard 554 milyon dolları ixracın payına düşüb. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat verib. İllik müqayisədə ixracda 7 milyard 339 milyon (21,7%) dollar azalma baş verib. 2023-cü ildə ixrac 33 milyard 898,6 milyon dollar həcmində olub.
Neft-qaz sektoruna daxil olan mallar üzrə ixracın cəmi dəyəri 23 milyard 197,5 milyon dollar təşkil edib. Bu da illik müqayisədə 7 milyard 353 milyon dollar və ya 24% azdır. 2023-cü ildə Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixracın cəmi dəyəri 30 milyard 550,5 milyon dollar təşkil etmişdi.
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli Azərbaycan ticarət dövriyyəsində ixracat həcminin azalması neft qaz sektoru ilə birbaşa əlaqəli olduğunu bildirib:
“Neft hasilatı azalır, neft hasilatının azalması ilə paralel olaraq neftin qiymətləri də o qədər də yüksək səviyyədə olmalı idi. 2024-cü ildə gözləntilərdən daha aşağı səviyyədə oldu. Ona görə də Azərbaycan iqtisadiyyatında ixracatda  neft qaz  90%-ə yaxın  malik olduğu üçün ixracatdan gələn gəlirlər də azalmağa başladı. Bunun obyektiv səbəbləri var təbii ki. Bu hələ ki, kritik həddə deyil. Amma bu davamlı şəkildə olacaqsa, Azərbaycan iqtisadiyyatına təsirləri olacaq.  Məsələn, bu ildə biz neft hasilatında, qiymətində azalmalar görəcəyiksə, bu artıq valyuta gəlirlərinə və valyuta ehtiyatlarına da mənfi təsir göstərəcək”.
Ekspert qeyd edib ki, tədiyyə balansında bugün hələlik müsbət saldo var:
“Amma  ən azından müsbət saldonun həcminin azalmasını və yaxud da bərabərliyin yaranmasını da şahidi ola bilərik. Bu, təbii ki, tendensiya olaraq Azərbaycan iqtisadiyyatı üçün ciddi çağırışlar yaradır. Çünki valyuta  gəlirlərinin  azalması büdcə xərclərinə təsir göstərir. Neft fondunun gəlirlərinə təsir göstərir, dayanıqlı iqtisadi modelin yaradılmasına təsir göstərir. Yəni, neftdən, qazdan asılı olmağımız bu mənada neft-qaz gəlirlərinin azalması ilə Azərbaycan iqtisadiyyatında mənfi tendensiyalar yaradır”.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 27 Yanvar 2025 18:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri